Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Elmi kəşflər: Britaniyalı alimlər "Hepatit C" - yə qarşı vaksin hazırlayıblar

Britaniyalı alimlər "Hepatit C" - yə qarşı vaksin hazırlayıblar Britaniyalı alimlər daha bir ağır xəstəliklə bağlı inqilab sayıla biləcək addım atıb. Rusiya mətbuatının verdiyi məlumata görə, alimlər "Hepatit C" - yə qarşı vaksin hazırlayıblar. Oksford Universitetinin alimləri bildiriblər ki, bu xəstəliyə qarşı hazırlanan ilk effektiv vaksindir. İlkin sınaqlar onun uğurla nəticələndiyini göstərib.

Qeyd edək ki, xəstəliyə yoluxan insan uzun müddət ondan xəbərsiz qalsa da, virus ciyərləri dağıdır. Vaksin hazırlanmasında ən çətin məqam virusun daima formasını dəyişməsi ilə bağlıdır. Hepatit C müalicə edilməyən xəstəlik hesab edilsə də, onu dərmanlarla nəzarətdə saxlamaq olar. Britaniyalı alimlərin yeni inqilabi addımı bu xəstəliklə mübarizədə yeni mərhələ hesab edilə bilər.

Şərhlər: 0 | Ətraflı    
Elmi kəşflər: Misirli alimlər xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa nail olublar

Misirli alimlər xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa nail olublar Misirli alimlər xərçəng xəstəliyinin qızılın köməyi ilə müalicəsində uğur qazanıblar.

Bununla əlaqədar Qahirədə Milli Elmi Araşdırmalar Mərkəzində məxsusi mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən doktor Mustafa Əs-Seyid bildirib ki, klinik təcrübələr bədxassəli şişlərin yayılmasının qarşısının alınmasında qızıl nanohissəciklər tətbiq edilməsinin səmərəli olduğunu göstərib.


Şərhlər: 0 | Ətraflı    

Sağlamlıq: Qadınlar xəstəliklərə qarşı daha dözümsüzdür

Qadınlar xəstəliklərə qarşı daha dözümsüzdür Son araşdırma sübut edib ki, zəif cinsin nümayəndələri əslində daha çox xəstələnirlər. Bu barədə "The Daily Mail" yazır.

Barselonanın Səhiyyə Agentliyindən doktor Devid Melmasinin rəhbərliyi ilə aparılan tədqiqat zamanı müəyyən olunub ki, qadınlar nəinki daha çox xəstələnirlər, həmçinin onlar arasında xroniki xəstəliklərin göstəricisi daha yüksəkdir. Qadınlar özləri isə vəziyyətlərini daha mənfi qiymətləndirirlər.

Mütəxəssislər 29 min insanın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

Şərhlər: 0 | Ətraflı    
Idman: 15 dəqiqə idman ömrü uzadır

15 dəqiqə idman ömrü uzadır Bütün günü oturanlar, işdən qayıdandan sonra yemək yeyəndən sonra hərəkətsiz qalanların nəzərinə. Gündə sadəcə 15 dəqiqə idmanla orta hesabla 3 il daha artıq yaşaya biləcəyinizi bilirsiniz? Türk mətbuatının verdiyi məlumata görə, Tayvanda 400 min insan ilə 8 il müddətində aparılan araşdırma belə deməyə əsas verir.

Tayvan Milli Sağlamlıq Araşdırması İnstitutunun əməkdaşı Chi-Panq Venin sözlərinə görə, bir necə idman hərəkəti daha sağlam həyat tərzinə kömək edir.
"Gündə sadece 15 dəqiqə idman etməklə qadın-kişi, gənc-yaşlı, siqaret çəkən və çəkməyən, hətta yüksək risk qrupunda olanların belə həyatı daha sağlam ola bilər".

Şərhlər: 0 | Ətraflı    
Ana və Uşaq: Hamiləlik zamanı həddindən çox qırmızı ət qəbul etmək ziyandır

Hamiləlik zamanı həddindən çox qırmızı ət qəbul etmək ziyandır Hamiləlik zamanı həddindən çox qırmızı ət qəbul etmək doğulacaq oğlan uşaqlarında sonsuzluğa səbəb ola bilər. Türkiyəli mütəxəssis Mutar Berksoy bu barədə bildirib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, çox ət körpənin spermasının keyfiyyətinə təsir edir, az miqdarda karbohidrat isə artıq çəki, şəkər xəstəliyi riskini artırır.

Ana olmağa namizəd qadınların qidalanması körpələrin DNT-də önəmli dəyişikliklərə yol açır.

Şərhlər: 0 | Ətraflı    
Qidalanma və Dieta: Yağlı yemək beyni dağıdır

Yağlı yemək beyni dağıdır Yağlı qida insan beynində iştaha cavabdeh olan hüceyrələri dağıdır. Alimlərin fikrincə, məhz bu amil piylənməyə gətirib çıxarır. "The Daily Mail" in verdiyi məlumata görə, artıq çəkili insanlarda məhz bunun arıqlamağa mane olduğu ehtimal edilir.

Vaşinqton Universitetinin diabet və piylənmə araşdırmaları mərkəzinin mütəxəssisləri eksperiment aparıblar. Onlar siçanları tipik yüksək kalorili Amerika yeməkləri ilə qidalandırıblar və 3 gündən sonra gəmiricilərin iki dəfə çox kalori qəbul etməyə başladığını müəyyən ediblər.

Şərhlər: 0 | Ətraflı    
Qidalanma və Dieta: Alimlər xolesterinin səviyyəsini azaltmaq üçün qoyun ətindən istifadəni məsləhət görürlər

Alimlər xolesterinin səviyyəsini azaltmaq üçün qoyun ətindən istifadəni məsləhət görürlər "The Times of India" qəzeti "American Journal of Clinical Nutrition" jurnalına istinadən yazır ki, ABŞ-dakı Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin, xüsusilə də "ziyanlı xolesterin"in ümumi göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır. Bu fakt isə ürək xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır.

Alimlər pəhrizin müsbət təsirini xolesterini həddindən artıq yuxarı olan bir qrup könüllü üzərində sınaqdan keçiriblər.


Şərhlər: 0 | Ətraflı    
Elmi kəşflər: İpək iynələr vasitəsilə inyeksiyalar ağrısız olacaq

İpək iynələr vasitəsilə inyeksiyalar ağrısız olacaq "Advanced Functional Materials" verdiyi məlumatda bildirilir ki, üzərində çoxsaylı kiçik iynələr massivi olan "plastır" bədəndəki gərəkli yerə qoyulur. Mikroiynələr dərinin yuxarı təbəqəsini astaca deşir, uclarındakı dərmanı tədricən qan dövranına qarışdırırlar. Sonra isə miniatür şprislər dəri üçün tam təhlükəsiz halda əriyir.

İpək mikroiynələrin daha bir üstünlüyü var. Hazırda istifadə edilən mikroskopik iynələr adətən plastikdən hazırlanır. Həmin iynələrin içindəki dərman isə inyeksiyaya qədər parçalana bilər.

Şərhlər: 0 | Ətraflı    
Sağlamlıq: Əsəb sakitləşdirici dərmanlar narkotik effekti yaradır

Əsəb sakitləşdirici dərmanlar narkotik effekti yaradır Bir sıra ekspertlər bu dərmanların tərkibində narkotikin olduğunu bildirsələr də, bəzi həkimlər bunu təkzib edirlər.

Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev isə müsahibəsində bu dərmanlardan istifadə ilə bağlı narahatlıqları əsaslı hesab etdiyini deyib.

O bildirib ki, əsəb sakitləşdirici, antidepressant dərmanların hamısının tərkibində narkotik var.

Şərhlər: 0 | Ətraflı    
Sağlamlıq: Kompyuterdən və işıqdan düzgün istifadə etməmək sağlamlığa ziyandır

Kompyuterdən və işıqdan düzgün istifadə etməmək sağlamlığa ziyandır Gün ərzində fasiləsiz olaraq kompyuter qarşısında əyləşdikdə gözdə ağrı, qaşınma, qızartı, sulanma və s. kimi problemlər meydana çıxır. Bəzən isə işığa qarşı həssaslıq, halsızlıq, yorğunluq, başağrısı və s. kimi problemlər də əmələ gəlir.

Mütəxəssislər havada rütubətin azalmasının, həmçinin havada mikrobların artmasının da (burada əsasən qapalı mühitlərdən söhbət gedir) sağlamlıq üçün təhlükəli olduğunu bildirirlər. Digər tərəfdən, monitorun tam qarşıda olması və gözlərin monitorla uzun müddət təmasda olması da gözlərdə quruluğa səbəb olur.

Şərhlər: 0 | Ətraflı    
Qidalanma və Dieta: Az qidalanmaq beyni gənc saxlayır

Az qidalanmaq beyni gənc saxlayır "PNAS" jurnalının verdiyi məlumata görə, İtaliya alimlərinin apardığı araşdırma, az yeyən siçanların beynində CREB1 adı verilən və beyin hüceyrələrinin funksiyasını daha yaxşı yerinə yetirməsində rol oynayan zülalın istehsalının artdığını göstərib.

Araşdırmanın üzvlərindən olan Giovambattista Pani, bu zülalın "uzun ömür və beynin sağlam olmasıyla" əlaqəli çoxlu sayda genə təsir etdiyini bildirib.

Şərhlər: 0 | Ətraflı    
Maraqli: İkinci dəfə nigaha girmək ömrü uzadır

İkinci dəfə nigaha girmək ömrü uzadır Rusiya mətbuatının verdiyi məlumata görə, alimlərin son araşdırması təkrar nigahın əksinə, insan sağlamlığına xeyir verdiyini göstərib.

Məlum olub ki, ikinci dəfə ailə qurmaq ürək-damar sisteminə xeyir olmaqla, ömrü uzadır.

Araşdırma göstərib ki, təkrar nigaha girən şəxslər bundan sonra antidepressantlar, yuxu dərmanları və bu qəbildən olan preparatları daha az qəbul edir!

Şərhlər: 0 | Ətraflı    

22.05.2012
Yemək üçün ən pis vaxt...

21.05.2012
Britaniyalı alimlər kartofu ən vitaminli tərəvəz hesab edirlər

21.05.2012
Dar geyim insanlarda xərçəngə yol aça bilər

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.