Salam, hörmətli istifadəçilər!
Med.Az layihəsi azərbaycanlı mütəxəssisləri tərəfindən yaradılmış, internet şəbəkəsinin azərbaycanlı və rus dilli istifadəçiləri, həmçinin bütün ixtisas həkimləri və əczaçılar üçün nəzərdə tutulmuş tibbi informasion portaldır.
Istifadəçinin rahatlığı üçün bütün məlumatlar ixtisaslar üzrə, yeni xəbərlər isə ana səhifədə yerləşdirilmişdir.
Portalın əsas məqsədi müxtəlif ixtisaslı insanları yeni dərman preparatları, təbabət və əczaçılıqda son elmi tədqiqatlar və nailiyyətlər, konfranslar, seminarlar, sərgilər, xəstəliklər və onların müalicəsi haqqında məlumatlandırmaqdır.
Saytda yerləşdirilən bütün informasiya tanıtım məqsədi daşıyır. Bundan əlavə siz bizim forumda öz həmkarlarınızla tibbi yenilikləri müzakirə edib, öz təcrübənizi bölüşə bilərsiniz, həmçinin faydalı məsləhətlər ala bilərsiniz.
“Tibbi yumor” səhifəsində coxlu miqdarda lətifələr, şəkillər, həyatdan götürülmüş məzəli əhvalatlar, tostlar yerləşdirilib ki, bunların hamısı məhz tibbi mövzudadır!
Portalımızın bütün bölmələri daim yenilənir.
Hörmətli istifadəçilər bundan başqa portal müxtəlif ixtisaslı həkimlərin elan yerləşdirilməsi üçün də nəzərdə tutulub! Əgər Siz bizim portalda istifadəçilər üçün faydalı məlumatlar yerləşdirmək istəsəniz, layihənin rəhbərliyinə müraciət edə bilərsiniz. Portalda yerləşdirilən bütün məlumatlar son mənbə qeyd olunmaqla, açıq mənbələrdən götürülüb.
Portalın idarə heyyəti istisna etmir ki, müəlliflər və ya müəllif hüquqlarının sahibləri bəzi məlumatların açıq formada yerləşdirilməsinin əleyhinə ola bilərlər. Belə olduqda, idarə heyyətini xəbərdar edin və həmin məlumatlar saytdan tez bir zamanda çıxardılsın (kənarlaşdıraq, silək).
Əgər Sizin hər hansı bir sualınız və ya təklifiniz varsa, bizə
yazın mütləq cavablandırılacaq!
Med.Az portalı - tibbi yardım axtaranlar üçündür.