Bu barədə "The Daily Mail" xəbər verir. Son tədqiqatlar göstərib ki, çox sürətli olmayan qaçış əslində orqanizm üçün daha az yorucudur və əzələlər üçün sürətli yerimədən daha çox faydalıdır.
İş burasındadır ki, təxminən saniyədə iki metr sürətində qaçış baldır əzələlərinin daha effektiv yığılmasına imkan verir. Nəticədə dözümlülük artır. Bu, qaçış yolunda gedən və qaçan adamların əzələlərinin ultrasəs skan edilməsi zamanı sübut olunub.
Bütün günü oturanlar, işdən qayıdandan sonra yemək yeyəndən sonra hərəkətsiz qalanların nəzərinə. Gündə sadəcə 15 dəqiqə idmanla orta hesabla 3 il daha artıq yaşaya biləcəyinizi bilirsiniz? Türk mətbuatının verdiyi məlumata görə, Tayvanda 400 min insan ilə 8 il müddətində aparılan araşdırma belə deməyə əsas verir.
Tayvan Milli Sağlamlıq Araşdırması İnstitutunun əməkdaşı Chi-Panq Venin sözlərinə görə, bir necə idman hərəkəti daha sağlam həyat tərzinə kömək edir. "Gündə sadece 15 dəqiqə idman etməklə qadın-kişi, gənc-yaşlı, siqaret çəkən və çəkməyən, hətta yüksək risk qrupunda olanların belə həyatı daha sağlam ola bilər".
Hər gün ən qısa müddətdə belə, velosiped sürmək ürək xəstəliklərinin əmələ gəlmə riskini xeyli azaldır. İngiltərə mətbuatının verdiyi məlumata görə, bunu britaniyalı alimlər müəyyənləşdirib.
Tədqiqat göstərib ki, həftədə velosipedlə 30 kilometr yol qət etməklə ürək xəstəliklərinin yaranma riskini düz 50% azaltmaq mümkündür. Velosiped sürmək ürək-damar sisteminin durumunu xeyli yaxşılaşdırır.
Idman: Çirklənmiş havada idmanın xeyirindən çox ziyanı var
İtaliyada nəşr olunan La Stampa qazetində dərc olunan xəbərə əsasən ABŞ-da fəaliyyət göstərən Utah Universitetinin əməkdaşları tərəfindən ətraf mühütün qorunması və hava təmizliyi mövzusunda aparılan bir araşdırma zamanı çirklənmiş havaya malik şəhərlərdə açıq havada idmanla məşğul olmaq ən az siqaret çəkmək qədər ziyandır. Mütəxəssislərin fikirincə çirkli havanın yalnız tənəffüs problemi olan insanlara mənfi təsiri olduğunu düşünmək düzgün deyil çirkli hava hər bir normal insanın sağlamlığına mənfi təsir edə bilər. Həmçinin tədqiqatçılar çirklənmiş havaya malik şəhər sakinlərinə açıq hava əvəzinə salon, idman zalı və s. bu kimi örtülü ərazilərdə idmanla məşğul olmağı məsləhət görürlər.
Idman: Üzgüçülük hamiləlik dövründə ən münasib idmandır
ABŞ-da aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, hamiləlik dövründə ən münasib idman üzgüçülükdür. Üzərkən insan orqanizminin qollar, ayaqlar və qarın nahiyəsindəki bütün əzələləri işləyir. Eyni zamanda ürək döyüntülərinin və orqanizmə gedən oksigenin miqdarı artdığı üçün körpənin qəbul etdiyi oksigenin də miqdarı artır. Bunlarla yanaşı üzərkən hamilə qadınlar özlərini daha yüngül hiss edərlər ki, bu da onlara psixoloji nöqteyi nəzərdən köməklik edir. Eyni zamanda salonlarda edilən bəzi idman hərəkətlərini suda da yerinə yetirmək mümkün və məsləhətlidir çünki bu zaman tərləmək və orqanizmin hərarətinin artması halları baş vermir. Lakin hamiləlik dövründə üzərkən bəzi məqamları unutmamalıyıq.
Idman: Həddən artıq idman qadın sonsuzluğuna səbəb olur
Kökəlmək qadınların ilkin problemlərindən biri bəlkədə birincisidir. Bu səbəbdən də gününün yarıdan çoxunu idman salonlarında keçirən xanımlar idman etməklə artıq çəkidən xilas olmaq və ya kökəlmənin qarşısını almaq fikrindədirlər. Lakin son günlərdə aparılan bir araşdırma zamanı məlum olmuşdur ki, həddən artıq çox idmanla məşğul olan qadınlarda sonsuzluq risqi digər qadınlara nisbətən 3 dəfə çoxdur. Norveçin Elm və Texnalogiya Universitetinin 3 min qadın üzərində apardığı araşdırmada idmanın hormonlar üzərində bəzi dəyişikliklərə səbəb olduğunu və bu dəyişikliklərin də qadınların doğum qabiliyyətinə mənfi təsir etdiyi müəyyən olunmuşdur.
Hamiləlik zamanı həyata keçirilən məşğələlər doğuşu asanlaşdırır
İdman hamiləlik zamanı mühüm əhəmiyyətə malikdir. İdman məşğələləri ilə məşğul olan hamilə qadın fiziki baxımdan özünü daha yaxşı hiss edir, artıq çəki almır, əzələlərinin elastikliyi artır. İdman həm də qan dövranının, nəfəs yollarının fəaliyyətini bərpa edir, qanda şəkərin səviyyəsini saxlayır, yuxusuzluq, bel ağrılarının azalmasına kömək edir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, hamiləlik zamanı həyata keçirilən məşğələlər doğuşu asanlaşdırır. Lakin hər ehtimala qarşı hamilə qadınlar idman məşğələlərinə başlamazdan öncə həkimlə məsləhətləşməlidirlər.
Qədim tarixi olan bu su idman növündən insanlar bir əyləncə kimi istifadə edərkən özləri də bilmədən onun xeyrindən yararlanırlar. İnsan üzərkən vücudun bütün əzələlərini hərəkət etdirərək onları möhkəmlədir və bədəni yaxşı formada saxlayır. Bununla yanaşı üzgüçülüyün immunitet sistemini gücləndirdiyi, metabalizmanın müntəzəm qaydada işləməsinə şərait yaratdığı qan dövranı sistemini, urəyin fəaliyyətini yaxşılaşdırdığı bildirilir.
Əgər hər gün yüksək əhval ruhiyyədə,enerjili və sağlam bir həyat yaşamaq istəyirsinizsə həkimlərin sizə ilk məsləhəti idmanla məşğul olmaq olacaq. İdmanala məşğul olmağın bizə nə kimi xeyirləri var? ABŞ-ın elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. Beləliklə sizə idmanın insan orqanizmi üçün 7 əsas xeyirini təqdim edirik.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.