Bazal hərarət – qadının tam sakitlik halında düz bağırsağında ölçülür. Bazal hərarəti hər səhər, yataqdan ayrılmadan ölçmək lazımdır. Daha dəqiq məlumat almaq üçün bunu 2-3 ay ərzində ardıcıl etmək tələb olunur. Bunun üçün hər dəfə eyni termometrdən istifadə edin. Termometrin göstəricilərini qeyd edib, qrafik yaratmaq lazımdır.
Bazal hərarəti niyə ölçməli?
Hər bir qadının menstrual funksiyasını öyrənmək üçün bazal hərarəti ölçmək vacibdir. Bazal hərarət ovulyasiya (yumurta hüceyrənin follikuldan çıxması) haqqında dəqiq məlumat almaqda köməklik edir.
Aparılan araşdırmalar, həzz verici cinsi əlaqə müddətinin nəzərdə tutulandan çox daha altda olduğunu ortaya qoydu. Stockholmda təşkil edilən Avropa Uroloji Birliyi (EAU) konqresində təqdim edilən araşdırmalar, hezz təmin edici cinsi əlaqə müddətinin sanılanın çox daha altında olduğunu ortaya qoydu.
ABŞ Mid-Michigan Sağlamlıq Mərkəzləri Tibbi Direktoru Dr. Matt Rosenberg, "Cinsi əlaqənin saatlarla sürməsi lazım olduğu istiqamətindəki ümumi qanunun əksinə, ABŞ və Kanadalı cinsi əlaqə terapistlerinin icra etdiyi yeni bir işdə, təmin edici cinsi əlaqənin 7 ilə 13 dəqiqə arasında sürdüyü ortaya qoyuldu" dedi.
Mensturasiya qadın xəstəliyi olub uşaqlıq borusu vastəsi ilə bədəndən hüceyrələrin və qanın xaric olunmasıdır. Mensturasiya yetkinlik dövrlərindən başlayaraq qadının gələcəkdə hamilə qalması üçün böyük əhəmiyyət kəsb edən və müntəzəm olaraq hər ay müəyyən vaxtda baş verən bir prosesdir. Bu proses qadının çəkisinin boyuna nisbətindən, qidalanmasından və onun ümumi sağlığından asılı olaraq 10-16 yaşlardandan başlayır təqribən 28 gün fasilə ilə hər ay 7-8 gün baş verir və 45-50 yaşadək davam edir. Lakin hamiləlik dövründə mensturasiya dayanır.
Orqazm oma çanaq nahiyəsi ətrafında gərginləşərək yığışan əzələlərin ritmik hərəktlər nəticəsində yumşalaraq boşalmasına deyilir. Orqazım zamanı insan psixoloji cəhətdən həzz alır və vücudundakı enerji ən son həddə çatır. Orqazm individual xarakterə malikdir və bu individualliq özünü boşalma zamanı göstərir belə ki,bəzi insanlar orqazmı adətən partlama dərəcəsində yaşadığı halda bəzilərində bu daha daha mülayim bəzilərində isə sakit deyilə biləcək halda baş verir.
ABŞ-ın Qida və Dərmanların Sanitar Nəzarəti Departamenti təkmilləşdirilmiş ikinci nəsil qadın prezervativlərinin təhlükəsizliyini təsdiqlədiyini açıqlayıb. Xatirladaq ki,bu növ qoruyucular qadınları hamilə qalmaqdan və cinsi yolla yoluxan xəstəliklərdən qoruyur. Yeni qoruyucu vasitə öz görünüşü ilə öncəkindən fərqlənmir lakin ikinci nəsil prezervativlər keyfiyyət baximindan üstünlük təşkil etməklə yanaşı həm də birinci nəsil prezervativlərdən təqribən 30% daha ucuz başa gəlir.
Prostat vəzisi xərçəngi kişilər arasında ən geniş yayılmiş xəstəliklərdən biridir. Bu xəstəlikdən ABŞ-da təqribən hər il 30 000-dən artıq insan dünyasını dəyişir. Bu statistikalar da onu göstərir ki,xəstəliyin qarşısının alınması üçün öncədən müalicəsi vacibdir. Məlumat üçün bildirək ki, ABŞ-da bu xəstəlikdən əziyyət çəkənlər arasında arasında ABŞ-ın keçmış dövlət katibi Colin Powell,demokratik senator John Kerry kimi tanınmış insanlarda var.
Seksual zövqü cinsi orqanları stimulyasiya etməklə də almaq olar. Bu metod masturbasiya adlanır. Masturbasiya ilə həm qızlar, həm də oğlanlar məşğul olur. Masturbasiya normal və sağlam bir metoddur. Bu orqanizm üçün zərərli sayılmır, belə ki, cinsi yetkinliyin vacib mərhələlərindən biridir. Masturbasiya şəxsi seksuallığı dərk etmək prosesinin əsas hissəsidir və hətta cinsi aktdan yayınmağa kömək edə bilər. Bir vaxtlar masturbasiya pis, ağılı başdan çıxaran bir hal kimi qəbul edilirdi. Hətta bu gün də bu müzakirə mövzusudur. Qızların masturbasiyası haqqında az danışılır, ona görə ki, qadın seksuallığı az qəbul edilən mövzudur.
Yaddan çıxarmayın ki, prezervativlər 92% hallarda CYYİ-dan və arzuolunmaz hamiləlikdən qoruyur.
1. Prezervativin qabını çox ehtiyatla açmaq lazımdır. 2. Prezervativi əvvəlcədən açmayın. 3. Prezervativi yalnız tam ereksiya olanda, cinsi əlaqədən əvvəl taxmaq lazımdır. 4. Prezervativin ucunu iki barmaqla sıxmaqla taxmaq lazımdır ki, orada hava qalmasın.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.