Həyatımızda geyimlərin, ətirlərin əvəzedilməz rolu var. Lakin çox zaman nə geyindiyimizin, hansı ətirlərdən istifadə etdiyimizin fərqinə belə varmırıq. Biz geyimlərin əynimizdə yaxşı görünməsini, uzun müddət köhnəlməməsini və ucuz qiymətini əsas götürürük. Lakin istifadə etdiyimiz ətir və geyimlərin tərkibi haqqında düşünmürük. Bilmirik ki, müxtəlif kimyəvi tərkibə malik olan ətirlər, süni yolla alınan parçalar həyatımız üçün təhlükə mənbəyidir. Bunu araşdırmalarımız zamanı paltar satıcılarının özləri də etiraf etdilər.
Sağlamlıq: Mobil telefonların insan səhhətinə təsiri tədqiq edilir
Mobil telefonların insan səhhətinə təsirinə dair dünya üzrə ən genişmiqyaslı tədqiqat davam edir. Alimlər ümid edirlər ki, Avropanın beş ölkəsində cib telefonlarından istifadə edən 250 min adamı bu araşdırmaya cəlb edə biləcəklər. Kosmos adını almış bu layihə 20-30 il davam edəcək. Hazırda dünyada 6 milyarddan çox cib telefonundan istifadə edilir. İndiyə kimi onların insan səhhətinə təsirinə hər hansı mənfi təsir göstərməsi üzə çıxarılmayıb. Lakin tədiqaqtçılar hələ də çoxlu qeyri-müəyyənliyin mövcud olduğunu deyirlər.
Aparılmış tədqiqat göstərib ki, bir çox varlı ölkələrdən fərqli olaraq Britaniyada adamlar daha erkən yaşlarında ölürlər. Son 40 ildə 60 yaşdan əvvəl ölümlərin sayı iki dəfə azalsa da, qadınlar üçün bu göstərici Albaniyadakına bənzərdir.
Ekspertlər deyirlər ki, buna səbəb geniş qeyri-bərabərlikdir. Vaşinqton Universitetinin Lancet jurnalında dərc etdiyi məqalədən öyrənmək olar ki, qlobal miqyasda ən az riskə İslandiyadakı kişiər və Kiprdəki qadınlar malikdirlər.
“Açıqda qalsa, otaq şəraitində xarab olar” deyə əlimizə nə gəldi soyuducuya qoyuruq. Əslində elə şeylər var ki, soyuducusuz da keçinər. Belə ərzaqları soyuducuya qoyduqda keyfiyyəti itir, həm də soyuducuda mikrobların əmələ gəlməsinə səbəb olur. Ərzaqları soyuducuya düzgün yerləşdirmədikdə də mikroblar törəyir. Məsələn, ərzağı alver edilən sellofanlarda soyuducuya qoyuruq. Sellofana bulaşmış bakteriyalar soyuducudakı digər qidalara da keçir.
Qidaların qara rəngli sellofanlara qoyulması məsləhət deyil, çünki həmin sellofanların rəngi çıxdığından orqanizm üçün təhlükəlidir. Yeməklərin soyuducuda saxlanması üçün ağ sellofanlar, çini və şüşə qablar seçilməlidir.
Ərzaqların soyuducuya yerləşdirilməsi aşağıdakı kimidir:
Sağlamlıq: Müasir texniki avadanlıqlar mədədə və ürəkdə ağrılar yaradır
Müasir texniki avadanlıqlar, elektron cihazlar həyatımıza elə daxil olub ki, onlarsız günümüz çətin və maraqsız olar. Amma digər tərəfdən bu cihazlardan düzgün və yerində istifadə etməməklə orqanizmimizi təhlükə qarşısında qoyuruq. Məsələn, günlərlə uzun müddət kompüter qarşısında oturmaq sağlamlıq üçün kifayət qədər fəsadlar törədir.
Gündəlik ünsiyyətdə olduğumuz elektron cihazlardan biri televizordur. Müasir televiziya qəbulediciləri kineskoplu, son vaxtlar isə həm də LCD və plazma ekranlıdır. Azərbaycan Texniki Universitetinin televiziya və radio sistemləri kafedrasının professoru Çingiz Əfəndiyev televizorun insan orqanizminə təsirindən danışarkən, rentgen şüalanması ilə bağlı deyilənlərin bir o qədər təhlükəli olmadığını qeyd edir. Onun sözlərinə görə, televizorun kineskopunun verdiyi rentgen şüalanması o dərəcədə aşağıdır ki, insan üçün heç bir təhlükə yaratmır. Amma bir şərtlə:
Sağlamlıq: Saat dəyişikliyinin orqanizmə zərəri varmı?
Ölkədə qış və yay vaxtlarına keçid bioritmlərdə müəyyən dəyişikliklərə səbəb olur.
Bu haqqda Milli.Az açıqlamasında həkim-ekspert, professor Adil Qeybulla deyib. Həkim bildirib ki, insanların əvvəlcədən öyrəşdiyi ritmlərdə dəyişikliklər əmələ gəlir. Onun sözlərinə görə, saat və iqlim dəyişikliyinə meylli insanlarda saat qurşağının dəyişməsi ciddi problemlərə səbəb olmur: “Çünki orqanizmin adoptagen reaksiyaları var və onlar orqanizmin xarici mühitə uyğunlaşmasını təmin edir. Bu baxımdan, daha çox xəstə adamlar ritm dəyişikliyinə mənfi reaksiya verir. Amma sağlam orqanizm üçün bunun ciddi təhlükəsi yoxdur”.
Sağlamlıq: Ev heyvanları əhval ruhiyyəni yüksəldir
Psixoloqlar ev heyvanlarının ruh sağlamlığı üçün əhəmiyyətli olduğunu qeyd edirlər. Uzun və yorucu bir iş günündən sonra evə gəldiyiniz zaman evdə hər hansı bir ev heyvanı ilə vaxt keçirmək bütün stress və yorğunluqları aradan qaldırır. Çində 25-40 yaş arası insanlar üzərində aparılan araşdırmalar zamanı evində heyvan saxlayan insanların saxlamayanlara nisbətən özlərini daha rahat hiss etdikləri və daha rahat yatdıqları müəyyən olunmuşdur. Ev heyvanı deyərkən ağlımıza ilk it və pişik gəlir lakin bunlarla yanaşı bir sıra evdə saxlanılması mümkün heyvanlar var ki, onlar da həmçinin müsbət enerjiyə malikdir.
Sağlamlıq: Lüminessent lampa qırıldıqda otağı dərhal havalandırın
Elektrik enerjisinə qənaət etmək məqsədilə lüminessent lampalardan daha çox istifadə edilir. Lakin bilmək lazımdır ki, bu lampalar orqanizm üçün zərərlidir. Lüminessent lampaların içində qaz halında civə olur və qırılarkən həmin zəhərli maddə havaya qarışır. Nüvə tibb eksperti Dr. Cem Xınaçı civə qarışıq hava tənəffüslə orqanizmə daxil olmasın deyə otağı dərhal havalandırmağı, lampa qırıqlarını isə əl dəymədən toplamağı tövsiyə edir.
Lüminessent lampalar 1 metrdən daha yaxın məsafədə ultrabənövşəyi şüalar yayaraq dəriyə və gözlərə mənfi təsir göstərir. Buna görə də həmin lampaların iş masası və yataq otağında istifadəsi məsləhət deyil.
Mütəxəssislər soyuq havalarda ürək-damar xəstəlikləri olanlara bayıra çıxmamalarını məsləhət görürlər.
Trabzon Xüsusi İmperial Xəstəxanası ürək və daxili xəstəliklər eksperti dos. dr. Kaan Kulan soyuğa qarşı sinə və üzün qorunmasının vacibliyini ifadə edərək, onların bayıra mümkün qədər az çıxmalarını və soyuqda qətiyyən tox qarına yol getməmələrini məsləhət görüb.
Sağlamlıq: Çindən gələn bəzək əşyaları təhlükə qaynağıdır
Amerikalı mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində məlum olmuşdur ki, Çindən idxal edilən uşaq bilərzik və boyunbağılarında zəhərli metal olan kadmium var.
Amerikalı mütəxəssislərin apardıqları araşdırmalar nəticəsində məlum olmuşdur ki, Çindən idxal edilən uşaq bilərzik və boyunbağılarında zəhərli metal olan kadmium var.
Kadmiumun xərçəng xəstəliyi törətdiyi və hətta kiçik yaşlı uşaqlarda beynin inkişafına mənfi təsir göstərdiyi aşkar edilmişdir.
Tibb işçiləri məsələni müxtəlif şəkildə şərh edirlər.
Donuz qripinə qarşı vaksinasiya mübahisəyə səbəb olub. Tibbçilərin bir qrupu əhalini vaksinasiyaya çağırır, digər qrupu isə bununla razılaşmır və əhalini ehtiyatlı olmağa səsləyir.
Səhiyyə nazirliyinin baş infeksionisti Namiq Əliyev hamilə qadınları, xərçəng və xroniki xəstəlik keçirmiş insanları vaksinasiyadan uzaq durmağı məsləhət görür.
Respublika Taun əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyir ki, immun sistemi zəif olan insanlar peyvənd olunmalıdır. Xususən də xroniki xəstəliklərə düçar olanlar. Onlar üçün peyvənd olunmamaq daha qorxuludur.
BAƏ nədir ? Hamı sağlam olmaq istəyir. Lakin necə? Axı niyə tam sağlam insanların sayı belə azdır? Yaşadığımız dövrdə tibb inkişafı dünyada heç bir xəstəliyin qalmayacağı bir mərhələdədir: müasir tibbi texnika hüceyrə səviyyəsinə diaqnoz qoymağa imkan verir. Cərrahiyyə sahəsində uğurlar da az deyil, hal-hazırda orqanların transplantasiyası yüsək mərhələdədir. Lakin “Qərb” tibb elmi inkişaf etdikcə əhalinin sağlamlıq səviyyəsi getdikcə enir. Tibbin belə inkişafı arzuolunan deyil, belə ki, həkimlər nəyinki pasientlərin, hətta özlərinin sağlamlığının belə tam müdafiə edə bilmirlər.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.