
Yer üzərində məskunlaşan ilk insanlar olan Adəm və Həvvanın vaxtından bu ğünümüzə qədər ana südü yenidoğulmuş körpələrin ilk və əvəzolunmaz qidasını təşkil edir.
Dünyaya yeni gəlmiş uşaq heç bir şey bacarmasa da, amma dodaqları ilə qida axtarır. Hər bir uşaq əmmə refleksi ilə dogulur.
Bu refleksin təbii təzahürü isə ana südü ilə qidalanmadır. Ana südü yalniz qida deyil, o həmçinin ana ilə övlad arasında olan fiziki və mənəvi əlaqədir.
Ana südünün körpələr üçün nə qədər vacib olması haqqında müqəddəs Qurani-Kərimin ayələrində oxuyuruq.