İsveç alimləri özlərinin gözlənilməz ixtiraları ilə nigah və ailə haqqında əsrlərlə mövcud olan təsəvvürləri alt-üst ediblər.
Onlar nəyə görə ər-arvadın müəyyən vaxt keçdikdən sonra ayrıldıqlarını anlamağa nail olublar. Həm də burada məsələ heç də psixologiyada deyil. Bu barədə İTAR-TASS agentliyi məlumat verir.
Məlum olub ki, qadın və kişilər A-allel geninə görə bir yerdə yaşaya bilmirlər.
Psixonevrologiya: 45-49 yaş arasında beyində yaddaş, idrak və qavrama bacarıqları azalır
Britaniya alimlərinin yeni araşdırması zamanı məlum olub ki, yaddaş pozğunluğu əvvəllər hesab olunduğundan da əvvəl, yəni 45 yaşdan başlaya bilər.
Britaniyanın tibb jurnalında alimlər bildiriblər ki, 7 mindən çox 45-70 yaş arası dövlət qulluqçularının 10 il müddətində əqli bacarıqlarını öyrəniblər.
Araşdırmadan məlum olub ki, 45-49 yaş arasında beyində bir sıra funksiyalar – o cümlədən yaddaş, idrak və qavrama bacarıqları azalır.
Psixonevrologiya: Beynəlxalq Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada 100 milyon depressiya xəstəsi var
Mütəxəssislər depressiyanın cəmiyyətdə tez-tez müşahidə olunan ruhi xəstəlik olduğunu qeyd edirlər.
Depressiyanın özünə məxsus xüsusiyyəti olduğunu və buna mütləq ciddi yanaşılmağın vacibliyini söyləyən araşdırmaçılar hər on insandan, o cümlədən hər beş qadından birinin həyatının bir dövründə depressiya keçirmə ehtimalından da söhbət açıblar.
Beynəlxalq Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 100 milyon depressiya xəstəsi var.
Psixonevrologiya: Qadınlar 2 ci nigahda özlərini daha xoşbəxt hiss edir
Britaniya mətbuatının verdiyi məlumata görə, bu, uzun-uzadı aparılmış araşdırma nəticəsində sübut edilib. Professor Maykl Mantella bildirir ki, eyni sözləri ikinci dəfə nikaha girmiş qadınlar haqda da söyləmək mümkündür.
Əgər qadın ilk sevgilisindən və ya ərindən ayrılıb bir müddət sonra ikinci dəfə münasibətə başlayırsa, bu zaman özünü əvvəlkindən xoşbəxt hiss edir. Məhz bu üzdən ikinci nikah əksər vaxtlarda birincidən daha möhkəm və davamlı olur.
Hər birimizin həyatında bir dəfə də olsa elə anlar olur ki, özümüzü tənha hiss edir,gələcəyi kədərli və qorxulu görürük. Bəzən doğma və yaxınlarımızla bircə söhbət sakitlik və arxayınlıq hissi əldə etməyə kifayət edir.
Lakin bəzən bu da kömək etmədikdə insanın vəziyyəti getdikcə pisləşir. O, gündəlik işinin öhdəsindən gəlmir, təşviş və həyəcanı artmaqda davam edir, əhval-ruhiyyəsi kəskin enir, yuxusu və iştahı pozulur. Daha ağır hallarda qəribə söhbətlər edir,özü ilə danışır,özünə qapılmış və şübhəli olur, anlaşılmaz hərəkətlər icra edir.
Baş ağrılarının bir çox səbəbləri vardır. Baş ağrısına səbəb olan faktorların ən əsası stressdir. Ailə həyatındakı və işdəki çətinliklər, iş mühitindəki səs-küy stressi yarada bilər.
Stressdən qaynaqlanan baş ağrıları, boyun, çiyinlər və başa təsir edir. Çiyin və boyun əzələlərində əmələ gələn ağrılar birbaşa olaraq baş bölgəsinə təsir edir. Bunun üçün özünüzü stressli hiss etmənizə gətirib çıxaran səbəbləri və bunlara qarşı nələr edə biləcəyinizi nəzərdən keçirməlisiniz. Məsələn, yaxşı bir masaj təsirli ola bilər. Əgər masaj edə bilmirsinizsə, səssiz və xoş mühitdə bir neçə dəqiqə uzanın və heç bir şey düşünməməyə çalışın. Bütün bunlarla yanaşı çox yüngül bir ağrıkəsici, ya da aspirin qəbul edə bilərsiniz.
Psixonevrologiya: Varlı insanlar depressiyaya kasıblardan daha çox düşür
Alimlər araşdırmalar nəticəsində belə qənaətə gəliblər!
Zəngin ölkələrin əhalisi nisbətən kasıb ölkələrin əhalisindən daha bədbəxtdir. Bu qənaətə Ümumdünya Səhiyyə Təşkilatı 89 min nəfər respondent arasında apardığı qlobal sorğudan sonra gəlib. "The İndependent" qəzetinin verdiyi xəbərə görə, Fransa, Niderland və ABŞ-da rəyi öyrənilənlərin 30 faizi depressiyadan şikayət edib.
Çində isə bu göstərici 12 faizə bərabərdir. Daha zəif inkişaf etmiş ölkələrdə isə göstərici 11 faiz və ondan da azdır.
Alimlər bağırsaqlara xüsusi diqqət etməyin vacibliyini qeyd edirlər. Depressiyaya səbəb bağırsaqlardır. Kanadalı alimlər belə qənaətə gəliblər. "McMaster" universitetinin araşdırmaçıları bağırsaqlarda yaşayan mikrofloranın beyindəki kimyəvi proseslərə təsir etdiyini və insanın ruhi vəziyyətini dəyişdirdiyini qeyd edirlər.
Bunu müəyyən etmək üçün siçanlar üzərində araşdırma aparılıb. Belə ki, sağlam gəmiriciyə onun bağırsağının fəaliyyətinə təsir edən antibiotik verilib. Nəticədə onların sonradan daha qorxaq və əsəbi olduğu müşahidə edilib.
Ekoloji cəhətdən təmiz olmayan hava beynin fəaliyyətinə təsir edir. Çirkli hava insanların ancaq ciyərləri üçün deyil, hətta beyni üçün də ziyandır. "The Telegraph"ın yazdığına görə, ekoloji cəhətdən təmiz olmayan atmosfer adamı səfehləşdirir və depressiyaya salır.
Alimlərin sözlərinə görə, belə hava insan beynindəki boz maddənin fizioloji dəyişilməsinə və onun funksiyalarının azalmasına səbəb ola, nəticədə isə əqli cəhətdən pozğunluq yarana bilər.
Baş ağrısı bir çox insanın qorxulu röyasıdır. Ancaq heç bir ağrı səbəbsiz yerə başlamır. O cümlədən baş ağrısı.
ABŞ-ın qadın jurnalı olan "Health" bu ağrının səbəblərini müəyyən edib. Ağrının səbəbi mütəxəssislərin apardığı araşdırmalar nəticəsində müəyyənləşdirilib.
1. Çəki - artıq çəkidən əziyyət çəkənlərin baş ağrısı olma riski normal çəkililərdən 35 faiz çoxdur.
2. Xasiyyət - həddindən çox ehtiyatlılıq, deyingənlik, narahatlıq baş ağrısına səbəb ola bilər.
Psixonevrologiya: Alimlər belə qənaətə gəliblər ki, ifrat vasvasılıq depressiyaya gətirib çıxarır
Həm evdə, həm də ofisdə daim təmizlik işləri aparan insan zərərli bakteriyalarla yanaşı, orqanizmin fəaliyyəti üçün faydalı olan virusları da məhv edir.
Daha əvvəl sübuta yetirilibdir ki, bəzi bakteriyalar insanın immun sisteminin möhkəmlənməsi, orqanizmin müxtəlif iltihab proseslərinə və allergik reaksiyalara müqavimətinin artması üçün zəruridir.
Tədqiqatlar nəticəsində sübuta yetirilmişdir ki, lazımi bakteriyaların çatışmazlığı insan beyninin fəaliyyətinə mənfi təsir göstərir. Beyin əhvalı yüksəldən, "xoşbəxtlik hormonu" deyilən bioloji aktiv maddə - serotonin hasil etmir.
Mütəxəssislər xüsusilə qadınlara təsir edən qış depressiyasının insanı bezdirdiyini, lakin bu xəstəlikdən qorunmanın mümkün olduğunu söyləyir. Texniki adı “fəsillə bağlı duyğu pozğunluğu” olan bu xəstəliyin əlamətləri isə, hər il qış yaxınlaşdıqca müşahidə edilən qəmginlik, əhval ruhiyyənin olmaması, həyatdan zövq almama və enerjinin azalması kimi hallardır.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.