Med.Az - Azərbaycanın Tibbi Portalı > Sağlamlıq > K vitamini
K vitamini7 Sentyabr 2010. Müəllif: Azerimed |
K vitaminin faydaları: Qanın laxtalanmasında əsas rol oynayan K vitamini ispanaqda, balqabaqda, gül kələmdə, kahıda, göy noxudda, qatıqda, yumurtanın sarısında daha çoxdur.Orqanizmdə bu vitamin çatışmadıqda qanın laxtalanma xüsusiyyəti azalır. Nəticədə diş ətində, həzm sistemində, sidik yollarında, ağciyər və dəridə qanaxmalar meydana gəlir. K vitamini normadan artıq olduqda isə qanda laxtalanma, damar tıxanıqlığı, qaraciyərin fəaliyyətinin pozulması kimi fəsadlar ortaya çıxır. Yeniyetmələrdə gündəlik K vitamini ehtiyacı 80-150 milliqram olmalıdır. /Zaman.Az/ |