Med.Az - Azərbaycanın Tibbi Portalı > Xalq təbabəti > Albalı suyu yuxusuzluğu aradan qaldırır

Albalı suyu yuxusuzluğu aradan qaldırır


1 Sentyabr 2010. Müəllif: Azerimed
Albalı suyu yuxusuzluğu aradan qaldırır Alimlər albalı suyunun yuxusuzluq problemini həll etdiyini bildirib.

İtaliyanın La Stampa qəzetində yayımlanan xəbərə görə, Pensylvania ve Rochester Universitetlərinin alimləri, yuxusuzluqdan əziyyət çəkən 15 nəfərə 2 həftə ərzində səhər və axşam təqribən 227 qram vişnə suyu verib.

Mütəxəssislər, daha sonrakı iki həftə boyunca isə iştirakçılara digər meyvə sularını içməyi təklif edib.

Tədqiqatın sonunda əldə olunan nəticələr göstərib ki, vişnə suyu qəbul etdikləri iki həftə ərzində iştirakçıların yuxusuzluq problemləri digər həftələrlə müqayisədə azalıb.

Mütəxəssislər bunu, vişnə suyunun tərkibində olan, yuxusuzluq problemini tənzimləyən melatonin ilə əlaqələndirib.

/Xezerxeber/