Med.Az - Azərbaycanın Tibbi Portalı > Ana və Uşaq > Yay aylarında hamilə qadınlara məsləhət

Yay aylarında hamilə qadınlara məsləhət


26 İyul 2010. Müəllif: Azerimed
Yay aylarında hamilə qadınlara məsləhətHavalar bürkülü, isti keçdiyi üçün hamilə qadınlar daha ehtiyatlı davranmalıdırlar. Daim sərin yerlərdə olmaları, dərinin quru qalmamasından ötrü sudan daha çox istifadə etmələri, gün ərzində tez-tez ilıq duş almaları, göbələk xəstəliyinə tutulmamaları üçün pambıq paltarlar geymələri məsləhət görülür.
Temperaturun yüksək olması həddindən artıq tərləməyə, halsızlığa, yorğunluğa, başgicəllənməyə, ürəkbulanmaya, qusmaya, hətta əsəbiliyə səbəb olur.

Hamilə qadınların gündə 8-10 stəkan su içməsi, təzə meyvə şirələri qəbul etməsi vacibdir. Lakin çay, qəhvə, kola kimi içkilər kafein tərkibli olduğu üçün məsləhət görülmür. Təzyiqin yüksəlməsinə səbəb olan duzlu, ədviyyatlı yeməklərdən və alaçiy ətlərdən imtina edin, menyunuzda meyvə-tərəvəzə daha çox üstünlük verin.

Açıq rəngli, pambıq və kətan parçadan tikilmiş paltarlar geyin.

/Zaman.Az/