Med.Az - Azərbaycanın Tibbi Portalı > Psixonevrologiya > Depressiya kəmağıllığa səbəb olur

Depressiya kəmağıllığa səbəb olur


14 İyul 2010. Müəllif: Azerimed
Depressiya kəmağıllığa səbəb olur Depressiyaya meyilli, həyatından narazı insanların yaşa dolduqca ağlının azalması riski təmkinli insanlara nisbətən yüksəkdir.
Alimlər son 17 ildə 70-80 yaşlı minədək insanın xəstəlik tarixçəsini tədqiq etmişlər. Onların 164-dən kəmağıllıq, 136-da isə Alsheymer xəstəliyi inkişaf etmişdir. Məlum olmuşdur ki, vaxtilə depressiyadan əziyyət çəkən adamlarda kəmağıllıq riski 70% artmışdır.

Depressiyaya meyilli adamların baş beyninin müəyyən hissələrinin iltihabı baş verir ki, bu da beyin qabığında dəyişikliklərə səbəb olur. Nəticədə kəmağıllığın əlamətləri özünü göstərir. Burada fizioloji amillərlə yanaşı, sosial amillər də böyük rol oynayır. Belə insanlar ünsiyyətdən qaçır, özlərinə qapılır. Belə həyat tərzi isə kəmağıllığa gətirib çıxarır.

Alimlər müəyyənləşdirmişlər ki, depressiya insana təkcə mənəvi cəhətdən deyil, fiziki cəhətdən də əzab verir.
Ruh düşkünlüyünə qapılan insan ağrını daha kəskin hiss edir. Alimlər bunu beyinin eyni hissələrinin həm emosiyalara, həm də fiziki ağrıya cavabdeh olması ilə izah edirlər.

/AzərTAc/