Med.Az - Azərbaycanın Tibbi Portalı > Qidalanma və Dieta > Yay mövsümündə qidalanma rejiminizə diqqət edin
Yay mövsümündə qidalanma rejiminizə diqqət edin8 İyul 2010. Müəllif: Azerimed |
Bu 5 qızıl qaydaya əməl etməklə sağlam qidalana bilərik!1. Susadıqda gündə 10-12 stəkan su için Bədəndən çıxan artıq sular normal şərtlərdə sidik,tərləmə və tənəffüslə çıxır. Yaz aylarında istiliklə birlikdə artan maye və mineral itkisinin qarşısını almaq üçün kifayət qədər mayə içmək mühümdür. Ona görə də, hər gün ən azı 2-2.5 litr (10-12 su stəkan) su içilməlidir. Bundan əlavə idmanla məşğul olan insanlar daha çox su içməlidirlər. Maye tələbatını sudan əlavə süd, ayran, mineral sular, limonad, soyuq bitki çayları, şəkərsiz kompotlar və təzə sıxılmış meyvə şirəsi kimi içkilərlə də qarşılamaq olar. 2. Qidaları yavaş və yaxşı çeynəyərək yeyin Yeməkdən doymaq yemək yedikdən 10-15 dəq sonra hiss olunur. Ona görə də yavaş yavaş yeməyə diqqət edin. 3. Krem, mayonez və qızardılmış yeməklərdən pəhriz edin Yaz-yay aylarında krem, mayonez, yağlı sous, yağlı qidalar və yağda qızardılmış yeməklərdən çəkinin. Yeməklərdə bitki mənşəli yağlardan istifadə edin. Fındıq, qoz, badam kimi yağlı qidaları gündəlik yediyiniz yağlı yeməklərin miqdarını azaldaraq istifadə edə bilərsiniz. 4. Qida zəhərlənmələrindən qorunmaq üçün gigiyenaya əhəmiyyət verin Xüsusilə yaz-yay aylarında artan xəstəliklərdən biri də qida zəhərlənmələridir. Çöldə və açıqda satılan yeməkləri yeməkdən çəkinin. 5. Dondurma və meyvə şirələrini seçin Qızardılmış yeməklərin yerinə sütlü şirnilər, meyvə şirələri, dondurma seçmək daha məqsədə uyğundur. /Faktxeber.Com/ |