Med.Az - Azərbaycanın Tibbi Portalı > Səhiyyə > Azərbaycanda ana və uşaq ölümünün səviyyəsi azalmışdır
Azərbaycanda ana və uşaq ölümünün səviyyəsi azalmışdır10 İyun 2010. Müəllif: Azerimed |
Azərbaycanda ana və uşaq ölümünün səviyyəsi azalmışdır. 2008-ci ildə ana ölümü 26,7 promille idisə, 2009-cu ildə bu rəqəm 24,3 təşkil edirdi. Uşaq ölümü 2008-ci ildə 12 promille olmuşdur, ötən il 1 yaşadək uşaq ölümü isə 11,3 promilliyə enmişdir. Bu barədə Səhiyyə Nazirliyinin tibbi xidmətin təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva məlumat vermişdir. Vurğulamışdır ki, son dövrlər ölkədə aparılan ciddi islahatlar nəticəsində buna nail olunmuşdur. Risk qrupuna aid hamilələr ölkədə təzə açılmış perinatal mərkəzlərə yerləşdirilir. Müasir texnologiya və üsullar vasitəsilə onların ambulator müalicəsi aparılır, ana bətnində dölün xəstəlikləri aşkar edilir. E.Əliyeva qeyd etmişdir ki, qadın hamiləlikdən öncə və hamiləlikdən sonra müntəzəm olaraq mütləq həkim müayinəsindən keçməlidir. /AzərTac/ |