Med.Az - Azərbaycanın Tibbi Portalı > Xalq təbabəti > Metobolizmi gücləndirən ədviyyatlar

Metobolizmi gücləndirən ədviyyatlar


3 İyun 2010. Müəllif: Azerimed
Metobolizmi gücləndirən ədviyyatlar Bu ədviyyatlar orqanizmə çox faydalıdır
Bibəriyə: Yağ metobolizmasına müsbət təsir göstərir. Orqanizmdə hərarəti artırır, qan dövranını sürətləndirir.

Kəklik otu: Xolestrolun düşməsinə kömək edir. Bu bitkinin çayı xüsusilə yağ metobolizmasına müsbət təsir göstərir. Canlandırıcı, damar açıcı xüsusiyyətlərı malikdir.

Funda çiçəyi: Əslində daha çox çay kimi istifadə olunur. Bir çay qaşığı funda suda qaynadılır, süzülülərək içilir.

Zəncəfil: Yeməklərin daha yaxşı həzm edilməsinə kömək edir. Soyuq olan həzm sistemini isidir.

Acı bibər: Bütün acılılar kimi yeməklərin rahat həzm edilməsinə kömək edir və metobolizmanı canlandırır.

Qırmızı pul bibər: Metobolizmanı canlandırır, yağları əridir amma iştahı açır. Buna görə diqqətli olmalısınız.

Qərənfil: Orqanizmdən zəhərli maddələri atmağa kömək edir.


/Xezerxeber.Com/