Med.Az - Azərbaycanın Tibbi Portalı > Səhiyyə > Bu gün "Beynəlxalq Siqaretsiz Gün" kimi qeyd olunur

Bu gün "Beynəlxalq Siqaretsiz Gün" kimi qeyd olunur


31 May 2010. Müəllif: Azerimed
Bu gün "Beynəlxalq Siqaretsiz Gün" kimi qeyd olunur Bu gün bütün dünyada “Beynəlxalq Siqaretsiz Gün” kimi qeyd olunur.

Belə bir gündə siqaret çəkməyin zərərləri barədə bir daha müzakirələr aparılır.

İslamabad Universitetində bu günə həsr olunmuş xüsusi seminarın materiallarında deyilir ki, siqaret tüstüsünün tərkibində 4 minədək zərərli komponent mövcuddur.

Ümumiyyyətlə isə xərçəng xəstəliyi hallarının 31-dən 45 faizə qədərinin siqaret çəkilməsi nəticəsində yarandığı düşünülür.

Xəbər verilir ki, hazırda 1 milyard 300 milyon siqaret çəkən insanların əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Bu da bildirilir ki, hər il tütünün törətdiyi fəsadlardan ildə 5 milyonadək insan vəfat edir.

/Bbcazeri.com/