Med.Az - Azərbaycanın Tibbi Portalı > Endokrinologiya > Şəkər xəstələri üçün peyvənd hazırlanır

Şəkər xəstələri üçün peyvənd hazırlanır


12 May 2010. Müəllif: Azerimed
Şəkər xəstələri üçün peyvənd hazırlanır Xəstələrin insulin tələbatını ödəmək üçün peyvənd hazırlanır.
Şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər üçün ümid işığı doğub. İngiltərənin "Oxford Brookes" Universitetinin alimləri bu xəstəliklə bağlı araşdırma aparıblar. Mütəxəssislər xəstələrin insulinə olan tələbatını ödəmək üçün peyvənd hazırladıqlarını bildiriblər. "Diabetologia" adlı tibb jurnalında nəşr edilən araşdırmaya görə, iynədən sadəcə 6 gün istifadə ediləcək. Bu peyvənd bədənin insulin ehtiyacını sürətlə artırır və şəkərli diabetin 1-ci növü ilə mübarizə aparır.
Hələlik peyvənd ilə bağlı ətraflı araşdırmalar və təcrübələr davam etdirilir.

/Ans.Az/