Med.Az - Azərbaycanın Tibbi Portalı > Səhiyyə > Gəncədə 1 yaşlı uşaq ürək əməliyyatı keçirib
Gəncədə 1 yaşlı uşaq ürək əməliyyatı keçirib7 May 2010. Müəllif: Azerimed |
Gəncə şəhərində ilk dəfə olaraq açıq ürək əməliyyatlarının keçirilməsinə başlanıb. Gəncə Müalicə-Diaqnostika Mərkəzində keçirilən əməliyyatlar Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən humanitar aksiya çərçivəsində təşkil olunur.ARDNŞ Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlu Lent.az-a bildirib ki, Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən aksiya bu gün start götürüb. Artıq Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı kardiocərrahiyyə briqadası bu gün 2 açıq ürək əməliyyatı aparıb. Sabah isə daha 2 əməliyyatın aparılacağı planlaşdırılıb. Onun sözlərinə görə, əməliyyat olunan xəstələrdən ən kiçiyi 1 yaş 3 aylıq körpədir. Əməliyyatlara Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov rəhbərlik edir. O qeyd edib ki, regionlarda inşa olunan Müalicə-Diaqnostika Mərkəzlərində indiyədək 165 xəstə üzərində açıq ürək əməliyyatları, 500-dən çox xəstə üzərində angeoqrafiya müayinələri aparılıb. Onun sözlərinə görə, Gəncədə keçirilən aksiyada əməliyyat olunanların hamısı anadangəlmə ürək qüsuru ilə doğulanlardır. Onlardan 2-si körpə, 2-si gəncdir. Xəstələrin ürəyindəki bütün qüsurlar aradan qaldırılıb. Hazırda onlar reanimasiya şöbəsində müalicə alırlar. Açıq ürək əməliyyatları ilə bağlı növbəti aksiyalar Şamaxı və Quba rayonlarındakı Mərkəzi Diaqnostika mərkəzlərində keçiriləcək. /Lent.Az/ |