Med.Az - Azərbaycanın Tibbi Portalı > Ana və Uşaq > Uşağınızı zəhərləməyin!
Uşağınızı zəhərləməyin!3 May 2010. Müəllif: Azerimed |
Azyaşlı, eləcə də hələ yaşı tamam olmayan uşaqlar tapdıqları hər şeyi ağızlarına apardıqlarından zəhərlənmə təhlükəsi ilə üzləşirlər.Uludağ Universitetinin professoru Dr. Nihat Sapan, 9 ay ilə 5 yaş arasındakı uşaqların daha çox dərmandan zəhərləndiklərini qeyd edir. Evdəki kimyəvi təmizləyici maddələri, kosmetik məhsulları, rəngi ilə diqqəti cəlb edən dərmanları uşaqların əli çatan yerə qoymayın, onların yanında dərman içməyin. Həmçinin spreyləri şkafda, qapağı bağlı şüşələrdə saxlayın. Uşaqlara qaranlıqda dərman verməyin. Təhlükəli maddələri limonad, kola, su şüşələrinə qoymayın. /Zaman.Az/ |