Med.Az - Azərbaycanın Tibbi Portalı > Elmi kəşflər > Qırmızı istiotun tərkibindəki acılıq verən maddə ağrıkəsici rolunu oynaya bilər
Qırmızı istiotun tərkibindəki acılıq verən maddə ağrıkəsici rolunu oynaya bilər28 Aprel 2010. Müəllif: Azerimed |
Çili istiotu üzərində aparılan araşdırma işi alimlərə yeni növ ağrıkəsici icad etməyə yardım edəcək.Texas Universitetinin alimləri deyirlər ki, çili istiotunu acı edən capsaicinə bənzəyən maddə insan bədənində ağrı olan yerlərdə aşkar edilib. Bu maddənin bədənə buraxılmasının qarşısını almaq isə xroniki ağrını da azalda bilər. Eyni zamanda bədəndə yara olarkən, o, capsaicin kimi maddə buraxır və bu maddə reseptorlar vasitəsilə ağrının hiss edilməsinə gətirir. Ağrını kəsmək Texas Universitetindən Dr Kennet Harqreyvs və onun dəstəsi yeni aşkar edilmiş ağrı mənbəyini kəsmək yollarını götür-qoy edirlər. Siçan üzərində aparılan təcrübə işi göstərib ki, bu reseptorlar üçün nəzərdə tutulan genləri dağıdanda capsaicin maddəsinə qarşı həssaslıq da itir. Bu biliklə onlar eyni nəticəni əldə etmək üçün dərmanın əldə edilməsinə başlayıblar. "Biz aşkar etmişik ki, yaralanarkən, ya da zədə alarkən orqanizmə capsaicin kimi molekullar ailəsi buraxılır. İndi biz yeni növ terapiya ilə bu mexanizmləri necə blokadaya almağı bilirik. " Dr Harqreyvs ümid edir ki, dərmanlar müxtəlif növ xroniki ağrıların müalicəsində yardım edəcək. Buraya xərçəng, artrit və fibromyalgiya kimi xəstəliklər də daxildir. /BBCAzeri.com/[size=1][/size] |