Med.Az - Azərbaycanın Tibbi Portalı > Qidalanma və Dieta > QOZ insan orqanizmi üçün çox faydalıdır
QOZ insan orqanizmi üçün çox faydalıdır22 Aprel 2010. Müəllif: Azerimed |
Qozun insan sağlamlığına göstərdiyi faydalı təsirləri öyrəndikdə çox təəcüblənəcəksiniz!Mütəxəssislər qozun qadınların hamiləlik zamanı ürək bulanmasına yaxşı təsir edəcəyini və qanda zərərli xolestrolun yığılmasının qarşısını alaraq, yüksək xolestrolu azaltdığını söyləyir. Qozun damarda trombların əmələ gəlməsinin qarşısının alınmasında və şəkər xəstəliyinin müalicəsində də son dərəcə təsirli oduğunu bildirən mütəxəssislər, qoz yarpağını qaynataraq su ilə sulandırılıb gündə bir neçə fincan içilərsə şəkər xəstəliyinə yaxşı təsir göstərdiyini qeyd edib. Mədə və bağırsaq ağrılarının azalmasında, təzə meyvəsindən hazırlanmış mürəbbədən diş əti xəstəliklərinin müalicəsində və vitamin çatışmamazlığında istifadə edilir. Təzə qozu balla yedikdə cinsi aktivliyi artırır. |