Med.Az - Azərbaycanın Tibbi Portalı > Elmi kəşflər > Təsadüf nəticəsində yaranan müalicə

Təsadüf nəticəsində yaranan müalicə


12 Aprel 2010. Müəllif: Azerimed
Təsadüf nəticəsində yaranan müalicə ABŞ-ın Çikago şəhərində yerləşən Rush Universitetində aparılan bir araşdırma zamanı təsadüf nəticəsində dəri xərçəngi xəstəliyinin müalicəsinə müsbət təsir edən bir dərman əldə edilmişdir.
Əslində jenital bölgələrdəki uçuqlamalar üçün nəzərdə tutulan dərman laboratoriyada tədqiqat zamanı tədqiqatçılardan birinin diqqətsizliyi nəticəsində içərisində dəri xərçəngi hüceyrələri olan qaba tökülmüşdür. Tədqiqatçılar qabdakı hüceyrələrin məhv olduğunu gördü və tədqiqatın istiqamətini dəyişərək dərmanın dəri xərçənginin müalicəsində önəmli rol oynayacağına qərar verdilər və tədqiqat mübət nəticə vermişdir.
İngiltərədə kliniki olaraq yoxlanılan dərmanın dəri xərçəngindən əziyyət çəkən 10 xəstədən 8-ni tamamilə sağaltdığı müəyyən olunmuşdur.
Araşdırmanın rəhbəri Dr. Howard Kaufman mətbuata açıqlamasında tapılmış dərmanın hər il minlərlə insanın həyatını xilas edəcəyini bildirmişdir.

/Med.Az/