Med.Az - Azərbaycanın Tibbi Portalı > Elmi kəşflər > QİÇS, Qrip və Ebola kimi viruslara qarşı təsir göstərən molekul tapılıb
QİÇS, Qrip və Ebola kimi viruslara qarşı təsir göstərən molekul tapılıb10 Fevral 2010. Müəllif: Azerimed |
Los Anceles Universitetinin mütəxəssislərindən Mike Wolfun başçılıq etdiyi qrupun laboratoriya şəraitində, siçanlar üzərində apardığı araşdırmada, LJ001 kod adı verilmiş molekulun bir çox virusa qarşı təsirli ola biləcəyi müəyyən olunub.Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında yayımlanan araşdırmada alimlər, LJ001-in Ebola, qrip, QİCS, Hepatit C kimi bir çox viruslara qarşı təsirli ola biləcəyini bildirib. Siçanlar üzərində aparılan araşdırmada, LJ001 ilə müalicə edilən, Rift vadisi virusuna yoluxan heyvanalrın hamısı, Ebolaya yoluxanların isə 80%-i həyatda qalıb. Vatan qızetinin xəbərinə görə, bu araşdırmanın nəticələri Fransanın “Lee Point” jurnalında da nəşr edilib. |