Med.Az - Azərbaycanın Tibbi Portalı > Elmi kəşflər > Genlər bioloji yaşlaşmaya dair sirləri aça bilər

Genlər bioloji yaşlaşmaya dair sirləri aça bilər


9 Fevral 2010. Müəllif: Azerimed
Genlər bioloji yaşlaşmaya dair sirləri aça bilər Xromosomların ucundakı telomerlər yaşla qısalır.
Alimlər insanların bədənlərinin hansı sürətlə yaşlaşdığını göstərə bilən gen növlərini aşkar ediblər.
Univetsity of Leicester və Kings College of London təhsil ocaqlarından tədqiqatçılar deyirlər ki, yeni tapıntı yaşla bağlı xəstəliklərdən əziyyət çəkənləri aşkar etməyə yardım edə bilər.

British Heart Foundation bildirib ki, tapıntılar ürək xəstəliklərinin qarşısını alma yollarını aşkar etməyə yardımçı ola bilər.

Həkimlərə bəllidir ki, yaşla adamlar Alshaymer, Parkinsons və ürək xəstəliklərindən daha çox əziyyət çəkə bilərlər.

Telomerlər

Bir nəzəriyyəyə əsasən hər hüceyrədə genetik kodu daşıyan xromosomların bir hissəsi olan telomerlər adlanan bioloji vaxt göstəriciləri bu prosesdə əsas faktor ola bilər.

Professor Tim Spector: "Bizim araşdırma işi göstərib ki, bəzi adamlar genetik olaraq başqalarından daha sürətlə yaşlaşır"

Bizim araşdırma işi göstərib ki, bəzi adamlar genetik olaraq başqalarından daha sürətlə yaşlaşır.
Doğulandan hüceyrələr parçalandıqca telomerlər də qısalır. Qısa telomerləri olan adamların yaşla bağlı xəstəlikdən daha çox əziyyət çəkə biləcəyinə dair müəyyən dəlil var. Buna səbəb onların telomerlərinin daha sürətlə qısalması, ya da ki, bu adamların telomerlərin qısa növü ilə doğulmasıdır.

Tədqiqatçılar deyirlər ki, onlar insan genomu boyunca 500 000 genetik variasiyanı öyrəniblər.
Nəticədə onlar TERC adlanan genin yaxınlığında bir neçə variant aşkar ediblər. Bu genlər isə üç-dörd il əlavə bioloji yaşlaşma ilinə bərabərdir.

Pis həyat tərzi

Kings College London məktəbindən professor Tim Spector bunları deyir:

"Alternativ olaraq genetik cəhətdən həssas olan adamlar telomerlər üçün siqaret, gombulluq və idman etməmək kimi "pis" mühitdə daha sürətlə yaşlaşa bilərlər. Belələri bioloji cəhətdən bir neçə il tez yaşlaşa, hətta yaşla bağlı xəstəliklərə məruz qala bilərlər."
British Heart Foundation qurumundan professor Jeremy Pearson isə deyir ki, telomerlərin xəstəliklərin yaranması üçün əlavə risqə səbəb olub-olmadığı bilinmir.
"Bizim hüceyrələrin necə yaşlaşdığını başa düşmək ürək xəstəliklərini müalicə etmək və qarşısını almaq istiqamətində vacib addımdır. "