Med.Az - Azərbaycanın Tibbi Portalı > Endokrinologiya > Süni mədəaltı vəzi şəkərə nəzarəti gücləndirir

Süni mədəaltı vəzi şəkərə nəzarəti gücləndirir


8 Fevral 2010. Müəllif: Azerimed
Süni mədəaltı vəzi şəkərə nəzarəti gücləndirir Britaniyalı həkimlər süni mədəaltı vəzinin uşaqlarda birinci tip şəkər xəstəliyinə nəzarəti yaxşılaşdırığını nümayiş etdiriblər.
Sınaqlar zamanı 17 uşaq insulin nasosu və qlükoz senzoru ilə təmin edilib.

Bu halda altmış faiz vaxt ərzində qandakı şəkərin səviyyəsini normal dərəcədə saxlamaq mümkün olub.

Birinci növ diabet dünya üzrə milyonlarla uşağı tutan xəstəlikdir.
Bu zaman mədəaltı vəzi bədəndəki qanun səviyyəsi üzərində nəzarətə imkan verən insulin istehsalını dayandırır.
Tədiqatı maliyyələşdirmiş Gənclər Arasında Diabet Tədqiqatı Fondu deyir ki, bu, süni mədəaltı vəzinin prinsipcə effektiv olduğunu göstərir.