Med.Az - Azərbaycanın Tibbi Portalı > Xalq təbabəti > Tərləməyə qarşı maraqlı məsləhətlər
Tərləməyə qarşı maraqlı məsləhətlər2 Fevral 2010. Müəllif: Azerimed |
Ovuclar tərləyirsə:à) Ovucları palıd qabığı, şalfey yarpağı və ya yaşıl çay dəmləməsi ilə silin. b) 5:1 nisbətində araqla limon sokunu qarışdırın. Əllərinizi yuyandan sonra onunla silin. c) 3 ç.q.sirkə və ya duzu 1 l. suda həll edin. 5 dəqiqəlik vannalar edin. Qoltuq tərləyirsə: 10 qr palıd qabığını yaxşıca xırdalayın, 1 stəkan soyuq su əlavə edin, 15-20 dəq. qaynadın, soyudun və süzün. ½ stəkan araq, ¼ stəkan sirkə və 10 qr kvas əlavə edin qarışdırın. Hər gün silin. Ayaq tərləyirsə: Uşaq talkı və ya bor turşusu istifadə edin. Həm də limon turşusu və ya sirkə ilə də silə bilərsiniz. |