Med.Az - Azərbaycanın Tibbi Portalı > Ana və Uşaq > Uşağa süd verən anaların pəhriz saxlaması təhlükəlidir
Uşağa süd verən anaların pəhriz saxlaması təhlükəlidir2 Fevral 2010. Müəllif: Azerimed |
Türkiyənin Qaradəniz Texniki Universitetinin Farabi Xəstəxanasının diyetoloqu Uğur Bayramoğlu uşaq əmizdirən anaların pəhriz saxlamasının təhlükəli olduğuna diqqət çəkib.Həkim hamiləlik zamanı qadının 9-12 kiloqram kökəlməsinin normal olduğunu deyib. Uğur Bayramoğlunun sözlərinə görə, doğuşdan sonra analarda südün olması üçün lazım olan enerji məhz hamiləlikdə qazanılan çəki nəticəsində qarşılanır. Ona görə də hamiləlikdən sonra pəhriz saxlamaq uşaq əmizdirən analar üçün təhlükəli ola bilər: “Uşaqlar süd əmdikcə ananın döşündə yeni süd əmələ gələcək və beləcə arıqlamaq mümkün olacaq. Düzgün əmizdirən və ev daxilində fiziki aktivliyini sürdürən bir ana pəhrizə ehtiyac duymadan hamiləlik sırasında qazandığı çəkini ata bilər”. /Internethaber.com/ |