Med.Az - Azərbaycanın Tibbi Portalı > Ana və Uşaq > Son vaxtlar Azərbaycanda abortların sayı artmışdır
Son vaxtlar Azərbaycanda abortların sayı artmışdır25 Yanvar 2010. Müəllif: Azerimed |
Abortların sayının son vaxtlar sürətlə artması ilk növbədə qız uşağının dünyaya gəlməsini öyrənməyin nəticəsidi. Bu işdə məsuliyyət daşıyanlardan biri və birincisi də elə həkimlərdir. Bəzən bilərəkdən, bəzənsə nəticəni göz önünə gətirmədən uşağın cinsini valideyinlərə bəlli etməklə , dünyaya gəlməkdə olan dölün məhfinə yol açırlar.Müqəddəs dinimiz İslamda da hamiləliyin dayandırılması məhz həyatın müqəddəsliyi və sarılmazlığı nöqteyi – nəzərindən qiymətləndirilir. Abort böyük günah və qətl hesab olunur. Özü də təkcə dini deyil, həm də insanı baxımdan. Bu, yalnız aborta gedən qadınlara deyil, həm də onları bu addımı atmağa məcbur edən insanlara da aiddir. Belə ki, İslamda yamanlığı törədənlərdən çox, bu hərəkətin özü pislənir. Bəzi həkimlər qadınların seçim hüququna hörmət etdikləri üçün abort etdiklərini deyirlər. Amma onlar da etiraf edirlər ki, bu, qadın psixikasına çox ciddi zərbə vurur. “Yeni med” Tibb Mərkəzinin ali dərəcəli ginekoloqu Arzu Məhərrəmova da razılaşır ki, bəzən həkimlər özləri də bu işdə məsuliyyət daşıyırlar. Bəzi ağ xalatlılar təqvim metodundan istifadə edərək, anaya hamiləliyin 4-5-ci həftəsində qız və ya oğlan dünyaya gətirəcəyini deyirlər. Qız istəməyən ana isə abort yolunu seçir. Arzu Məhərrəmovanın sözlərinə görə,təqvim metodu heç də həmişə özünü doğrultmur. 40-50% halda effektiv hesab olunur. Ginekoloqun sözlərinə görə bu gün əksər analar evdə 1 qız uşağı varsa ikincini abort edirlər. Qız uşaqlarına qarşı olan bu “üsyan” isə arzu olunmaz haldır. Və Allahın işinə qarışmaqdan başqa bir şey deyil. Məsələnin qanunla tənzimlənməsinə gəlincə, həkim düşünür ki, bu insanın vicdanına bağlı bir məsələdir və elə hər kəsin öz vicdanına da buraxılmalıdır. Bizimlə söhbətində Arzu xanım onu da vurğuladı ki, əgər ailə uşaq sahibi olmaq istəmirsə arzu olunmaz hamiləlikdən mütləq qorunmalıdır. Lakin bu zaman kontraseptiv üsullar həkim nəzarəti altında seçilməlidir. Cünki hər üsulun özünün müsbət və mənfi tərəfləri var. Arzu Məhərrəmova qeyd etdi ki, apteklərdən hamiləliyi açmaq üçün alınan bəzi həblər həyat üçün təhlükəli ola bilər. Bu həblər sırasında mədə xorası üçün nəzərdə tutulan saltoteks adlı preparat da var. Xanımlar hamiləliyi dayandırmaq üçün həkimlə məsləhətləşmədən bu dərmanı alır. Çox güclü təsirə malik olan bu həbb dölə ölümcül təsir edir, amma açma effekti hamıda eyni olmur. Bu vasitədən istifadə edən xanımların 80% qanaxma, inkişafdan qalmış hamiləliklə həkimə müraciət edirlər. Odur ki, yaxşı olar ki, istənilən halda həkim məsləhəti alınsın. /BurlaXatun/ |