Med.Az - Azərbaycanın Tibbi Portalı > Maraqli > Həm atadır həm ana

Həm atadır həm ana


22 Yanvar 2010. Müəllif: Azerimed
Həm atadır həm ana Yaponiya mətbuatı bu günlərdə bir sağlamlıq qalmaqalı ilə çalxalanır. Beləki 27 yaşınadək kişi kimi həyatını davam etdirən və adı mətbuatdan gizlədilən Yaponiya vətəndaşı keçən il əməliyyatla cinsiyyətini dəyişdirməyə və süni mayalanma metodu ilə övlad sahibi olmağa qərar verir. Hal hazırda Yaponiyada qadın cinsiyyəti ilə qeydiyyatda olan bu insan həmdə uşağın atası kimi qeydiyyatdadır.
Kyushu Universitetinin professoru Toshiyuki Oshima uşağın qeydiyyat məlumatlarında həm ata həm də ananın adının yerində eyni insanın adının olması kimi bir hala Yaponiyada ilk dəfə rast gəldiklərini qeyd etmişdir və Yaponiya dövlət qeydiyyat qanunlarında bu kimi halların nəzərə alınmasının vacibiyini vurğulamışdır.