Med.Az - Azərbaycanın Tibbi Portalı > Səhiyyə > Bu gündən ölkədə “donuz qripi” nə qarşı vaksinasiyaya başlanacaq
Bu gündən ölkədə “donuz qripi” nə qarşı vaksinasiyaya başlanacaq12 Yanvar 2010. Müəllif: Azerimed |
Vaksinlər ilk növbədə həkimlərə, su nəqliyyatı , gömrük işçilərinə və risk qrupuna daxil olan şəxslərə vurulacaq.Bu gündən etibarən Azərbaycanda “donuz qripi”nə qarşı vaksinasiyaya başlanacaq. Proses məcburi qaydada həyata keçirilməyəcək. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemiologiya şöbəsinin müdiri Emin Babayevin sözlərinə görə, vaksinasiya işləri iki iri şəhərdən, yəni Bakı və Sumqayıtdan başlayacaq. Emin Babayev bildirib ki, vaksinlər ilk növbədə həkimlərə, su nəqliyyatı , gömrük işçilərinə və risk qrupuna daxil olan şəxslərə vurulacaq. Epidemioloqun sözlərinə görə, risk qrupunda olan şəxslər peyvənd olunmaq üçün poliklinkalara müraciət edə bilərlər. Növbəti aylarda Azərbaycana daha 800 min doza vaksin gətiriləcək. Bu, respublika əhlisinin 10 faizə qədərinə kifayət edəcək. Azərbaycanda vaksinlərə hazırkı şəraitdə nə dərəcədə ehtiyac olmasına gəlincə, Emin Babayev epidemiya təhlükəsinin həm dünyada, həm də Azərbaycanda aktual olduğunu, vaksinasiyanın Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyəsi əsasında həyata keçirildiyini deyib. |