Med.Az - Azərbaycanın Tibbi Portalı > Idman > Çirklənmiş havada idmanın xeyirindən çox ziyanı var
Çirklənmiş havada idmanın xeyirindən çox ziyanı var6 Yanvar 2010. Müəllif: Azerimed |
İtaliyada nəşr olunan La Stampa qazetində dərc olunan xəbərə əsasən ABŞ-da fəaliyyət göstərən Utah Universitetinin əməkdaşları tərəfindən ətraf mühütün qorunması və hava təmizliyi mövzusunda aparılan bir araşdırma zamanı çirklənmiş havaya malik şəhərlərdə açıq havada idmanla məşğul olmaq ən az siqaret çəkmək qədər ziyandır.Mütəxəssislərin fikirincə çirkli havanın yalnız tənəffüs problemi olan insanlara mənfi təsiri olduğunu düşünmək düzgün deyil çirkli hava hər bir normal insanın sağlamlığına mənfi təsir edə bilər. Həmçinin tədqiqatçılar çirklənmiş havaya malik şəhər sakinlərinə açıq hava əvəzinə salon, idman zalı və s. bu kimi örtülü ərazilərdə idmanla məşğul olmağı məsləhət görürlər. |