Med.Az - Azərbaycanın Tibbi Portalı > Gözəllik > Gözəl dodaqlara sahib olaq

Gözəl dodaqlara sahib olaq


24 Dekabr 2009. Müəllif: Azerimed
Gözəl dodaqlara sahib olaq Qulluq edilmiş dodaqlar gözəlliyin önəmli bir hissəsidir. Dodaqların gözəl görünməsi üçün isə ilk növbədə onların quruması və çatlamasının qarşısı alınmalıdır. Xüsusilə soyuq aylarda. Bu problemi həll etməyin asan yolları var.
Hər gün səhər və axşam yumşaq ucluqlu diş fırçası və ya yumşaq parça ilə dodaqları masaj edin. Masajdan sonra onlara qidalandırıcı krem və ya bitki yağı sürtün. Masaj dodaqlarda qan dövranını yaxşılaşdırır və onların gözəl rəngini saxlayır.

Dodaqlara gözəl görünüş verən ən yaxşı məhsullardan biri də baldır. Bal tərkibindəki vitamin, mineral və aminoasitlər sayəsində müalicəvi əhəmiyyətə malikdir. Təbii bal dodaqların parıldaması üçün gözəl maskadır.

Dodaq üçün maskalar:

1 yumurtanın sarısını 5 qram yulaf ilə qarışdırın. Məhlulu dodaqlara və dodağın kənarına sürtün. 10 dəqiqədən sonra yuyun. Bu maska dodaqlardakı ölü dərinin çıxmasına, çatların aradan qalxmasına, onların yumşaq və daha parlaq olmasına imkan yaradacaq.

1/2 xiyarın suyuna 1 yemək qaşığı bal və eyni miqdarda qatıq əlavə edin. 15 dəqiqə dodaqda qalan bu masqa onları nəmləndirəcək.

Qeyd edək ki, təmizlənməmiş dodaq boyası da dodaqların ən böyük düşmənlərindəndir. Çalışın hər gün yatmamışdan əvvəl boyanı təmizləyin. Boyanın uzun müddət qalmasını istəyirsinizsə, əvvəlcə dodaqlarınızı qələmlə rəngləyin. Qələmin üzərindən boyanı sürtün. Boyadan əvvəl dodaqlara az miqdarda pudra sürtmək də boyanın daha uzun müddətli qalmasına kömək edir.