Med.Az - Azərbaycanın Tibbi Portalı > LOR > Neçə desibel səsdə insan kar ola bilər?
Neçə desibel səsdə insan kar ola bilər?22 Dekabr 2009. Müəllif: Azerimed |
Desibel səs vahididir və səsin şiddəti desibellə ölçülür qısa olaraq DB yazılır.Normal səs səviyyəsi nə qədər olmalıdır ? Araşdırmalarla müəyyən edilmişdir ki 0 db səs insan qulağının eşidə biləcəyi səs ən aşağı səs 180 db isə roket atarkən roketin verdiyi səsdir. Desibel ölçüsü loqoritmik olaraq artar və azalar. Məsələn 20 db 10 db-dən 10 dəfə 30 db isə 10 db-dən 100 dəfə çox şiddətlidir. Səs səviyyəsinə görə aşağıdakı kimi müəyyən olunur. 0 db – insan qulağının güclə eşidə biləcəyi ən zəif səs. 30 db - pıçıltı, zəif səslə danışmaq. 60 db - normal səs, insanalr normal şəraitdə 60 db gücündə səs səviyəsi ilə danışırlar. 60 db –yə misal olaraq tikiş maşını və ya yazı makinalarının çıxardığı səsi göstərmək olar. 90 db - ağır yük maşınlarının çıxardığı səs 90 db-yə bərabərdir.Bu səsə gündə maksimum 8 saat məruz qalmaq olar. 100 db - asfalt deşən texnikanın və ya yanacaqla işləyən mişarın (drujbanın) çıxardığı səs. Bu səsə gündə iki saat məruz qalmaq olar artıq ziyandır. 115 db - yüksək səsli roket və ya səs-küylü rok konsertlərində insanların məruz qaldığı səs səviyyəsi 115 db-yə bərabərdir. Bu səsə gündə maksimum 15 dəqiqədən artıq məruz qalmaq məsləhət görülmür. 140 db- təyyarə səsi. İnsanların bu səviyyədə səsə məruz qalması təhlükəlidir. Ümumiyyətlə mütəxəsislər 85 db-dən yuxarı səsə daimi məruz qalmanın zərərli olduğunu bildirirlər. |