Med.Az - Azərbaycanın Tibbi Portalı > Elmi kəşflər > Yaponlar donuz qripindən qoruyan geyim hazırlayıblar

Yaponlar donuz qripindən qoruyan geyim hazırlayıblar


12 Oktyabr 2009. Müəllif: Azerimed
Yaponlar donuz qripindən qoruyan geyim hazırlayıblar Yaponiyanın Haruyama adlı geyim firması donuz qripinə yoluxmanın qarşısını alan bir geyim hazırladıqlarını bildiriblər. Şirkətin mətbuat xidmətinin rəhbəri Ryugo Yamamato paltarın istehsalında istifadə olunan materialın tərkibində titanium dioksid olduğunu və bu maddəni işığa tutan zaman H1N1 virusu daxil olmaqla bütün virus molekullarını məhv etdiyini bildirmişdir.
Laboratoriya şəraitində yoxlanılan zaman virus paltara yapışdıqdan 3 saat sonra titanium dioksidin paltarın üzərindəki virus molekularını məhv etdiyi müəyyən olumuşdur.
Xatırladaq ki, yaponiyada may ayından yayılmağa başlayan donuz qripi artıq 22 insanın ölümünə səbəb olmuşdur.