Med.Az - Azərbaycanın Tibbi Portalı > Elmi kəşflər > Daha korlar da görə biləcək
Daha korlar da görə biləcək28 Sentyabr 2009. Müəllif: Azerimed |
Dünyaya qara bir pərdə arxasından baxan korlar üçün yeni bir ümüd yolu açıldı. ABŞ-ın Beynəlxalq Göz İnstitutunda korlar üçün yeni ümüd yolu sayılan bir tədqiqat aparılır. 37 kor insan üzərində 3 ildir aparılan tədqiqatda gözün arxa hissəsinə görmə sinirlərinə təsir edə biləcək 60 ədəd elektrod yerləşdirilir bundan sonra isə həmin insana xüsusi hazırlanmış üzərində kamera olan eynəklər taxılır beləliklə də kamera görüntünü elektroda ötürür və bu zaman elektrodlar görüntünü görmə sinirləri vasitəsi ilə beyinə çatdırır.Mütəxəssislər görüntüləri hələlik yalnız kölgə şəklində görməyin mümkün olduğunu vurğulayırlar. Onu da qeyd edək ki bir əməliyyatın qiyməti 100 000 ABŞ dollarıdır. |