"The Daily Mail" bildirir ki, İngiltərənin Yorkşir şəhərində yaşayan Ceyms Fildsend oxuduğu liseydə tədris olunan sağlamlıq dərslərində sürəkli olaraq "pəhriz saxlamaq bədənə xeyirdir", "arıqlayın" və s. bu kimi təlqinlərin nəticəsində ciddi şəkildə pəhriz tutmağa başlayıb.
Bir qədər sonra isə Fildsend ailəsi Ceymsin çox qısa zamanda arıqlayaraq çəkisinin 30 kq-dan da az olmasından qorxuya düşüblər.
Kofedən gündəlik istifadə 2-ci tip şəkərli diabetin yaranması riskini azaldır. Minnesota Universitetinin alimləri bu nəticəyə gəliblər.
Bunun üçün onlar 11 il ərzində müşahidə altında olan 28 min insanın məlumatlarını tədqiq ediblər. Təcrübədə iştirak edənlərdən 1418 nəfəri 11 il ərzində adıçəkilən xəstəliyə tutulublar.
Bu xəstəlik əsasən orta yaş dövründən sonra və orqanizmin insulin hormonuna həssaslığının azalması nəticəsində yaranır.
Qırmızı rəngli qablarda qidalanmaq arıqlamağa səbəb olur.
Medvesti.com saytının verdiyi məlumata görə, alman və isveçrə alimlərinin araşdırmaları bu qənaətə gəlməyə əsas verib. Alimlər hesab edir ki, qırmızı rəngli qablarda qidalanan insanlar 40% az qida qəbul edir.
Alimlərin fikrincə, qırmızı rəng insanlarda təhlükəlilik ideyası assosiasiayası yaradır. Təcrübə qırmızı fincanda çay içən tələbələr üzərində aparılıb.
"Daily Mail" bildirir ki, Şərqi İngiltərə Universitetinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində maraqlı nəticələr əldə olunub.
Kişilərlə müqayisədə qadınlarda ayaq ağrıları 4 dəfə çox olur. Üstəlik, saatlarla dikdaban ayaqqabıda olan qadınlarda yastıpəncəlik xəstəliyinin yaranmasının əsas səbəbi ayaqlardakı vətərlərin zəifləməsidir.
Vətərləri zəiflədən orqanizmdə protein və enzim miqdarının azalmasıdır.
İlk tibbi yardım: Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardımı necə göstərməli?
Dəm qazından zəhərlənməmək üçün evlərdə təhlükəli qaz sobalarından istifadə etməmək, qaz kolonkası yanarkən uşağı uzun müddət hamam otağında tək qoymamaq və s. bu kimi qoruyucu tədbirlər yerinə yetirilməlidir!
Bəs dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar? Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!
Türkiyədə xınanın daha bir faydası üzə çıxarılıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, Qaziantəp Universitetində əsrlərdir istifadə edilən xınanın xərçəngə qarşı təsiri araşdırılıb. Siçanlar üzərində aparılan araşdırma nəticəsində, xınanın şişin inkişafını ləngitdiyi, xəstəliyə qarşı mübarizədə önəmli olan maddələri artırdığı bəlli olub.
60 gəmiriciyə fərqli dozalarda 10 gün müddətində ağız yolu ilə xına verilib. 10 günün sonunda siçanlar üzərində müxtəlif xərçəng parametrləri araşdırılıb. Nəticədə "Ehrich Ascite Corcinama" şişinin böyüməsinin dayandığı bəlli olub.
Maraqli: İnsanı sərxoşluqdan xilas etmənin yolu tapılıb
Alimlər qəbul edilən spirtli içkinin həcmindən asılı olmayaraq, ayıq qalmağa, adətən bərk sərxoşluqdan sonra yaranan süstləşməni neytrallaşdırmağa və alkoqol asılılığından xilasa imkan verən birləşmə tapıblar.
Bu barədə "Science" jurnalı məqalə dərc edib. Tədqiqatçılar diqqəti Çində bitən konfet ağacının (Hovenia dulcis) cövhərinin tərkibinə cəmləşdiriblər. Heyvanlar üzərində aparılan tədqiqat zamanı məlum olub ki, həmin birləşmə qanda alkoqolun qatılığına baxmayaraq, beyni zəhərlənmədən qoruyur.
Bunu uzun müddətli araşdırmalardan sonra amerikalı alimlər müəyyən ediblər. Xarici mətbuatın verdiyi məlumata görə, siyahıya tərkibində daha çox antioksidant olan pomidorlar liderlik edir.
Tərkibində qlükoza, fruktoza, yod, marqanez, sink, natrium, A, B, B2, B6, K, PP, E vitaminləri olan tomat sousları insana güc verir və orqanizmin saat kimi işləməsinə kömək edir.
Bu barədə "The Daily Mail" xəbər verir. Son tədqiqatlar göstərib ki, çox sürətli olmayan qaçış əslində orqanizm üçün daha az yorucudur və əzələlər üçün sürətli yerimədən daha çox faydalıdır.
İş burasındadır ki, təxminən saniyədə iki metr sürətində qaçış baldır əzələlərinin daha effektiv yığılmasına imkan verir. Nəticədə dözümlülük artır. Bu, qaçış yolunda gedən və qaçan adamların əzələlərinin ultrasəs skan edilməsi zamanı sübut olunub.
Psixonevrologiya: 45-49 yaş arasında beyində yaddaş, idrak və qavrama bacarıqları azalır
Britaniya alimlərinin yeni araşdırması zamanı məlum olub ki, yaddaş pozğunluğu əvvəllər hesab olunduğundan da əvvəl, yəni 45 yaşdan başlaya bilər.
Britaniyanın tibb jurnalında alimlər bildiriblər ki, 7 mindən çox 45-70 yaş arası dövlət qulluqçularının 10 il müddətində əqli bacarıqlarını öyrəniblər.
Araşdırmadan məlum olub ki, 45-49 yaş arasında beyində bir sıra funksiyalar – o cümlədən yaddaş, idrak və qavrama bacarıqları azalır.
Elmi kəşflər: Britaniyalı alimlər "Hepatit C" - yə qarşı vaksin hazırlayıblar
Britaniyalı alimlər daha bir ağır xəstəliklə bağlı inqilab sayıla biləcək addım atıb. Rusiya mətbuatının verdiyi məlumata görə, alimlər "Hepatit C" - yə qarşı vaksin hazırlayıblar. Oksford Universitetinin alimləri bildiriblər ki, bu xəstəliyə qarşı hazırlanan ilk effektiv vaksindir. İlkin sınaqlar onun uğurla nəticələndiyini göstərib.
Qeyd edək ki, xəstəliyə yoluxan insan uzun müddət ondan xəbərsiz qalsa da, virus ciyərləri dağıdır. Vaksin hazırlanmasında ən çətin məqam virusun daima formasını dəyişməsi ilə bağlıdır. Hepatit C müalicə edilməyən xəstəlik hesab edilsə də, onu dərmanlarla nəzarətdə saxlamaq olar. Britaniyalı alimlərin yeni inqilabi addımı bu xəstəliklə mübarizədə yeni mərhələ hesab edilə bilər.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.