Səhiyyə: Şəkərli diabet xəstələri üçün pulsuz təlimlər keçirilir
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) fəaliyyət göstərən diabet məktəbində fevralın 20-dən 25-dək şəkərli diabet xəstələri üçün pulsuz təlimlər keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, fevralın 27-dən martın 3-dək isə risk qrupuna aid əhali üçün pulsuz təlimlər təşkil olunacaqdır.
Təlim zamanı şəkərli diabet haqqında məlumat, özünənəzarət vasitələrindən istifadə qaydaları, düzgün qidalanma, diabetin fəsadları və s. mövzularla bağlı bilik və bacarıqlar əldə olunacaqdır.
Xalq təbabəti: Soğan qabığı bir çox faydalı maddələrlə zəngindir
Bu maddələr bir sıra xəstəliklərin mualicəsində effektiv təsirə malikdir. Belə ki, soğan qabığı ürək-damar sistemi üçün olduqca faydalıdır.
Qabığı çay kimi dəmləyib içmək lazımdır. Gündə yarım stəkan kifayət edir. Bu dəmləmə şəkər diabeti olan xəstələr üçün profilaktik təsirə malikdir.
Soğan qabığının tərkibində olan fitonsidlər güclü təbii antiseptik vasitə hesab olunur. Hətta bu dəmləmədən içərkən yuxarı tənəffüs yolları daha yaxşı işləyir.
Maraqli: İsveçdə dəri xəstəliklərinin müayinə və müalicəsində ən son texnologiyadan istifadə olunub
İsveçdə dəri-zöhrəvi xəstəliklərinin müayinəsi və müalicəsində ən son texnologiyalardan istifadə edilməyə başlanılıb.
Belə proqram təminatlarından biri müştərilərə xəstəxanalara gəlmədən smartfonun kamerası ilə dərilərinin şəklini çəkib, birbaşa dermatologiya şöbəsinə göndərməyə imkan verir.
Dəri üzrə mütəxəssis görüntülərlə tanış olduqdan sonra müayinənin nəticələrini və reseptləri qısa müddət ərzində həmin sistemlə xəstənin ünvanına geri yollayır.
Elmi kəşflər: Yapon alimləri Parkinsonun müalicəsində ciddi uğur qazanıb
Onların yeni metodu xəstənin beyninə sağlam əsəb hüceyrələrinin köçürülməsindən ibarətdir.
"Yomiuri" xəbər agentliyi bildirir ki, meymunlar üzərində aparılan laborator sınaqları uğurla başa çatdığından yaxın perspektivdə metoddan Parkinson xəstəsi olan insanların müalicəsində də istifadə etmək nəzərdə tutulub.
Kioto Universiteti nəzdindəki Reproduktiv Səhiyyə İnstitutunun dosenti Dzyun Takahasinin başçılıq etdiyi alimlər qrupu lülə hüceyrələrindən sağlam əsəb hüceyrələri yetişdiriblər.
Maraqli: ABŞ-da 30 böyrək dalbadal köçürülərək transplantasiya olunub. Bu isə dünya rekordu sayılır
"The New York Times" bildirir ki, "transplantasiya dominosu" 60 cərrahiyyə əməliyyatından ibarət olub. Əməliyyatda 11 ştatın 17 klinika və hospitalı iştirak edib.
Transplantasiya əməliyyatları zamanı domino prinsipindən donor böyrəyinin resipientin orqanizminə uyğun gəlmədiyi zaman istifadə olunur. Əməliyyatlar seriyasında iştirak üçün həkimlər uyğun cütlükləri seçirlər. Bu insanlar hər resipient üçün başqa cütlükdən uyğun böyrəyin olması prinsipi ilə keçirilir.
"Transplantasiya" dominosu zəncirindəki ilk donor böyrəklərini 2011-ci ilin avqustun 15-də itirib.
Qrip kimi infeksiyaların çoxaldığı bu cür havalarda soyuqdan qorunmaq önəməlidir.
Mütəxəssislər immunitet sisteminin gücləndirilməsi üçün vitamin anbarı olan kivinin bolluca yeyilməsini tövsiyə edirlər.
Belə şaxtalı havalarda orqanizm davam gətirmək üçün vitaminlərə ehtiyac duyur, C vitamini ilə bol olan kivi isə belə məqamlarda ən yaxşı vasitələrdən biri hesab olunur.
Ana və Uşaq: Körpənin zehnini fəallaşdırmaq üsulları barədə
Keçmişdə uşağın təfəkkürünün necəliyinə diqqət edilməzdi. Keçmişdə təfəkkürü genetik bir amil kimi qəbul edirdilər. Ancaq bu gün bu amillə yanaşı, uşağı əhatə edən mühit də təsiredən bir meyar kimi qəbul edilir. Bu günün tədqiqatçılarıın nəzərinə görə valideynin uşağın təfəkkürünün formalaşmasında təsiri böyükdür.
Valideynlər üçün ən sadə yol odur ki, körpənin zehnini müxtəlif vasitələrlə təhrik edərək, onun təfəkkürünün inkişafında aparıcı rol oynasınlar. Bu, o mənadadır ki, genetik amillərlə yanaşı, uşağın böyüdüyü mühit və fəza, qidalanma keyfiyyətinin onun sağlam olmasında rolu böyükdür. Bu məsələ körpənin ilk günlərində və aylarında başqa amillərdən daha mühümdür. Valideynin uşağın hərtərəfli inkişaf etməsindəki rolu böyükdür. Məsələn, valideyn uşağın təfəkkürünü qaldırmaq üçün uşağa müxtəlif oyunlar öyrədir.
Amerikalı alimlər hesab edirlər ki, həddən ziyadə çox yemək insanın hafizə və yaddaşına pis təsir edir.
"Scientist" bildirir ki, ABŞ-ın Arizona ştatındakı Mayo Klinikasının alimləri yaşlı və qarınqulu insanlarda hafizə itkisi ilə huşsuzluq riskinin 2 dəfə artdığını vurğulayıblar.
Onların apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, hər gün 2100 kaloridən artıq yemək yemək beynin koqnitiv funksiyalarını normal qidalanan insanlarla müqayisədə pisləşdirir.
Maraqli: İnsan vücudunun orqanları neçə günə bərpa olunur?
Məlum olub ki, insanın gözü və beyni istisna olmaqla digər bütün orqanları yenilənir. Türkiyənin "Sabah" qəzetinin hazırladığı məlumatda bildirilir ki, bədənin əksər üzvləri özlərini yeniləyirlər, başqa sözlə desək, həmin üzvləri təşkil edən hüceyrələr yenisi ilə əvəz olunurlar.Hansı orqanın neçə günə bərpa olunduğunu təqdim edir.
ÜRƏK
Uzun zamanlar insan ürəyinin yenilənmədiyi düşünülürdü. Lakin Nyu-York Universitetinin doktoru Pyera Anversa bunun əksini sübut etdi. Onun araşdırmalarından məlum oldu ki, ürək təxminən 20 il ərzində və ya 7 000-7 500 gün ərzində tamamilə yenilənir.
Maraqli: -40 dərəcə tempraturla xərçəngdən xilas yolu
Fransızlar soyuq havanı sevməsələr də, bəzən müalicə üçün ən aşağı temperaturlara belə dözməli olurlar. Söhbət terapiyanın yeni növündən gedir.
Fransada cərrahlar krioterapiya adlı müalicə üsulu ilə prostat xərçəngini müalicə edə bilirlər.
Bu müalicə üsuluna əsasən prostat vəzi nayihəsində olan dərinin üst qatı soyuq hava üfürən xüsusi qurğu ilə -40 dərəcəyə yaxın temperatura məruz qalır.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.