Elmi kəşflər: Daltonizmin müalicəsində şok nailiyyət
İlk dəfə olaraq 1798-ci ildə ingilis John Dalton adlı bir kişidə rast gəlinən və sonrada onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir. Xəstəliyə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə yerləşən konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hər hansı birinin və ya hər üçünün az olması yaxudda heç olmamasıdır. İngiltərədə nəşr olunan Nature jurnalında dərc olunan bir xəbərə əsasən Amerika alimləri daltonizmdən əziyyət çəkən Sam və Dalton adlı iki meymun üzərində 2 il müddətində bir təcrübə aparmışlar.
Elmi kəşflər: Altsheymer xəstəliyinə səbəb olan 3 gen tapıldı
Fransanın milli Sağlamlıq və Tibbi Tədqiqatlar İnstitutunun əməkdaşları tərəfindən 6 mini altsheymer xəstəsi olmaqla 20 min insan Britaniyanın Cardiff Universitetində isə 16 min insan üzərində aparılan tədqiqatlarda tədqiqat iştirakçılarının genləri araşdırıldı. Fransızlar 8 xromosomda müəyyən olunan "Apolipoprotein J" kimi tanınan CLU və bir xromasomda rast gəlinən CR1 genlerinin aletsheymer xəstəliyinə səbəb olma ehtimalının yüksək olduğunu vurğulamışlar.
Elmi kəşflər: Protez dişlərə daha ehtiyac olmayacaq
Yaponiyanın paytaxti Tokioda yerleşən Tokio Elmlər Universitetində aparılan bir tədqiqatda yapon elm adamları embrional kök hüceyrədən diş əldə etdilər. Tibb aləmində böyük sensasiyaya səbəb olan bu araşdırmanın diş protezlərini tarixə qatacağı gözlənilir. Tokioda bir laboratoriya şəraitində siçanlar üzərində aparılan araşdırmada embrional kötük hücüyrədən alınan toxuma siçanların çənə sümüyünə yerləşdirildi 5 həftə sonra isə çənədə ilk sişlər görünməyə başladı. Araşdırmanın rəhbəri Takashi Tsujinin Proceedings of the National Academy of Sciences jurnalında verdiyi məlumata görə təcrübə siçanlarda dəfələrlə təkrarlanıb və bunun insanlarda da uğurla tətbiq oluna biləcəyinə qərar verilib. Yapon alimləri hesab edir ki, bu təcrübədə uğur qazanılarsa artıq protez dişlərə ehtiyac olmayacaq.
Elmi kəşflər: Qırışlara səbəb olan 1500 gen tapıldı
İtaliya xəbər agentliyi olan ANSA-nın verdiyi xəbərə görə bir kosmetka fiması əməkdaşlarının apardığı bir araşdırmada qocalmanın genetik səbəbləri tədqiq edilmişdir. Tədqiqatın sonunda dərinin qırışmasına səbəb olan 1500 gen aşkar olunmuşdur ki bunlardan 700-ü dərininn nəmliyini təmin edən və müəyyən müddət sonra təsirini itirən genlər olduğu müəyyən olunmuşdur. Bundan əlavə 400-ə yaxın gen isə dərinin günəş şüalarına verdiyi reaksiyada önəmli rolu olan genlərdir. Qocalmaya genlərlə yanaşı həyat tərzinin də yüksək təsir göstərdiyi ortaya çıxmışdır. Mütəxəssislər qocalmanın qarşısını almaq üçün hazırlanan dərman vasitələrinin istehsalında bu tədqiqatın nəticələrinin önəmli rolu olacağı qənaətindədirlər.
İngiltərənin Newcastle Universiteti və Embrional Kötük Hüceyrə İnstitutunun birgə əməkdaşlığı ilə həyata keçirilən bir təcrübədə embrional kötük hücüyrədən sperma əldə edildi. Araşdırmanın rəhbəri professor Karim Nayerina 8 iyul 2009-cu il tarixdə İngiltərədə nəşr olunan “Stem Cell and Development” adlı jurnala verdiyi müsahibəsində laboratoriya şəraitində yeni bir üsuldan istifadə edərək kişi XY xromosomuna malik embrionaldan alınan kötük hüceyrədən insan sperması əldə etdiklərini açıqladı.
İngiltərədə hazırlanan xüsusi bir yaddaş testi ilə Alsheymer xəstəliyinə 5 dəqiqədə diaqnoz qoyula bilir. - İngilis həkimlər, erkən ağlını itirmə nəticəsində yaranan Alsheymer xəstəliyinin yoxlanılma şansını iki qat artıran bir test hazırladı. TYM (Test Your Memory) metodu ilə xəstələr, özləri xəstə olduqlarının fərqinə vara biləcəklər. British Medical Journal Onlunada nümayiş olunan testlə doğru diaqnoz, yüzdə 93 kimi yüksək bir nisbətlə 5 dəqiqə içərisində qoyula biləcək.
İngiltərədə nəşr olunan "Daily Mail" qəzetinin yaydığı bir xəbərə görə İngiltərə vətəndaşı olan Chiris Ebejer adlı bir həkim uşaqlar üçün xüsusi bir geyim hazırlayıb. Geyimin üstünlüyü ondadır ki, o istiliyə qarşı olduqca həssasdır paltarı körpəyə geyindirdikdən sonra əgər körpənin hərarəti 37-ni keçərsə bu zaman paltar rəngini dəyışır. Dr. Chiris Ebejer paltar üzərində öz qrupu ilə altı il işləmişdir. Tədqiqat üçün yeddi yüz min funt sterlinq xərclənmişdir. Mavi, çəhrayı və yaşıl rənglərdə istehsal olunan paltarlar hərarət 37 dərəcədən yuxarı qalxdığı zaman rəngini dəyişərək ağ olur. Bununlada körpənin xəstəliyi haqqında xəbər tutan valideyinlər xəstəliyin qarşısının alınması üçün vaxtında tədbir görürlər.
İngiltərədə diabet xəstələri üçün maraqlı bir qorunma üsulu kəşf olunub. Belə ki, bu iş üçün xüsusi təlim keçmiş itlərdən istifadə edilir. Diabet xəstəliyi olan hər hansı bir adamın əgər qanındakı şəkərin miqdarının düşmə ehtimalı olarsa bu zaman xüsusi təlim keçmiş it bunu öncədən duyur və sahibini xəbərdar edir. İnsanın ən sadiq dostu olaraq qəbul edilən itlər xüsusi iy bilmə qabilliyətinə malik olduğu üçün əsasən narkotik maddə və ya bomba axtarışlarında geniş istifadə edilirlər lakin son zamanlar onların bu qabilliyətləri ilə orqanizmdəki xərçəngli hüceyrələri də hiss etdikləri də məlum olmuşdur.
Elmi kəşflər: Dünyada ilk dəfə laparoskopiya yolu ilə böyrək köçürülüb
Əməliyyatdan uğurla çıxan 30 yaşlı qadın artıq evə buraxılıb. Barselonadakı “Fundacion Puigvert” klinikasının həkimləri dünyada ilk dəfə 30 yaşlı qadına laparoskopiya vasitəsilə böyrək köçürülüb. Med.Az, RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, əməliyyat uğurlu keçib və xəstə evinə buraxılıb. Laparoskopik üsulla cərahiyyə əməliyyatı üçün cəmi 7 santimetr uzunluğunda yarığa ehtiyac olub. Bu, klassik cərrahiyyə əməliyyatından iki dəfə azdır. İspaniyanın “Pais” qəzetinin yazdığına görə, laparoskopik üsul xəstə üçün daha az travmatikdir və əməliyyatdan sonrakı reabilitasiya müddətini azaltmağa imkan verir. Cərrah Antonio Rosales qəzetə məlumat verib ki, klinikada laporoskopik yolla ikinci əməliyyat da artıq geridə qalıb. Əməliyyatdan uğurla çıxan 50 yaşlı qadın hələ xəstəxanadadır.
Parisdə neyrocərrahiyyə sahəsində ilk dəfə lazer texnologiyasından istifadə etməklə beyin əməliyyatı həyata keçirilib. Əməliyyatı aparan həkim qrupunun rəhbəri Aleksandr Karpentier beyin qapağı açılmadan onun altındakı şişlərin aradan qaldırılması məqsədi ilə lazer texnologiyasından istifadə etdiklərini bildirib: "Əməliyyat maqnit-rezonans texnikasından faydalanaraq həyata keçirilib. Xəstələrə lokal anesteziya tətbiq olunub.
Harvard və Oxford universitetlərinin əməkdaşlığı ilə aparılan tədqiqatlar nəticəsində insanlarda boyu müəyyən edən gen aşkar edilib. 35 min insanın DNT - ni nəzərdən keçirən alimlər bəzi insanların digərlərindən daha uzun olmasının səbəbini genetik şifrələrdə olan dəyişiklikdə görürlər. Tədqiqata görə boyu müəyyən eden “HMGA2” adlı genin şifrəsində T(timin) əvəzinə C (sitozin) olan bir insanın boyu digərlərindən yarım santimetr uzun olur. “Nature Genetics” jurnalında yayılan xəbərdə tədqiqatçı Joel Hirshhorn,”uzunluq cox qarışıq xüsusiyyətdir, genetik və genetik olmayan faktorlardan aslıdır.
Elmi kəşflər: Müsəlman alimlərinin tibb elminə tövhələri
Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışlar. Avropada cəhalətlə öyünüldüyü, elmlə düşmənçilik edildiyi, elm adamlarının öldürülüb yandırıldığı inkvizasiya dövrlərində müsəlman alimlər tərəfindən həyata keçirilmiş bəzi elmi axtarış və kəşflər diqqətəlayiqdir. İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edildi. Avropada isə yalnız uzun illər sonra belə bir fabrik açıldı. 1100-cı ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikləri fəaliyyətə başladı. Məlum olduğu kimi kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayılmasını göstərir.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.