Elmi kəşflər: Azərbaycan alimi tərəfindən xərçəngə qarşı məhlul hazırlanıb
Xərçəng xəstələrinə şad xəbər... Azərbaycan aliminin icad etdiyi qida məhlulu bu xəstəlikdən əziyyət çəkənlərin dərdlərinə son qoya bilər.
Elmi-təcrübə və sınaq laboratoriyasında xərçəng və şəkərli diabet hüceyrələrini məhv edən qida məhlulu icad olunub. Alim Çimnaz Aliyeva 1988-ci ilden bəri, tam 23 ildir bu qarışığın hazırlanması üzərində işləyirdi.
Çimnaz xanımın sözlərinə görə, məhlul xəstəliyin ilk etaplarında qəbul olunduqda xərçəngin yayılmasının tam qarşısı alına bilər....
İngilis alimləri əsrin bəlasına çevrilən xərçəng xəstəliyinin müalicəsində tapdıqları iki üsul ilə ümid işığı yandırıblar. İngilis həkim Con Robertson xərçəngin sadə bir qan testi ilə vaxtından əvvəl aşkarlana biləcəyi iddiasını irəli sürüb. Bu qan testi xəstənin immunitetində gələcəkdə xərçəngə yol aça biləcəck siqnalları tapır. Həkimin sözlərinə görə, test şiş yaranmamışdan 5 il öncə bu zərərli siqnalları müəyyən edə bilər. Yəni xərçəng qorxulu hala gəlmədən 5 il əvvəl aşkarlanacaq.
"Oncimmune" adlı test hələ minlərlə insan üzərində sınaqdan keçiriləndən sonra kütləvi halda tətbiqə başlanılacaq.
Elmi kəşflər: Qırmızı istiotun tərkibindəki acılıq verən maddə ağrıkəsici rolunu oynaya bilər
Çili istiotu üzərində aparılan araşdırma işi alimlərə yeni növ ağrıkəsici icad etməyə yardım edəcək. Texas Universitetinin alimləri deyirlər ki, çili istiotunu acı edən capsaicinə bənzəyən maddə insan bədənində ağrı olan yerlərdə aşkar edilib.
Bu maddənin bədənə buraxılmasının qarşısını almaq isə xroniki ağrını da azalda bilər. Eyni zamanda bədəndə yara olarkən, o, capsaicin kimi maddə buraxır və bu maddə reseptorlar vasitəsilə ağrının hiss edilməsinə gətirir.
ABŞ-ın Çikago şəhərində yerləşən Rush Universitetində aparılan bir araşdırma zamanı təsadüf nəticəsində dəri xərçəngi xəstəliyinin müalicəsinə müsbət təsir edən bir dərman əldə edilmişdir. Əslində jenital bölgələrdəki uçuqlamalar üçün nəzərdə tutulan dərman laboratoriyada tədqiqat zamanı tədqiqatçılardan birinin diqqətsizliyi nəticəsində içərisində dəri xərçəngi hüceyrələri olan qaba tökülmüşdür. Tədqiqatçılar qabdakı hüceyrələrin məhv olduğunu gördü və tədqiqatın istiqamətini dəyişərək dərmanın dəri xərçənginin müalicəsində önəmli rol oynayacağına qərar verdilər və tədqiqat mübət nəticə vermişdir.
Elmi kəşflər: Döş xərçəngi ilə bağlı aparılan yeni tədqiqat şübhələrin əsaslı olmadığını aşkar edib
Döş xərçəngi ilə bağlı aparılan yeni tədqiqat qadınların döş xərçəngi müayinəsinə olan şübhələrin əsaslı olmadığını aşkar edib.
Tədqiqat bu müayinənin əsassız təşviş və narahatlıqlara səbəb olaraq, hətta zəruri olmayan müalicəni qəbul etməyə vadar etməsinə baxmayaraq, bunların həyatları xilas edilən insanların sayı ilə müqayisədə əhəmiyyətsiz olduğunu bidirib.
Döş xərçənginin ultrasəs müayinəsi kifayət qədər ziddiyyətlidir. Şübhəsiz, bu üsulla təhlükəli şişləri vaxtında müəyyən etmək mümkündür, lakin mammoqramlar, yəni döş toxumalarının ultrasəs müayinəsi həm də ziyansız və xoşxassəli digər toxuma kütlələrini də qeydə alır.
Çində aparılan bir araşdırma zamanı kişilərdə sonsuzluğa səbəb olan genin tapıldığı bildirilir. ”Dailiy Shankay” qəzetinin verdiyi xəbərə görə sözü gedən tibbi araşdırma Çində nəşr olunan “Genesand Cancer” tibbi jurnalında dərc olunmuşdur. Çinin Şanxay şəhərində yerləşən Beynəlxalq Əlaqələr Universitetinin Tibb fakultəsinin əməkdaşları tərəfindən erkək siçanlar üzərində aparılan tədqiqatda spermanın keyfiyyətini aşağı salan və cinsi orqanların inkişafına mane olan “KIF18A” adlı bir gen müəyyən olunmuşdur.
Elmi kəşflər: QİÇS, Qrip və Ebola kimi viruslara qarşı təsir göstərən molekul tapılıb
Los Anceles Universitetinin mütəxəssislərindən Mike Wolfun başçılıq etdiyi qrupun laboratoriya şəraitində, siçanlar üzərində apardığı araşdırmada, LJ001 kod adı verilmiş molekulun bir çox virusa qarşı təsirli ola biləcəyi müəyyən olunub.
Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında yayımlanan araşdırmada alimlər, LJ001-in Ebola, qrip, QİCS, Hepatit C kimi bir çox viruslara qarşı təsirli ola biləcəyini bildirib.
Elmi kəşflər: Genlər bioloji yaşlaşmaya dair sirləri aça bilər
Xromosomların ucundakı telomerlər yaşla qısalır. Alimlər insanların bədənlərinin hansı sürətlə yaşlaşdığını göstərə bilən gen növlərini aşkar ediblər. Univetsity of Leicester və Kings College of London təhsil ocaqlarından tədqiqatçılar deyirlər ki, yeni tapıntı yaşla bağlı xəstəliklərdən əziyyət çəkənləri aşkar etməyə yardım edə bilər.
Artıq kök hüceyrə olmadan da sinir hüceyrəsi hazırlamaq mümkün olacaq! ABŞ-ın Stanford Universitetinin alimləri, siçanların dəri hüceyrələrini birbaşa neyronlara çevirməyi bacarıblar. Bu da gələcəkdə Parkinson və Alsheimer kimi xəstəliklərin müalicəsini mümkün hala gətirəcək. Mütəxəssislər, Nature Jurnalında yayımlanan araşdırmanı nəhəng bir adam kimi qiymətləndirib. Hürriyət qəzetinin xəbərinə görə, bir hüceyrəni tamamilə fərqli başqa bir hüceyrəyə çevirməyi bacardıqlarını vurğulayan alimlər, əldə edilən sinir hüceyrələrinin funksiyasını yerinə gətirdiklərini, yəni digər hüceyrələrlə əlaqə qurduğunu qeyd edib.
Elmi kəşflər: Xərçəng xəstəliyinin gen xəritəsi hazırlandı
Xəritə şiş xəstəliklərinin daha effektiv müalicəsini təmin edəcək! İngiltərədə bir qrup alim xərçəng xəstəliyinin tam gen xəritəsini çıxara biliblər. İlk olaraq onlar ağciyər və dəri xərçənginin xəritəsini hazırlayıblar. Professor Mayk Strattonun rəhbərliyi altında hazırlanan xəritələr qan analizlərinin köməyi ilə şişlərin erkən mərhələdə aşkarlanmasına yardım edəcək. Bu da öz növbəsində xəstəliklə mübarizə aparmaq üçün daha geniş imkanlar yaradacaq. Bu xəritələr hər xəstə üçün fərdi müalicə sisteminin tətbiq edilməsinə yol açacaq. Xəritələr sayəsində əldə ediləcək məlumatlar xərçəngi yaradan DNT-lərı hədəf alacaq.
Mütəxəssislər layihənin tamamilə başa çatması üçün 5 il vaxt və yüz mindən artıq vəsait tələb edildiyini bildiriblər.
Yaşlanmanın qarşısını almaq üçün insanın diz qapağı, omba, ürək qapaqları və toxumaları ehtiyyat hissələrlə əvəz olunacaq. İnsan 50 yaşına çatdığı zaman onların yaşlanan hissələri yenisi ilə əvəz olunacaq. İngiltərənin Leeds Universitetinin əməkdaşları 50 milyon sterlinq büdcəlik təcrübədə insanın öz DNT-sindən əmələ gətirdikləri toxuma və orqanları onlar yaşlanan zaman istifadə edə biləcəkləri qənaətinə gəlmişdilər. Təcrübənin rəhbərlərindən olan professor Jhon Fisher ilkin olaraq heyvanlar və 30 Braziliya vətəndaşı üzərində aparılan təcrübənin üğurla nəticələndiyini bildirib. O, həmçinin yaxın 5 ildə daha 10 insan orqanının ehtiyyat hissələrini yaratmağın mümkün olduğunu vurğulayıb.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.