Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Səhiyyə: Respublikada quş qripi xəstəliyinə yoluxma halları yoxdur

Respublikada quş qripi xəstəliyinə yoluxma halları yoxdur Yanvarın 12-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış cari ilin ilk monitorinqi zamanı seçmə üsulla ovlanaraq götürülən 33 baş çöl quşunun, 3 baş ev quşunun patoloji materialı, həmçinin ölkəmizin ayrı-ayrı quşçuluq və həyatyanı təsərrüfatlardan gətirilən 1982 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilmişdir. Bununla əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, müayinə edilmiş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməmişdir.
Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilmişdir. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara rast gəlinməmişdir.

Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: Azərbaycan uşaq ölümü üzrə Qafqazda liderdir

Azərbaycan uşaq ölümü üzrə Qafqazda liderdir BMT-nin Uşaq Təşkilatı UNİCEF dünən 2009-cu il üçün dünya uşaqlarının vəziyyəti üzrə illik hesabatını açıqlayıb. Hesabata görə, 2007-cı ildə beş yaşına qədər uşaqlar arasında ölümün ən çox yayıldığı ölkələr sırasında Azərbaycan da var. Ölkə hər min körpədən 39-nun ölümü ilə 77-cı yerdədir, yəni Cənubi Qafqaz ölkələri rasında 1-ci yeri tutur. Bu hesabatda Ermənistanla Gürcüstan daha yaxşı yerdədirlər – biri 99-cu, digəri 88-ci yerləri paylaşır. MDB ölkələrindən uşaq ölümünə görə Azərbaycanı qabaqlayan isə Türkmənistan, Özbəkistan və Tacikistandır.

Azərbaycanda doğulan 1000 uşaqdan 34-ü isə 1 yaşına çatmamış ölür. bu baxımdan da qonşu gürcüstan və ermənistanda vəziyyət daha yaxşıdır. gürcüstanda hər min uşaqdan 27-si, Ermənistanda 22-si 1 yaşını qeyd etmədən ölür.

Cənubi qafqaz ölkələri arasında daha fərqli rəqəm isə 2004-cü doğulan kimi ölən uşaqlarla bağlıdır. Hesabatda göstərilir ki, Azərbaycanda doğulan kimi ölən körpələr 1000 nəfərdən 35-i olduğu halda, ermənistanda bu rəqəm 18, gürcüstanda isə 20-dir.

Şərhlər: 0 | Ətraflı    

Səhiyyə: “Azərsutikinti” xəstəxanasında Azərbaycanın ən iri hemodializ mərkəzi açılacaq

“Azərsutikinti” xəstəxanasında Azərbaycanın ən iri hemodializ mərkəzi açılacaq Azərbaycan Səhiyyə Nazirliyi yaxın vaxtlarda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün Sumqayıt, Şamaxı, Bərdə, Tovuz, Quba və Cəlilabad şəhərlərində hemodializ mərkəzləri açacaq. Nazirlikdən verilən məlumata görə, artıq Naxçıvan, Gəncə, Siyəzən, Şirvan, Lənkəran, Qazax, Zaqatala və Qəbələ şəhərlərində belə mərkəzlər istifadəyə verilib. Hazırda respublikada fəaliyyət göstərən 16 dializ mərkəzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən 1200-ə yaxın xəstə üçün dövlət hesabına hemodializ seansları aparılır və xəstələr müvafiq dərman vasitələri ilə tam təmin olunur. Nazirlikdən bildirilib ki, yaxın vaxtlarda respublika prezidentinin sərəncamı əsasında Respublika Klinik Uroloji Xəstəxanasında yaradılan Böyrəkköçürmə Mərkəzi fəaliyyətə başlayacaq. Bununla yanaşı, gələn il yanvar ayı ərzində həm də Bakıdakı “Azərsutikinti” xəstəxanasında respublikanın ən iri hemodializ mərkəzinin açılışı nəzərdə tutulur. Bu mərkəzdə gün ərzində təqribən 35 xəstənin hemodializ edilməsi gözlənilir.

Şərhlər: 3 | Ətraflı    
Səhiyyə: Sanitar nəzarət gücləndirilir

Səhiyyə Nazirliyi çörək, qənnadı məmulatları, taxıl saxlama anbarları və un dəyirmanları üçün yeni sanitariya norma və qaydaları hazırlayıb.
2008-ci ildə əhalinin sanitariya-epidemioloji sağlamlığının qorunması sahəsinə 15 milyon manat xərclənib. 2009-cu il il bu sahəyə 22,22 milyon manat ayrılması planlaşdırılıb. Bu isə 2004-cü illə müqayisədə təxminən 7 dəfə, 2008-ci illə müqayisədə isə 70 faiz çoxdur.
Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov açıqlamasında bildirib ki, 2008-ci ildə Qobustanda, Nərimanov rayonunda, Abşeron və Ağdaşda yeni Gigiyena və Epidemiologiya mərkəzləri istifadəyə verilib.

Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: UNİSEF həkimlərə təlim keçir

unicef
Bu barədə idarənin rəisi Mehman Rzayev məlumat verib. Onun sözlərinə görə, 20 gün davam edəcək treninqlərə ayrı-ayır bölgələrin mama-ginekoloqları və neonotoloqlar dəvət olunublar. Rzayev əlavə edib ki, 19-21 noyabr və 27-28 noyabr tarixlərində “Yenidoğulmuşların reanimasiyası”, 1-6 dekabr tarixlərində isə “Yenidoğulmuşlara səmərəli qulluq” mövzularında təşkil olunacaq seminarlarda Gəncə ilə yanaşı, Mingəçevir, Şəki, İsmayıllı, Qax, Qəbələ, Daşkəsən, Samux, Şəmkir, Göygöl, Ağdaş, Ağstafa, Tovuz, Qazax, Gədəbəy rayon xəstəxanalarının həkimlərinin də iştirakı nəzərdə tutulur.
Treninqləri UNİSEF-in təlimçiləri aparacaqlar.
Noyabrın 19-dən etibarən Gəncə şəhər Səhiyyə İdarəsinin Təlim-resurs mərkəzində UNİSEF-in dəstəyi ilə seminar-treninqlər təşkil olunacaq.

Şərhlər: 0 | Ətraflı    
Səhiyyə: Bəzi xəstəxanalar bağlana bilər

nazirDünya Bankının dəstəyi ilə “Səhiyyə sektorunda islahatlar” adlı yeni normativlər hazırlanıb.
Bu gün Səhiyyə Nazirliyi aparatının kollegiya iclası keçirilib. Tədbirdə səhiyyə sistemindəki problemlər və bu sahədə aparılmalı olan islahatlar müzakirə olunub. İclası giriş sözü ilə səhiyyə naziri Oqtay Şirəliyev açıb.

Nazir çıxışında bildirib ki, sovet hökumətinin dağılmasına baxmayaraq, səhiyyə sistemində bəzi köhnə normativlər hələ də qalmaqdadır: “Ancaq indi köhnə normativlərlə işləmək məqsədəuyğun sayılmır. Ona görə də Dünya Bankının dəstəyi və bir sıra xarici ölkələrin mütəxəssislərinin yardımı ilə yeni normativ sənədlər hazırlanıb”.

Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin müdir müavini Rauf Ağayev isə həkim ixtisasları və vəzifələrin nomenklaturası barədə danışıb. O, Azərbaycan səhiyyəsinin dünya standartlarına uyğun inkişaf etdirməyin, bu sahədə dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə inteqrasiya olunmağın əsas vəzifəyə çevrildiyini deyib: “Bu baxımdan çox vacib və mühüm məsələlərdən biri həkim ixtisaslarını Avropanın və Amerikanın inkişaf etmiş ölkələrində qəbul olunmuş reyestrə maksimal uyğunlaşdırmaq, yaxın gələcəkdə qəbul ediləcək Təhsil Proqramına müvafiq formada qurmaqdır. Bununla bağlı Səhiyyə Nazirliyi Dünya Bankının səhiyyədə islahatlar layihəsi ilə bağlı sənədlər hazırlayıb”.

Şərhlər: 0 | Ətraflı    

21.05.2012
Britaniyalı alimlər kartofu ən vitaminli tərəvəz hesab edirlər

21.05.2012
Dar geyim insanlarda xərçəngə yol aça bilər

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.