Azərbaycan Parlamentinin deputatı bildirib ki, ölkədə əsəb xəstəliyinə tutulanların sayı artır. "Azərbaycanda ildə 5 min adamın psixi xəstəliyə tutulduğu qeydə alınır. Yeni anadan olan uşaqların sağlamlığının qorunması üçün Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə ehtiyac var", - Trend News-un məlumatına görə, cümə günü Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib. Quliyevin sözlərinə görə, Azərbaycanda hemofiliyalı və talassemiyalı xəstəliklərlə yanaşı, digər problemləri də nəzərə alaraq yeni ailə quranların sağlamlığı haqqında tibbi arayış alinması zəruridir.
BMT-nin Uşaq Fondu - UNİCEF Azərbaycanda həddi-büluğa çatmayanlar arasında nigahların sayının artmasından narahatlıq ifadə edib. Fevralın 16-da dərc edilmiş hesabatında UNİCEF deyir ki, araşdırmalar hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini göstərir.
Hesabat müəllifləri deyirlər ki, belə təmayül çox zaman fiziki və əqli problemlərin yaranmasına gətirib çıxarır. Bəzi hallarda isə depressiya və əsasən gəlin getmiş qızın intiharı ilə nəticələnir.
BBC-nin Bakı müxbiri Tom Esselmont yazır ki, 19-cu əsrdə zorla ərə vermə Azərbaycanda geniş yayılmış bir hal idi.
Azərbaycanda 2009-cu il ərzində 455 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir. Qeydiyyata alınanların 437 nəfəri Azərbaycan, 18 nəfəri isə əcnəbi vətəndaşdır. Azərbaycan vətəndaşı olan yoluxanlardan 362-i (82,8%) kişi, 75-i (17,2%) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 42 nəfər olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) donuz qripindən dünyada 12 min 799 nəfərin öldüyünü açıqlayıb Təkcə Türkiyədə 600-dən artıq insan ölüb. ABŞ-da bu rəqəmə 6880 nəfərə bərabərdir. ÜST donuz qripinə 208-dən artıq ölkədə rast gəlindiyini bildirib. Donuz qripinin yayılmasında ən fəal bölgələr Mərkəzi, Şərqi və Cənub-şərqi Avropa, Şimali Afrika və Cənubi Asiyadır.
Vaksinlər ilk növbədə həkimlərə, su nəqliyyatı , gömrük işçilərinə və risk qrupuna daxil olan şəxslərə vurulacaq. Bu gündən etibarən Azərbaycanda “donuz qripi”nə qarşı vaksinasiyaya başlanacaq. Proses məcburi qaydada həyata keçirilməyəcək.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemiologiya şöbəsinin müdiri Emin Babayevin sözlərinə görə, vaksinasiya işləri iki iri şəhərdən, yəni Bakı və Sumqayıtdan başlayacaq. Emin Babayev bildirib ki, vaksinlər ilk növbədə həkimlərə, su nəqliyyatı , gömrük işçilərinə və risk qrupuna daxil olan şəxslərə vurulacaq. Epidemioloqun sözlərinə görə, risk qrupunda olan şəxslər peyvənd olunmaq üçün poliklinkalara müraciət edə bilərlər.
Dekabrın 8-də Azərbaycan Tibb Universitetində (ATU) USAID tərəfindən maliyyələşdirilən Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi, ATU və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilatçılığı ilə “Diplomaqədər və diplomdansonrakı təhsildə ailə planlaşdırılmasının tədrisinin gücləndirilməsi” mövzusunda texniki məsləhət müşavirəsi keçirilmişdir. Müşavirədə reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə qurumları təmsil edən 60-dan çox nümayəndə iştirak etmişlər. Mütəxəssislər tibb işçilərinin hazırlanması üçün istifadə olunacaq ailə planlaşdırılması üzrə təlim proqramının təkmilləşdirilməsi ilə bağlı gələcək planları müzakirə etmişlər.
Hər il dekabr ayının 1-də Ümumdünya AİDS günü qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS günü bu il artıq 21-ci dəfə keçirilir. HİV- infeksiyası pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,2 milyon təşkil etmişdir ki, onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır. Azərbaycanda da HİV/AİDS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycan vətəndaşları arasında təkcə 2009-cu ilin 11 ayı ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 63,3%-ı, ümumilikdə isə 1992-01.12.2009-cu il tarixinə olan dövrdə yoluxma hallarının 64,4%-ı inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.
10 qəpiklik maska 1 manata, 60 qəpiklik OKSOLİN mazı isə 3 manata satılır. Dünyanı növbəti dəhşət ağuşuna alıb. Belə ki, insanları vahiməyə salan Donuz qripi - H1N1 saniyə-saniyə sərhədləri aşaraq, əhatəsini genişləndirir. Azərbaycanda da sözügedən xəstəliyin sürətlə yayılması müvafiq qurumları ciddi addımlar atmalarına məcbur edib. Belə ki, Səhiyyə Nazirlikləri vətəndaşlara xüsusi maskalarda gəzməyi tövsiyə edir. Bu qorxulu qripin yayıldığı bütün ölkələrdə vaksinlər vurulur və lazımi tədbirlər görülür. Bizdə isə belə bir xəstəliyin yayılması bəziləri üçün yaxşı ticarət oyununa çevrilib. Qiyməti 0,10 manatdan yuxarı olmayan maskaları indi əczaxanalarda 1 manatdan aşağı tapmaq mümkün deyil. Şəhərin bütün apteklərində qripə qarşı dərman pereparatları və maskalar yoxa çıxıb. FaktXəbər olaraq bir necə aptekə baş çəkdik. Maskalar minimum 1 manat, Oksolin adlı maz da əvvəllər 0,60 manat olsa da, indi 3 manatdan yuxarı satılır.
Azərbaycanda daha 8 nəfərdə "A H1N1" virusu aşkar edilib. Bu barədə Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov məlumat verib.
Onun sözlərinə görə, xəstələrdən 3-ü Ukrayna, 1-i Türkiyədən gəlmiş Azərbaycan vətəndaşlarıdır. Bir xəstə İngiltərədən gəlmiş xarici vətəndaşdır. Digər üç nəfər isə Ukraynadan gəlmiş “donuz qripi”nə yoluxan Kürdəmir sakini ilə təmasda olan Bakı sakinləridir.
Onlardan 2-si stasionar, digərləri isə ambulator şəraitdə müalicə alırlar.
Birinci xəstə Ukraynanın İvanovo-Frankovsk vilayətindən gələn A(H1N1) virusuna yoluxmuş xəstə ilə təmasda olan bir nəfər qohumudur. Xəstə Elmi-tədqiqat Ağciyər Xəstəlikləri institutunda müalicə alır. Onun vəziyyəti kafidir. Digər xəstə noyabr ayının əvvəlində Ukraynadan gələn Azərbaycan vətəndaşıdır. Xəstənin vəziyyəti kafidir, ambulator şəraitdə müalicə alır.
Med.Az - ın Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə Azərbaycan vətəndaşı Kürdəmir rayonu sakinində A/H1N1 qripi qeydə alınmışdır Ukraynanın İvanovo-Frankovsk vilayətində müvəqqəti yaşayan və oktyabr ayının sonunda respublikaya gəlmiş Azərbaycan vətəndaşı Kürdəmir rayonu sakinində A/H1N1 qripi qeydə alınmışdır. Xəstə Elmi-tədqiqat Ağciyər Xəstəlikləri institutunda hospitallaşdırılıb və həkimlərin müşahidəsi altında spesifik müalicə kursu keçir. Xəstə ilə təmasda olmuş şəxslər arasında kompleks profilaktik tədbirlər həyata keçirilir.
Britaniya üzrə donuz qripinə qarşı vaksinasiya kampaniyasının birinci mərhələsinə start verilib. İlk növbədə xəstəxana müalicə olunanlar vəonların qayğısına qalan tibb heyəti "prioritet" qrupu kimi peyvənd ediləcək. Ümumiyyətlə ilk mərhələdə 14 milyon adama vaksin vurulacaq. Gələn həftədən başlayaraq, səhhətində problemlər olanlar, immun sisteminə ziyan dəyənlər və hamilə qadınlar klinikalara dəvət alacaqlar. İndiyə kimi 500 mindən çox adam donuz qripinə tutulub, onlardan 100-dən bir az çoxu xəstəlikdən vəfat edib.
Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Bütün hüquqlar Med.Az saytına məxsusdur. Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən qorunur.
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.