Müxtəlif qrip viruslarından yaranan kəskin respirator xəstəlikdir. Yoluxma mənbəyi, xüsusən də xəstəliyin başlanğıcında,yoluxmuş insandır. Virus hava-damcı yolu ilə- danışıq, öskürək və asqırıqla xəstəliyin 4-7 günə qədərki dövründə keçə bilər.
Simptomlar və gedişat
İnkubasiya dövrü 12-48 saat davam edir. Tipik qrip çox vaxt kəskin üşütmə və qızdırma ilə başlayır. Gün ərzində bədən hərarəti 38-40 dərəcəyə qalxır. Kliniki hallarda ümumi toksikoz sindromundan (qızdırma, zəiflik, tərləmə, əzələ ağrıları, güclü baş ağrısı, gözün sulanması, işıqdan qorxma) və respirator üzvlərin zədələnməsi (quru öskürək, boğazın qıcıqlanması, sinənin tutulması, səsin dəyişməsi, burun tutulması) əlamətləri olur.
Adətən arterial təzyiq aşağı düşür, nəbz çətin hiss edilir.
Yuxarı tənəffüs yollarının diffuz zədələnməsini (rinit, faringit, traxeit) müəyyən edirlər. Periferik qanda leykopeniya, neytropeniya, monositoz kimi dəyişikliklər olur. EÇS ağırlaşmalar olmayan hallarda yüksək deyil.
Qripin əsas ağırlaşmaları: pnevmaniya, frontit, qaymorit, otit və s.