Azərbaycanın ilk tibbi portalı

Ana südü haqqında
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Maraqli: Internetdən çox istifadə etmək beyni gücləndirir.

Internetdən çox istifadə etmək beyni gücləndirir. Los Anclesdeki Kaliforniya Universitetində aparılan bir tədqiqat zamanı müntəzəm olaraq internetdən istifadə edən insanlarda beynin yaxşı inkişaf etdiyi müəyyən olunmuşdur. Təcrübədə müntəzəm internet istifadəçilərindən ibarət 55-76 yaş arası 24 nəfər iştirak etmişdir.
Təcrübədə iştirak edən internet istifadəçilərinin hər birinin beyninin gicgah, arxa və yan hissələrində yerləşən dil, oxuma, yaddaş və görmə mərkəzlərinin fəaliyyətlərinin inkişaf etdiyi müəyyən olunmuşdur.
Eyni zamanda mütəxəssislər bu inkişafın yalnız internetdə araşdırmalar aparan insanlarda baş verdiyini müəyyən etmişlər. Sadəcə internetdə qəzet oxuyan və ya oyun oynayanlarda bu inkişafın olmadığı ortaya çıxmışdır.

Şərhlər: 1 | Ətraflı    
Maraqli: Yeni Xəstəlik Yayılıb Dünya Şokdadır

Yeni Xəstəlik Yayılıb Dünya Şokdadır Dünya donuz qripi (H1N1) virusu ilə mübarizəni qurtarmamış Liviyadan şok bir xəbər gəldi. Liviya rəhbərliyinin yaydığı xəbərə görə Liviyada orta əsrlərdə 75 milyon insanın ölümünə səbəb olan bubonik vəba xəstəliyi yayılıb Med.Az-ın medicalnewstoday.com xəbər saytına istinadən verdiyi xəbərə görə 1347-1351-ci illərdə bu xəstəlikdən 75 milyondan çox insan məhv olub.

Artıq Ümumdünya Səhiyyə Təşkilatı xəbərin yayılması ilə hərəkətə keçib və Liviyada yoxlamalara başlayıb məlum olub ki, Liviyanın Tobruk şəhərində 18 nəfər xəstəliyə yoluxub 1 nəfər isə xəstəlikdən dünyasını dəyişib.

Şərhlər: 0 | Ətraflı    

Maraqli: Qopan qulağını mədəsinə tikdilər

Qopan qulağını mədəsinə tikdilər İngilis xəbər agentliklərinin verdiyi xəbərə görə İngiltərə vətəndaşı olan Paul Gibbs dostları ilə gəzintidə olarkən üç naməlum şəxs tərəfindən hücuma məruz qalıblar və Paul dava zamanı beyin travması almaqla yanaşı həmçinin sol qulağını da itirib.
Hücum zamanı qopan qulağı tez bir zamanda tapa bilməyiblər. Ancaq davadan 17 saat sonra tapılan qulaq gec tapıldığı üçün həmən dəqiqə yerinə tikilməyib və bəzi toxumaların bərpası üçün plastik cərrahlar tərəfindən Paulun qarnının iç tərəfinə tikilib.
Doktorlar bir müddət sonra qabırğadan götürülən qığırdaqlardan istifadə edərək qulağın yerinə tikilməsinin mümkün olduğunu söyləyirlər.

Şərhlər: 0 | Ətraflı    
Maraqli: Dünya Səhiyyə Təşkilatından maraqlı statistika

Dünya Səhiyyə Təşkilatından maraqlı statistika 15 iyun dünya avtomobil qəzasında ölənlərin anma günündə Dünya Səhiyyə Təşkilatı (DST) maraqlı bir statistika hazırlayıb. Statistikaya görə hər il 1 milyon 270 min insan avtomobil qəzalarında dünyasını dəyişir. Maraqlıdır ki, bu rəqəmin az qala yarısı yol keçən piyadalar, motosiklet və velosiped sürücüləridir.
Həmçinin 170 ölkəni əhatə edən statistika göstərir ki, bu qəzaların 90% zəif inkişaf etmiş ölkələrin o cümlədən Afrika ölkələrinin payına düşür. Ən az qəza olan ölkələr isə İngiltərə, İsveç Hollandiya kimi inkişaf etmiş ölkələrdir.
Həmçinin daha maraqlı bir fakt isə maşınlarda təhlükəsizlik kəmərindən ən az istifadə edən ölkələr də həmçinin zəif inkişaf etmiş ölkələrdir və qəza zamanı ölüm səbəblərindən biri də heç şübhəsiz ki, bu amildir.

Şərhlər: 0 | Ətraflı    
Maraqli: Dünyanın ən nadir 10 xəstəliyi

Dünyanın ən nadir 10 xəstəliyi ABŞ-ın CNN media şirkəti dünyanın ən nadir, az rast gəlinən və bu günə kimi hələdə müalicəsi tapılmayan xəstəliklərinin adlarını açıqlayıb.
Siyahıda 10 xəstəliyin adı var. Onlar aşağıdakılardır:
1. Morgellons – Bu günə kimi 14 000 insanda rast gəlinən bu xəstəliyin yaranma səbəbinin parazitlər olduğu güman edilsədə müasir tibb hələdə onun müalicəsində acizdir. Xəstəlik zamanı insanın dərisindən qara, mavi və ya qırmızı liflər sallanır.
2. Progeria – Bu xəstəlik erkən yaşlanma xəstəliyi kimi də qəbul edilir. Genetik olan progeria xəstəliyinə məruz qalan insanlar adətən 12-13 yaşlarında ölürlər.
3. Su allergiyası – bu günə kimi yalnız 30 nəfərdə bu xəstəlik müəyyən olunub. Su allergiyası zamanı insan nə normal su içə bilir nə də normal yuyuna bilir və orqanizm sudakı ionlara qarşı çox həssas olur.

Şərhlər: 4 | Ətraflı    
Maraqli: Xeyiri qədər ziyanı da var

Xeyiri qədər ziyanı da var Kaliforniya Universitetində aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, nəqliyyat qəzaları zamanı insan həyatının təhlükəsizliyini təmin edən hava yastıqları insan həyatını qorumaqla yanaşı orqanizmə mənfi təsirləridə var.
Belə ki, hava yastığını içində mövcud olan və nartium turşusu adlanan maddə insan orqanizminə həddən artıq ziyandır.
Natrium turşusu qəza zamanı reaksiyaya girərək natrium hidroksidə çevrilir və qəza zamanı hava yastığı açılarkən ağ toz şəkilində ortalığa çıxan bu maddə insanın gözünə və dərisinə mənfi təsir göztərir.
Natrium hidroksid qəza baş verərkən insanın dərisində, qulaqlarında və gözlərində yanıqlara səbəb ola bilər.

Şərhlər: 1 | Ətraflı    
Maraqli: Unitaz 1795 səslə birinci oldu

Unitaz 1795 səslə birinci oldu İngiltərədə nəşr olunan “British Medical Journal” tibb jurnalı səsvermə yolu ilə 1840-cı ildən bu günə kimi insan sağlamlığı üçün ən faydalı olan 15 tibbi ixtiranı seçib.
On bir min həkim və elm adamının iştirak etdiyi sorğuda Unitaz və kanalizasiya sistemi 1795 səslə birinci oldu. Elm adamları kanalizasiya sisteminin insan sağlamlığında böyük rol oynadığı qənaətinə gələrək həmçinin sistemin yaradıcısı Edwin Chadwiki də son 150 ilin qəhramanı elan etdilər.
Məlumat üçün qeyd edək ki, sorğuda ikinci yeri 1642 səslə antibiotiklər, 3-cü yeri isə 574 səslə narkoz tutdu.

Şərhlər: 0 | Ətraflı    
Maraqli: Lüksemburqda adam öldürmək (Evtanaziya) qanuniləşdirildi

Lüksemburqda adam öldürmək (Evtanaziya) qanuniləşdirildi Yunan sözündən götürülən euthanasia yəni tibbdə bir insanın öz istəyi ilə digər biri tərəfindən həyatına son verilməsi Belçika və Hollandiyadan sonra digər bir Avropa ölkəsi olan Lüksemburqda da qanuniləşdirildi.
Beləliklə artıq Lüksemburqda həkimlər xəstənin öz istəyi ilə onun həyatına son verdiyi halda heç bir məsuliyyətə cəlb olunmayacaqlar.
Evtanaziya qanununa görə evtanaziya istəyən insan 18 yaşından kiçik olmamalıdır, evtanaziya qərarını verərkən onun psixoloji vəziyyəyi normal olmalıdır və bu istəyini bir neçə dəfə təkrarlaması lazımdır.

Şərhlər: 0 | Ətraflı    
Maraqli: İngiltərədə sperma qalmaqalı

İngiltərədə sperma qalmaqalı İngiltərənin paytaxtı Londonda yerləşən St.Thomas xəstəxanasında həkimlərin diqqətsizliyi bir qalmaqala səbəb oldu.
Xəstəxanada sonsuzluq problemi ilə əlaqədar müalicə olunan 3 qadının yumurtalığının öz ərlərinin yox digərlərinin həyat yoldaşlarının spermaları ilə mayalandırıldiğı ortaya çıxmışdı. Qalmaqalın ortaya çıxması ilə qadınların mülicəsinin təxirə salındığı və dölləndirmənin ləğv olunduğu bildirildi.
Xatırladaq ki, həmin xəstəxanada buna bənzər bir hadisənin 2007-ci ildə də baş verdiyi bildirilir.
Eyni zamanda qeyd edək ki, İngiltərədə hər il 37 000 ailə sonsuzluqla bağlı problemlərdən müalicə olunur.

Şərhlər: 1 | Ətraflı    
Maraqli: Orqanların çıxardarkən dirildi

Orqanların çıxardarkən dirildi ABŞ-da keçən həftə baş verən bir hadisə tibb aləmini qarışdırdı. Maşın qəzasına düşən 21 yaşlı gənc Zanck Dunalp xəstəxanaya çatdırıldı həkimlər iki gün komada qalan gəncın beyninin öldüyünə qərar verdilər. Ailəsinin razılığı ilə orqanlarının çıxarılaraq ehtiyacı olanlara köçürülməsi üçün tədbirlər görülməyə başladı. Lakin əməliyyat stolunda orqanları çıxarmağa çalışan həkimlər birdən dəhşətə gəldillər çünki öldüyü güman edilən Znack Dunalp gözlərini açaraq həkimin əlindən yapışmışdı.
Həkimlər dərhal xəstəni yenidən müayinə etməyə başlamışlar və xəstənin yaşama şansının olduğunu bildirdilər.

Şərhlər: 2 | Ətraflı    
Maraqli: Həkim xəstəni tikinti aləti ilə xilas edib

Həkim xəstəni tikinti aləti ilə xilas edibAvstriyada başından ağır yara almış 13 yaşlı yeniyetməni həyata qaytarmaq üçün həkim təmir zamanı istifadə edilən deşici alətdən istifadə edib.

Həkim yeniyetməni xilas etmək üçün cəmi bir neçə dəqiqəsinin olduğunu başa düşüb. Amma xəstənin başında deşik açmaq üçün ona lazım olan cərrah aləti həmin xəstəxanada yox imiş. Ona görə həkim xəstəxananın yerləşdiyi binanın təchizat otağından burğu götürərək oğlanın başında lazım olan deşiyi açıb.


Şərhlər: 0 | Ətraflı    
Maraqli: Mobil telefonları arxa cibinizdə gəzdirin!

Mobil telefonları arxa cibinizdə gəzdirin! Gündəlik həyatımızın ən önəmli bir parçasına çevrilən mobil telefonların həyatımızı nə qədər asanlaşdırdığı danılmaz bir faktdır, lakin ABŞ-ın Kaliforniya Universitetində aparılan araşdırmalar göstərmişdir ki, mobil telefonların xeyiri qədər ziyanı da mövcuddur.

Belə ki, əsasən kişilər mobil telefonlarını cinsiyyət orqanına yaxın bir bölgədə şalvarın ön cibində gəzdirməkləri kişilərdə spermanın azalması kimi bir problemə gətirib çıxarır. Araşdırmalar göstərmişdir ki, mobil telefonun yaydığı elektromaqnit dalğalar kişi cinsiyyət orqanında bəzi hüceyrə pozğunluqlarına səbəb olur. Bununla yanaşı telefonun ürək və beyin bölgələrinə yaxın olduğu zaman həmin nahiyələrə də asanlıqla ziyan verdiyi müəyyən olunmuşdur.

Şərhlər: 2 | Ətraflı    

21.05.2012
Britaniyalı alimlər kartofu ən vitaminli tərəvəz hesab edirlər

21.05.2012
Dar geyim insanlarda xərçəngə yol aça bilər

18.05.2012
Hansı rəngdə olan meyvə və ya tərəvəz daha xeyirlidir?

18.05.2012
Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir

16.05.2012
Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır

15.05.2012
Yumurta səhər yeməyi üçün ən yaxşı seçimdir

14.05.2012
Yaponlar süni ürək yaratdılar

12.05.2012
İstirahət günü dincəlməyənlər kökəlir

11.05.2012
Qidanı az çeynəmək diabetə səbəb olur

11.05.2012
ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur

08.05.2012
Körpənin otağı daha rahat olmalıdır

07.05.2012
Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir

07.05.2012
Az yağlı süd və süd məhsulları insultdan qoruyur

07.05.2012
340 qramlıq körpə doğulub

05.05.2012
Alimlər yaraları sağaldan cihaz hazırlayıblar

04.05.2012
Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu

04.05.2012
Energetik içkilər dişləri zədələyir?

02.05.2012
Ürəyi çöldə olan 3 yaşlı uşaq

02.05.2012
Azərbaycanda su çiçəyi ilə bağlı açıqlanan rəqəmlər həyəcan doğurur

01.05.2012
Döş xərçəngi diaqnozunda irəliləyiş

01.05.2012
İşıq ürək ağrılarını azaldır

30.04.2012
İnsanı mikroblar kökəldir?

27.04.2012
Arıqlamaq üçün unikal vasitə icad olunub (VIDEO)

26.04.2012
Analar körpələrə ilk 6 ayda ana südü verməlidir

25.04.2012
6 həftəyə bədən quruluşunu necə yaxşılaşdırmaq olar?

24.04.2012
Tərbiyəni genlər müəyyənləşdirir?

23.04.2012
İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı

23.04.2012
Mədənin 6 əsas düşməni

20.04.2012
Xərçəng şişlərinin toxumalarından beyin xərçənginə qarşı peyvənd hazırlanıb

20.04.2012
Göy rəngli insan

19.04.2012
Kök və kök suyunun 10 faydası

18.04.2012
İnsanı ağıllı edən gen tapıldı

17.04.2012
Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər

17.04.2012
Pakistanda 6 ayaqlı körpə dünyaya gəlib

16.04.2012
Mentollu siqaret daha təhlükəlidir

13.04.2012
Bakıda musiqi və rəsmlə müalicə mərkəzi açılıb

12.04.2012
Növbəli iş diabet və piylənmə riskini artırır

12.04.2012
Azərbaycanda anadangəlmə əlil uşaqların sayı artıb

11.04.2012
Morqa atılmış körpəni ölümdən anası xilas edib

11.04.2012
Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
» Döş xərçəngi diaqnozunda ir ...
» İşıq ürək ağrılar ...
» 340 qramlıq körpə doğulub
» İnsan beynində dindarlıq və Allah q ...
» 6 həftəyə bədən quruluşun ...
» Arıqlamaq üçün unikal vasitə i ...
» Mədənin 6 əsas düşməni
» Azərbaycanda 4 qolu, 4 ayağı olan uş ...
» Ürəyi çöldə olan 3 yaşl&# ...
» Tərbiyəni genlər müəyyənl ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.