Maraqli: Hər gün eşitdiyimiz sakit səslər eşitmə qabiliyyətimizi zəiflədir
İlk baxışdan, sərinkeşin səsi eşitmə qabiliyyətinə pis təsir edə bilməz. Lakin çinli alimlərin apardıqları tədqiqatın nəticələri göstərir ki, hər gün eşitdiyimiz səslər eşitmə qabiliyyətimizi zəiflədir.
"New Scientist" bildirir ki, həkimlər pasiyentləri müayinə edərkən sakit səslərin uzunmüddətli təsirini nəzərə almırlar.
Şanxaydakı Şərqi Çin Pedaqoji Universitetinin əməkdaşı Çjou Syaomin həmkarları və ABŞ-dakı Kaliforniya Universitetinin professoru Maykl Merzeniçlə birlikdə aparılan tədqiqatı başa vurublar.
Maraqli: Siqaret nadir xəstəlik olan beyin şişi riskini azaldır
Siqaret çəkmək şiş xəstəliyinin nadir formasına yoluxmaqdan qoruyur.
Alimlər ziyanlı vərdiş olan siqaret çəkmək ilə nadir beyin şişinin inkişaf etməsi riski arasında əlaqəni tapa biliblər. Pozitiv effekt nikotinin özü ilə əlaqəli deyil. "The Times of India"nın yazdığına görə, siqaret çəkmək sinir şişləri riskini 60 faizə qədər azaldır.
Ohayo Universitetinin mütəxəssislərinin fikrincə, qoruma prosesini alışma və ya ancaq siqaretdə olan birləşmə prosesi edə bilər.
Maraqli: ABŞ-da HİV əleyhinə ilk preparatın buraxılışı müzakirə olunur
ABŞ Ərzaq Qidaları və Dərman Preparatlarının Keyfiyyətinə Nəzarət İdarəsi ekspertlərin məsləhətəniə əməl edəcəyi təqdirdə, "Truvada" Amerikada bu yöndə istehsal edilən ilk dərman olacaq. Bir qrup ekspert Amerika hökumətinə insanda HİV xəstəliyinə yoluxmanın qarşısını ala bilən «Truvada» dərman preparatının buraxılışını tövsiyə ediblər.
ABŞ Ərzaq Qidaları və Dərman Preparatlarının Keyfiyyətinə Nəzarət İdarəsi ekspertlərin məsləhətinə əməl edəcəyi təqdirdə, «Truvada» Amerikada bu yöndə istehsal edilən ilk dərman olacaq.
Maraqli: Dünyanın ən kök adamı: belimin ölçüsü də 1,4 metrdir
Kit Martin artıq 11 ildir ki, evi tərk edə bilmir. O, yataqdadır.
"The Guardian" bildirir ki, Kit Martin indi dünyanın ən kök insanı hesab olunur. 2001-ci ilin sentyabrın 11-də axırıncı dəfə evi tərk edərək həyətə çıxandan bəri Martin daha da kökəlib. İndi onun çəkisi 368,31 kiloqrama çatıb.
Londonda yaşayan 42 yaşlı Kit arıqlamağa, normal halına qayıtmağa çalışır.
"Möcüzə körpə"nin həyatını həkimlər xilas edə biliblər.
Dünyanın ən balaca uşağı Braziliyada doğulub. Türkiyə mətbuatının verdiyi məlumata görə, Karolina Terzin adı verilən qız 5 aylıq doğulub. O, Braziliyada bu çəkidə doğularaq həyatda qalan ilk körpə adını qazanıb.
Belə ki, Karolinanın çəkisi sadəcə 340 qram, boyu isə 27 sm-dir.
Maraqli: Azərbaycanda 4 qolu, 4 ayağı olan uşaq doğuldu
Azərbaycan rayonlarından birində 4 qolu və 4 ayağı olan qız uşağı dünyaya gəlib. Day.az-ın verdiyi məlumata görə, uşaq hələ aprelin 6-da doğulsa da, bu haqda məlumat yeni yayılıb. Körpə dərhal Azərbaycan Respublikası Pediatriya Elmi Tədqiqat İnstitutunun azyaşlı uşaqların cərrahiyyəsi şöbəsinə yerləşdirilib.
Uşağın yerləşdirildiyi şöbənin müdiri Gündüz Ağayev bildirib ki, körpə hərtərəfli müayinədən sonra əməliyyat olunub. Əməliyyat 3 saat davam edib.
Ürəyi bədəninin xaricində doğulan ilk körpə sağ qalmağı bacarıb. ABŞ-da yaşayan Ryan Marquiss belə xəstəliklə doğularaq həyatda qalmağı bacaran ilk insan olaraq rekorda sahib çıxıb. Çünki bu günədək ürəyi çöldə doğulan uşaqlar ən çoxu 3 gün yaşayıb.
Pensilvaniya ştatında doğulan körpə üçün həkimlər eyni aqibəti proqnozlaşdırıb. Həkimlər hələ ana bətnində olarkən anasına hamiləliyi dayandırmağı təklif etsələr də, valideynlər bu təklifi rədd edib.
Bu xəstəliyi qan analizinə əsasən də müəyyənləşdirmək mümkün olacaq. Qadınlarda döş xərçəngini bundan sonra qan analizinə əsasən də müəyyənləşdirmək mümkün olacaq. Böyük Britaniya alimləri qadınlarda döş xərçənginin qanla müəyyənləşdirilməsi istiqamətində testləri təkmilləşdirdiklərini açıqlayıblar. Londonun İmperial kollecinin tədqiqatçıları xərçənglə qandakı leykositlərdəki dəyişikliklər arasında əlaqəni üzə çıxarıblar. Onların iddiasına görə, qandakı leykositləri daha çox genetik dəyişikliklərə uğramış qadınlarda döş xərçəngi ehtimalı 2 dəfə çoxdur.
Əgər iştahınız güclənirsə və şirniyyatı çox yeyirsinizsə, bunun səbəbkarları mədə-barısaq sistemindəki mikroblardır. Onlar insanın yediyi qidanın həcminə təsir edirlər.
"New Scientist" bildirir ki, hələ 2006-cı ildə alimlər kök laboratoriya siçanlarının bağırsaqlarındakı mikrobların arıq siçovullarla müqayisədə fərqli olduğunu sübut etmişdilər.
ABŞ-dakı Buffalo və Kaliforniya universitetlərinin alimləri təmaslarla ünsiyyətdə başqaları ilə müqayisədə daha xoş olan insanların adi fərdlərdən fərqlərini araşdırmaq qərarına gəliblər.
"Discovery News" bildirir ki, onlar respondentlər arasında sorğu keçirərək onlara "İnsanlar mahiyyət etibarilə pis, yoxsa yaxşıdır?", "Qan verərək donorluq edirsiniz?" və s. suallar veriblər.
Maraqli: İnsan beynində dindarlıq və Allah qorxusu hisslərini yaradan bölgə tapıldı
"Scientist" elmi dərgisi bildirir ki, ABŞ-dakı Missuri Universitetində aparılmış tədqiqata görə, beyində mənəviyyat, Allah qorxusu və ədəb davranışlarını müəyyənləşdirən xüsusi bölgələr mövcuddur.
Alimlər hesab edirlər ki, əvvəlki tədqiqatları təhlil etməklə yanaşı, yeni araşdırmalar aparılıb. Bunun nəticəsində məlum olub ki, insanın mənəvi transsendensiyası sağ beyində gicgah hissədəki bölgənin aktivliyinin artması ilə bağlıdır.
Ümumiyyətlə isə beyindəki "Allah bölgəsi" adlanan yerin fəaliyyətini bütün beyin təmin edir.
57 yaşlı Kaliforniya sakini qeyri adi rəngi ilə digərlərindən seçilir. Onun dərisinin bu rəng almasına səbəb isə dermatit xəstəliyinin müalicəsi üçün gümüş kolloidi məhlulunu qəbul etməsi olub.
Belə ki, Pol Karason 14 il əvvəl dermatit xəstəliyinə tutulub. O, müalicə üçün türkəçarəyə əl atır. Bunun üçün o, gümüş kolloidi – elektrolit yolu ilə (elektrodlar yüklənmiş suya elektrik cərəyanının buraxılması) aldığı gümüş hissəciklərinin kolloid məhlulunu - qəbul etməyə başlayır.
Alınmış məlhəmi o həm daxilə qəbul edir, həm də dərisinin zədələnmiş yerlərinə sürtürmüş.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.