Cüzam - insanda yaranan xroniki infeksion xəstəlikdir. Adıçəkilən xəstəlik 1871-ci ildə Norveç həkimi Q.Hansen tərəfindən kəşf edilib. Vaxtilə Qədim Misirdə, Yaxın Şərqdə, Yaponiyada, Hindistanda geniş yayılan bu xəstəliyin yaranmasına, mənbələrə görə, pis qidalanma, avitaminoz, antisanitariya şərait yaradır.
Güman edilir ki, cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından düşür. Xəstəlik gedişinə görə 3 tipə - lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır. Cüzam sağalmayan xətəlikdir. Bu xəstəliyə tutulanlar ömürlərinin axırına qədər insanlardan uzaqda yaşayaraq hər kəsdən gizlənməyə çalışırlar.
İnfeksiya: Sitomeqalovirus infeksiyası və hamiləlik
Sitomeqalovirus infeksiyası adı az eşidilmiş olan ancaq olduqca sıx müşahidə edilən virus infeksiyasıdır. İnsanların əksəriyyəti bu infeksiyanı uşaqlıq dövründə heç fərqinə varmadan gizlində keçirir. Ancaq hamiləlik dövründə keçirilən infeksiya körpəyə yoluxduqda inkişaf geriliyi, karlıq, zəka geriliyi, gec yerimə, gec öyrənmə kimi istənməyən vəziyyətlərə yol aça bilir. Bu risk xüsusilə əvvəlcədən infeksiyanı keçirməmiş ana namizədlərində daha yüksəkdir. Sitomeqalovirus (Cytomegalovirus, CMV) herpes ailəsindən olan virusdur. Bu ailəyə daxil olan digər viruslara uçuğa səbəb olan Herpes Simplleks virusu və su çiçəyinə səbəb olan Varicella-Zoster virusunu misal göstərmək olar. Bütün coğrafi bölgələrdə rast gəlinən bu virusun səbəb olduğu infeksiya ən sıx qarşılaşılan infeksiyalardan biridir. CMV eyni zamanda anadan qarınındakı körpəyə yoluxan infeksiyalar arasında da ən sıx qarşılaşılanlardandır. Yetərli diaqnoz üsullarından istifadə edildikdə yenidoğulmuşların təxminən 1%-ində bu virus müəyyən edilir.
Demək olarki bütün mətbəxlərdə mövcud olan bir əşya var ki, bu günə qədər ona sadəcə bir mətbəx əşyaası kimi baxılıb lakin ABŞ-da aparılan bir təcrübə zamanı bunun heç də sadə bir əşya olmadığı əksinə insan sağlamlığı üçün olduqca təhlükəli bir mikrob yuvası olduğu ortaya çıxmışdır. “The Reader’-d Digest” jurnalında dərc olunan bir xəbərdə mətbəxlərdə geniş istifadə olunan əsasən üzərində göyərti, meyvə-tərəvəz, ət və s. məhsullar doğradığımız kiçik taxtanın təmizlənmədiyi zaman bir mikrob yuvası olduğu ortaya çıxmışdır.
Qrip virusları soyuqda daha da fəallaşır. Havaların soyuması infeksion xəstəliklərin, o cümlədən qripə yoluxmaların sayını artırıb. Qrip yoluxduğu orqanizmə ağırlaşma verərək meningit, astma, bronxit, qaymarit kimi xəstəliklərə yol aça bilər. Bu xəstəliklər isə əksər hallarda müalicə edildikdə belə orqanizmdən tam sovrulmur. Odur ki, həkimlər qripə qarşı ehtiyatlı davranmağı məsləhət görür: Həkim Mahizər Cəfərovan əhalinin çox vaxt soyuqdəymə ilə qripi qarışdırdığını deyir. “Qrip soyuqdəymənin ağırlaşmış formasıdır. Soyuqdəymə zamanı bədənin müəyyən hissəsi ağrıyırsa, qripə yoluxduqda bütün bədən əzginləşir. Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsi ilə xarakterizə olunan kəskin virus infeksiyasıdır. Aşağı temperaturda yaxşı inkişaf edən qrip virusları isti mühitə davam gətirmir. İnfeksiya mənbəyi isə xəstə insanlardır”.
İnfeksiya: QIÇS-ə yol açan HİV virusunun yeni ştammı aşkarlandı
Med.az-ın Suite101.com saytına əsasən verdiyi xəbərə görə Fransanin Rouen Universitetinin professoru Jean-Christophe Plantier rəhbərliyində aparılan və “Nature Medicine” jurnalının növbəti nömrəsində dərc olunan araşdırmaya əsasən Kamerunlu bir qadında rast gəlinən yeni HİV virusu bu gunə qədər məlum olan 3 HİV vurusundan fərqlənir. Yeni virus bir müddət əvvəl vəhşi qorillalarda aşkarlanan simian virusuna çox bənzəyir. Bundan əvvəliki aşkarlanan 3 virus tipi şimpanzelərdə rast gəlinən simian virus növü ilə əlaqəliydi. Dr Jean-Christophe Plantier virusun yayılma təhlükəsinin əsasən Afrikada yüksək olduğunu vurğulamışdır.
İnfeksiya: Qulaqdibi (parotid) xəstəliyinin əlamətləri və müalicəsi
Adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan bir virus xəstəliyidir. Bu xəstəliyin virusu orqanizmə daxil olduqdan 10-18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir.
Qulaqdibinin ilkin əlamətləri: • Halsızlıq və hərarət • Udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzilərində ağrı • Qulaq ətrafı nahiyədə şişlik
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.