Hər bir cavan ana narahat, ağlağan körpə ilə üzləşır. Hər bir ana körpəsini sakitləşdirmək üçün böyüklərindən eşitdikləri metodlardan istifadə edib, lakin effekt görmədikdə çox narahat olur.
Bir çox metodlar vardır ki, bunların vasitəsilə siz körpənizi sakitləşdirə bilərsiniz. Lakin körpənizə fərdi yanaşın, axı Siz hələ onu yaxşı tanımırsınız, bunun üçün sizə zaman lazımdır. Biz sizə mümkün olan metodları təqdim edirik, bunların hər birini öz körpənizdə sınayın.
1) Uşağın dodaqlarını öz döş gilələrinizə toxundurun, bu uşağı ağzını geniş açmağa məcbur edər. Uşaqlar öz ana südünün iyini hiss edən kimi döşə tərəf dartınırlar. Diqqət edin ki, döşünüzlə uşağın burnunu bağlamayasız.
2) Əgər əmizdirmə sizdə narahatçılıq yaradırsa, barmağınızı ehtiyatla uşağın ağzına qoyun və onu döşdən ayırın və sonra əmizdirməyə yenidən başlayın. Əmizdirmə üçün özünüzə rahat yer seçin ki, sonra çox yorulmayasız və beliniz ağrımasın.
Rezus konfilikt zamanı hamilə orqanizmdə və döldə nə kimi dəyişikliklər baş verdiyini araşdırmaq üçün ilk öncə aşağıdakı sualları cavablandıraq. Rezus konfilikt nədir? Rezus konfilikt anlayışını necə başa düşməli? Nə üçün hamiləlik zamanı bu problemlə tez-tez üzləşilir? kompleksi aparılma Rezus faktor (və ya rezus antigen) - zülal olub, qanda eritrositlərin səthində yerləşir. İlk dəfə bu zülal Rezus cinsinə mənsub meymunun qanında aşkarlandığı üçün bu adı almışdır. Rezus faktor irsən keçən, güclü dominantlaşdırılmış əlamətdir.
Duş körpənizdə masaj təsiri yaradaraq onu rahatlaşdırır. Üstəlik qazını çıxartmasına köməkçi olaraq daha dinc olmasını təmin edir. Rahatlayan və qazı olmayan körpə daha yaxşı bir yuxu yatacağı üçün siz də gecələri daha dinc olursunuz. Buna görə olduqca sıx mümkünsə hər gün duş qəbul etdirməniz körpəniz üçün son dərəcə faydalı. Körpənizi yumadan əvvəl diqqət yetirməniz lazım olan bəzi nöqtələr var. Duşdan əvvəl etməniz lazım olan hazırlıqlar:
Ana və Uşaq: Uşaqlar nə vaxt danışmağa başlamalıdırlar?
Uşaqlar nə vaxt danışmağa başlamalıdırlar? İlk sözü nə vaxt deməlidirlər? İkisözlü, üçsözlü cümlələrə keçid hansı yaş dövrlərinə təsadüf edir? Bu suallar demək olar ki, bütün anaları düşündürür. Xüsusilə də, yeni ana olmuş qadınlar təcrübəsiz olduqları üçün uşaqlarını başqaları ilə müqayisə edərək, yersiz həyəcanlara yol verirlər. Elə isə bu həyəcanları aradan qaldırmaq üçün uşaqlarda dilin əsas inkişaf mərhələlərini nəzərdən keçirək...
Hamiləlik zamanı diş və diş ətləri də həssaslaşır. Bu dövrdə dəyişən rejim diş əti xəstəliklərinə və diş çürümələrinə səbəb olur. Buna görə də hamilə qadınlar diş sağlamlığına əvvəlkindən daha çox diqqət yetirməlidirlər. Çünki hamiləlik zamanı davam edən uzunmüddətli diş əti xəstəlikləri hətta erkən doğuşa da gətirib çıxarır. Hamiləlikdə ağız və dişlərin sağlamlığı üçün görüləcək tədbirlər aşağıdakılardır:
İnfeksiyaların böyük bir hissəsi əllə yoluxduğu üçün körpənin qulluğu ilə məşğul olan analar əllərini tez-tez yumalıdırlar ki, körpələri müxtəlif xəstəliklərə məruz qalmasınlar. Körpələrin orqanizmi daha həssas olduğu üçün bu mənada gigiyenik qaydalara əməl etmək vacibdir. Çünki körpələr hətta zəif mikroblardan belə, xəstəliyə yoluxurlar.Körpəyə baxan ana onun alt bezini dəyişdirdikdən sonra mütləq əllərini möhkəm yumalıdır. Həmçinin körpənin də əlləri təmiz yuyulmalı və təmiz dəsmalla silinməlidir.
Hər bir qadın hamilə olduğunu bildiyi andan kifayət qədər zülal, yağlar, karbohidratlar və vitaminlər almalıdır. Bu dölün normal inkişafı və ananın hamiləlik, doğuşdan sonrakı dövrdə sağlamlığı üçün vacib şərtdir.
Gələcək analar vitaminlərə, xüsusəndə vitamin A,C, B1, B6 və Fol turşusuna ehtiyac duyurlar. Qadın bütün bu elementlərlə mayalanmadan evvəl, hamiləlik və laktasiya zamanı təmin olunmalıdır. Bütün bunlar ananı və körpəni bir çox xoşagəlməz hallardan qoruyur. Mayalanma və hamiləlik dövründə qadın orqanizmindəki hipovitaminoz halı anadangəlmə inkişaf anomaliyalarına, hipotrofiyalara, yarımçıqdoğulmalara, körpənin fiziki və zehni inkişafdan geri qalmasına səbəb olur. Məhz bu baxımdan, hamiləliyi planlayan hər bir qadın polivitamin kompleksi haqqinda düşünməlidir.
Hələ keçmiş zamanlarda müşahidə etmişlər ki, cavan və tam sağlam valideynlərdə də hərdən qeyri-adi avazımış, ya da saralmış uşaqlar ola bilər. Belə uşaqlar, adətən, anadan olandan bir az sonra ölürdü-lər. Sağ qalmış belə uşaqlar baş beynin ciddi zədə-lənməsi nəticəsində əlil olurdular. Sonradan aşkar oldu ki, uşağın ana bətnində belə ağır xəstələnməsinə səbəb, necə deyərlər, rezus-uyğunsuzluqdur. 1940-cı ildə müəyyən edildi ki, insanın eritrosit-lərinin tərkibində xüsusi zülali maddə vardır, sonralar bunu rezus-amil adlandırdılar. Tədqiqatların davamı göstərdi ki, bu maddə insanların hamısında olmur. Yer kürəsinin əhalisinin 15%-də eritrositlərinin tərkibində rezus-amil yoxdur, bunlar rezus-mənfidir, eritrositlərində rezus-amil olan qalan 85%-isə rezus-müsbətdir. Beləliklə, eritrositlərində rezus-amilin olub-olmamasından asılı olaraq adamlar 2 qrupa bölünürlər. Qanında olan rezus-amil adamların saqlamlığı na, onların səhhətinə, zehin qabiliyyətinə və s. heç bir təsir etmir. Bu əlamət insanın irsən ötürülən bioloji xüsusiyyətidir. Qan qrupu kimi, adamın rezus mənsubiyyəti də ömrü boyu dəyişmir.
Bəzi analar körpəni qucaqlarına almaq əvəzinə, arxasına yastıq qoyaraq və ya yatıraraq yemək verirlər ki, onun sağ-solu kirlənməsin. Lakin bu cür yedirmə üsulu körpənin boğulmasına səbəb olur. Böyüklərin hər hansı qidanı yatdığı yerdə yeməsi mümkün olmadığı kimi, körpənin də bu cür qidalanması mümkün deyil. Belə hallarda körpələr ağciyərlərinə qida qaçması nəticəsində zökəm olurlar. Çünki ana südündən başqa uşağa verilən bütün qidalar hökmən sterilizə edilməlidir. Hər hansı bir qida maddəsinin sterilizə olunmadan ağciyərlərə qaçması bir çox infeksion xəstəliklərin meydana gəlməsinə səbəb olur. Bəzən körpələr nəfəs borularına qida getməsi nəticəsində ölümlə də üzləşirlər. Ən təhlükəlisi isə budur ki, belə hallar çox ani olaraq baş verir. Belə hallarda nə ananın, nə də həkimin yardımı körpənin köməyinə çatmır. Ona görə də körpəyə yemək yedirərkən tənbəllik etmək olmaz. Bəzən körpə özünü uzanmış vəziyyətdən xilas etmək üçün ağzına qoyulan qidaları saxlayaraq udmur və ya ağzından çıxarır. Əslində o bu addımı boğulmamaq üçün atır.
Körpəni ilk 6 aylığında mütləq ana südü ilə qidalandırın. Onu əmizdirməzdən əvvəl mütləq əlinizi yuyun və körpəni gündə 8 dəfə əmizdirin. Gecələr də 2-3 dəfə körpəyə süd verilməlidir. Körpəni əmizdirərkən 3-4 dəqiqə fasilə verməklə kürəyinə yumşaq şəkildə toxunun. Bu, körpənin köp sancısını sakitləşdirmək üçündür.
Körpənin altı islanar-islanmaz bezini dəyişin. Bişməcə olmasının qarşısını almaq üçün bezi tez-tez dəyişdirmək lazımdır. Əgər körpə bişməcə olubsa, həmin nahiyəyə həkimin məsləhət gördüyü kremi çəkin. Körpənin göbəyi, göbəkətrafı quru və təmiz qalmalıdır. Gündə 2-3 dəfə göbəkbağı pambıqla silinməlidir. Göbəkbağı 2 həftə ərzində düşəcək
Ana və Uşaq: Körpənin düzgün qidalandırılması qaydalarıni bilirsinizmi?
Bugünkü mövzumuzu analara ünvanlamışıq. Daha dəqiq desək, anaları ən çox narahat edən, gündəlik qarşılaşdıqları bir mövzuya toxunacağıq. Körpə uşaq üçün ən xeyirli qida sayılan ana südündən sonra uşağın menyüsünü müəyyənləşdirməklə, uşağın yeməklə bağlı problemlərini həll etməklə bağlı suallara cavab axtaracağıq.
Mövzuya keçməzdən əvvəl nəzərinizə çatdırım ki, körpə uşaqların yeməyini ayrıca bişirmək lazımdır. Bəzi analar uşaq bir qədər böyüyən kimi, ona ailənin böyük üzvləri üçün hazırlanmış xörəkdən verməyə başlayırlar. Bu, uşaq üçün çox zərərlidir. Bu cür yemək yeyən uşaqlar bir qayda olaraq, solğun, xəstə görkəmində olurlar. Bundan başqa, uşağın qab-qacağı ayrı olmalıdır. Bu qabdan böyüklər istifadə etməməlidir.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.