Azərbaycanın ilk tibbi portalı

Sizin reklam burada
Səhiyyə
İdman
Maraqlı
Gözəllik
Sağlamlıq
Elmi kəşflər
Ana və Uşaq
Xalq təbabəti
Həkimə sual
Urologiya
Stomatologiya
Dermatologiya
Pulmonologiya
Otolorinqologiya
Qastroenterologiya
Qidalanma və Dieta
Cinsəl sağlamlıq
Doğuş tarixini tap
Med.Az haqqında
Apteklər
Dərman firmaları
Tibbi avadanlıq
Xəstəxanalar
Uşaq xəstəxanalari
Poliklinikalar
Uşaq poliklinikaları
Doğum evləri
Qadin məsləhətxanaları
Dispanserlər
Tibb mərkəzləri
Kosmetologiya
Sanatoriyalar
Stomatologiya
Təcili yardim
Hospitallar
İdarəetmə orqanları
Saytin xəritəsi
Başlanğic səhifə et
Xəbər göndər
RSS
Dostuna tövsiyyə et
Körpənizə neçə ay ana südü vermisiz?

2 aydan az
2-4 ay
4-6 ay
6-12 ay
12 aydan çox









loading...



Ana və Uşaq: Uşaqlarda qidalanma problemləri

Uşaqlarda qidalanma problemləri Xüsusən də uşaqların düzgün qidalanması daha önəmlidir, çünki rejimsiz qidalanan uşaqların zehni və fiziki inkişafında qüsurlar - yaddaşsızlıq, ifrat köklük, şəkər xəstəliyi və s. meydana çıxır.

Qidalanma sağlamlığın ən önəmli faktorlarından biridir. Mütəxəssislər bildirirlər ki, əksər xəstəliklər balanslı şəkildə qidalanmamaqdan qaynaqlanır.
Xüsusən də uşaqların düzgün qidalanması daha önəmlidir, çünki rejimsiz qidalanan uşaqların zehni və fiziki inkişafında qüsurlar - yaddaşsızlıq, ifrat köklük, şəkər xəstəliyi və s. meydana çıxır. Uşağın lap körpə vaxtından qidalanmasına hər zaman nəzarət etmək lazımdır.

Şərhlər: 0 | Ətraflı    
Ana və Uşaq: Soyuq münasibət uşaqları ailədən uzaqlaşdıra bilər

Soyuq münasibət uşaqları ailədən uzaqlaşdıra bilər Valideynlər arasında yaranan inciklik, mənfi münasibət uşaqların ailədən uzaqlaşması ilə nəticələnə bilər. Ata-ananın uşaqlarının yanında bir-birinə qarşı aqressiv mövqe tutması onların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Yaranan gərginliyi aradan qaldırmaq üçün tərəflərdən biri mütləq güzəştə getməlidir.

Psixoloqlar bildirirlər ki, gərginlik yaşanan ailələrin əksəriyyətində yeniyetmələrin xarakterində, həyat tərzində arzu olunmaz xüsusiyyətlər meydana çıxır. Belə yeniyetmələr bəzən bədbinliyə qapılır, bəzən də evdən qaçaraq pis vərdişlərə qurşandılar.

Şərhlər: 0 | Ətraflı    

Ana və Uşaq: 2010 cu ilin ən böyük tibbi kəşfi

2010 cu ilin ən böyük tibbi kəşfi İsveçrənin "Karol Karolina" İnstitutunun əməkdaşı prof. Fan Huaanın bu kəşfi 2010-cu ilin ən böyük tibbi kəşfi hesab edilib.

F. Huaanın qənaətinə görə uşağın anaya bağlılığı ana südü ilə qidalanmanın müddəti ilə izah edilir.

Başqa sözlə desək ana uşağını nə qədər uzun müddət ana südü ilə qidalandırsa, bir o qədər bir-birinə bağlılıq müşahidə olunur.

Şərhlər: 0 | Ətraflı    
Ana və Uşaq: UŞAĞINIZI İLK SEVİNCDƏN MƏHRUM ETMƏYİN !

UŞAĞINIZI  İLK  SEVİNCDƏN  MƏHRUM  ETMƏYİN ! Amerika Pediatriya Akademiyasının (PAA) məlumatına görə müasir laboratoriya texnologiyaları sayəsində süd vermənin anaya, uşağa, ailəyə və cəmiyyətə böyük müsbət təsiri olduğu müəyyənləşib.
Ümumdünya Səhiyyə Təşkilatı ana və uşaq sağlamlığı üçün süd vermənin yeni doğulandan 6 ayına kimi və əlavə qidalar vermeklə 2 il və daha çox olmasını tövsiyə edir.

Ana südü vermənin üstünlüyü:

• Balanslaşdırılmış fiziki və əqli inkişafı təmin edir
• Uşağı mikrob, virus və göbələk infeksiyalarından müdafiyə edir.
• Asan sorulur
• Temperaturu həmişə optimaldır
• Sterildir

Şərhlər: 0 | Ətraflı    
Ana və Uşaq: Süd vəzisi xərçəngi irsidirmi?

Süd vəzisi xərçəngi irsidirmi? Bir çox qadınların ailə anamnezində qan bağlılığı olan bir qohumunda süd vəzisi xərçəngi olmuş ola bilər.
Bunların çoxu sadəcə təsadüfdür, qadınların isə ana və ya ata tərəfindən eyni qan bağı qolundan birdən çox süd vəzisi xərçəngi olan yaxını ola bilər. Bu vəziyyətdə ailənin qadınlarının uzun zaman boyunca xərçəngə səbəb olan xəstə geni daşıması ehtimalı mümkündür.

Ailəvi süd vəzisi xərçəngi, bütün süd vəzisi xərçəngləri arasında ancaq 5 % təşkil edir. Bu xəstə geni daşıyan ailələrdəki bütün qadınların qan analizləri ilə mövcud risklərinin qiymətləndirilməsi qoruyucu həkimlik baxımından önəmlidir.

Şərhlər: 0 | Ətraflı    
Ana və Uşaq: Körpənin sağlam inkişafı üçün yuxu rejimi vacibdir

Körpənin sağlam inkişafı üçün yuxu rejimi vacibdir Ailənin gələcək davamçısı sayılan məsum, kövrək körpənin qayğısını çəkmək, onu fiziki-mənəvi baxımdan sağlam, gözəl böyütmək hər bir valideynin arzusu, borcudur. Körpəni doğru-düzgün qidalanmasına, geyiminə diqqət yetirməklə yanaşı, onun yuxusuna da fikir vermək lazımdır.

Körpə baxımının, bəlkə də, ən çətin tərəflərindən biri onun yuxusunu nizamlamaq, daha doğrusu, rejimə salmaqdır. Körpənin inkişafı üçün harada, hansı tərəfə yatması, yuxu müddətinin nə qədər olması çox əhəmiyyətlidir. Körpəni doğru yuxu vərdişlərinə erkən vaxtlardan alışdırmaq vacibdir. Çünki onlar günün çox hissəsini yuxuda keçirirlər.

Şərhlər: 0 | Ətraflı    
Ana və Uşaq: Fibroadenoma

Fibroadenoma Fibroadenomalar, döşün ən tez-tez rastlanan xoş xassəli şişlərdəndir. Ümumi olaraq 20-40 arası yaşlarda görülür, ancaq bəzən daha böyük yaşlarda da çıxabilir. Bütün cəmiyyətdə 10% rastlanır.
Müayinə zamanı asanca əllə hiss edilir, çünki ətrafdakı toxumalardan kənarları diqqətə çarpacaq dərəcədə ayrılmış, yumrudur və yaxud lobyaya bənzəyir. Bəzən birdən çox lobullu (yumru) da ola bilər.
Müayinə zamanı səthinin düz olması, ətrafdakı toxumaların yapışıq olmaması və əlin altından asanlıqla sürüşə bilən hərəkətli quruluşu ilə asan hiss edilir.


Şərhlər: 0 | Ətraflı    
Ana və Uşaq: Körpənin inkişafı onun necə qidalanmasından asılıdır

Körpənin inkişafı onun necə qidalanmasından asılıdır Uşaqların inkişafında qidalanmanın rolu önəmlidir. Mütəxəssislər 1 yaşı olmayan körpələrə bal, yumurta ağı, şokolad, kakao, çiyələk, pomidor, kivi, fıstıq əzməsi kimi allergiya potensiallı yüksək qidalar, dəniz məhsulları, kolbasa, sosiska, konserv və dondurulmuş qidalar, qatqılı, duzlu, souslu, ədviyyatlı hazır qidalar, çərəz, saqqız kimi boğulmaya səbəb ola bilən dənəvər qidaların verilməsinin düzgün sayılmadığını bildirirlər. Bu məhsullar allergiya və zəhərlənməyə səbəb ola bilər.

Səhər və günorta yeməklərinə əlavə edəcəyiniz meyvə püresi körpəniz üçün daha ləzzətli ola bilər. Meyvəni yaxşıca yuyun, qabığını soyub dilimləyərək şüşə sürtgəcdən keçirin.

Şərhlər: 0 | Ətraflı    
Ana və Uşaq: Süd vəzisində agrılar

Süd vəzisində agrılar Döş ağrısı (mastalgiya) dedikdə süd vəzisində ağrı da daxil olmaqla istənilən diskomfort nəzərdə tutulur. Süd vəzisində olan ağrılar iki qrupa bölünür. Birinci qrupa aybaşı tsikli ilə bağlı olan döş ağrıları aid edilir. Adətən aybaşı tsiklinin ikinci hissəsində döşdə gərginlik və ağrı əmələ gəlir və tsiklin başlanğıcına yaxınlaşdıqca artır. İkinci qrup döş ağrılarının aybaşı tsikli ilə əlaqəsi yoxdur.
Hər 10 qadından 7-sində həyatlarının müəyyən dövründə döş ağrıları qeyd edilir. Hər 3 haldan 2-si aybaşı tsikli ilə bağlı olur, 1-nin isə tsikllə heç bir əlaqəsi olmur.

Aybaşı tsikli ilə bağlı olan ağrılar adi hal hesab edilir və 30-50 yaş arasında olan qadınlarda daha çox rast gəlinir. Menopauza dövründə olan qadınlarda isə bu tip döş ağrıları qeyd edilmir.

Şərhlər: 0 | Ətraflı    
Ana və Uşaq: Körpəni sakitləşdirmək üçün nə etməlisiniz?

Körpəni sakitləşdirmək üçün nə etməlisiniz? Analar çox vaxt körpələrinin daha çox ağlamasından şikayət edirlər.

Əgər körpənizin ağlamasının səbəbini bilmirsinizsə, əvvəlcə körpəni nə vaxt qidalandırdığınızı düşünün. 3 saat əvvəl doyurmusunuzsa, yemək yedirməyə çalışın. Əgər ağlamağının səbəbi aclıq deyilsə, onda bezini yoxlayın, bez də təmizdirsə, onda körpənin yerini dəyişin, daha doğrusu, onu başqa otağa keçirin. Bu şəkildə onun ağlamasının səbəblərini müəyyən edə bilərsiniz.

Körpəni sakitləşdirmək üçün nə etməlisiniz?

Şərhlər: 0 | Ətraflı    
Ana və Uşaq: Uşağın yaddaşını doğulduğu andan inkişaf etdirmək lazımdır

Uşağın yaddaşını doğulduğu andan inkişaf etdirmək lazımdır Yeni doğulmuş uşaq hələ ana bətnində ikən hər şeyi eşidir və yadda saxlamağı bacarır. O, anasının səsini tez tanıyır, onun ürək döyüntüsünü eşitdikdə sakitləşir.
Həyatının birinci ilində uşağın yaddaşı daha məhsuldar olduğundan bu dövrdən yaxşı istifadə olunmalıdır. Belə ki, kiçik şerlər, uşaq mahnıları oxumaqla körpənin söz ehtiyatını zənginləşdirmək lazımdır.
3 aylıq dövründə uşaq əşyaları tanımağa başlayır. Əvvəllər gördüyü əşyaları görmədiklərindən ayırd edə bilir. Amma körpənin gözü önündən itən hər şey onun üçün həmişəlik itgi sayılır. Məsələn, əlindəki oyuncağın döşəməyə düşməsini uşaq həmişəlik yox olmuş kimi qavrayır. Bu hal eynilə anaya da aiddir. Anası ilə birlikdə olanda o, özünü çox xoşbəxt hiss edirsə, ana başqa otağa keçən kimi körpə ağlamağa başlayır.

Şərhlər: 0 | Ətraflı    
Ana və Uşaq: Körpələrdə qəbizlik problemi

Körpələrdə qəbizlik problemi Körpələrdə daha çox rast gəlinən problemlərdən biri də qəbizlikdir.
Qəbizlik bağırsaqların fəaliyyətinin zəifləməsi nəticəsində, bəzən isə bağırsaqdaxili sinirlərdə problem yarandıqda meydana çıxır.
Qəbizliyi aradan qaldırmaq üçün zeytun yağı yaxşı vasitə hesab olunur.
Körpə südəmərdirsə, südə, yemək yeyirsə, xörəyinə 1 çay qaşığı zeytun yağı əlavə edin verin içsin.


Şərhlər: 0 | Ətraflı    

03.02.2012
Həkimlər xəbərdarlıq edir: Şəkər siqaret və içki qədər təhlükəlidir

02.02.2012
Komada olan xəstələrin nə demək istədiklərini öyrənmək olacaq?

01.02.2012
Əsəbi insanlar tez kökəlir

01.02.2012
Hər gün qoz yemək insanı cavanlaşdırar

31.01.2012
Süddən müntəzəm istifadə hafizəni saxlamağa kömək edir

27.01.2012
Qrip dioqnozunu daha sürətli müəyyən etmək mümkün olacaq

25.01.2012
Əfqanıstanlı qadın 6 uşaq dünyaya gətirib

24.01.2012
Məktəb dərsi oğlanı xəstə etdi

23.01.2012
Kofe şəkərli diabetdən qoruyur

21.01.2012
Boliviya sakini 16 il bədənində tibbi qayçı gəzdirib

17.01.2012
Qırmızı qabda yemək arıqlamağa kömək edir

16.01.2012
Dikdabanlar xəstəliyinə çarə tapılır

13.01.2012
Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardımı necə göstərməli?

13.01.2012
Xına xərçəngin qarşısını alır

12.01.2012
İnsanı sərxoşluqdan xilas etmənin yolu tapılıb

11.01.2012
2012 ci ilin ən faydalı tərəvəzləri hansılardır?

10.01.2012
Yerimək qaçmaqdan daha yorucudur

09.01.2012
45-49 yaş arasında beyində yaddaş, idrak və qavrama bacarıqları azalır

07.01.2012
Britaniyalı alimlər "Hepatit C" - yə qarşı vaksin hazırlayıblar

06.01.2012
Misirli alimlər xərçəng hüceyrələrinin böyüməsini dayandırmağa nail olublar

05.01.2012
Qadınlar xəstəliklərə qarşı daha dözümsüzdür

04.01.2012
15 dəqiqə idman ömrü uzadır

30.12.2011
Hamiləlik zamanı həddindən çox qırmızı ət qəbul etmək ziyandır

29.12.2011
Yağlı yemək beyni dağıdır

28.12.2011
Alimlər xolesterinin səviyyəsini azaltmaq üçün qoyun ətindən istifadəni məsləhət görürlər

27.12.2011
İpək iynələr vasitəsilə inyeksiyalar ağrısız olacaq

26.12.2011
Əsəb sakitləşdirici dərmanlar narkotik effekti yaradır

23.12.2011
Kompyuterdən və işıqdan düzgün istifadə etməmək sağlamlığa ziyandır

22.12.2011
Az qidalanmaq beyni gənc saxlayır

22.12.2011
İkinci dəfə nigaha girmək ömrü uzadır

21.12.2011
Quş qripi yenidən qayıdır

20.12.2011
Uşaqlıqdan qalan 2 böyük xüsusiyyət

20.12.2011
Siçanlarda yaddaşı möhkəmləndirən gen tapılıb

19.12.2011
Çox şirni yemək insanı vaxtından əvvəl qocaldır

16.12.2011
Ofisdə hansı xəstəliklərə yaxalanma ehtimalı var?

15.12.2011
Mikrodalğalı soba mikrobları məhv edir

15.12.2011
Respublikanın baş pediatrı anaları diqqətli olmağa çağırdı

14.12.2011
Beynin qocalmaması üçün nə etmək lazımdır?

12.12.2011
Pəhriz saxlayaraq cavanlaşın

10.12.2011
Qadınlar daha çox qışda qocalır

«    Fevral 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
» Misirli alimlər xərçəng hüceyr ...
» Qırmızı qabda yemək arıqlama&# ...
» Britaniyalı alimlər "Hepatit C" - yə qar ...
» 2012 ci ilin ən faydalı tərəvə ...
» Dəm qazı ilə zəhərlənm ...
» Xına xərçəngin qarşıs ...
» İnsanı sərxoşluqdan xilas etmə ...
» 45-49 yaş arasında beyində yaddaş, ...
» Yerimək qaçmaqdan daha yorucudur
» Qadınlar xəstəliklərə qarş ...
Copyright 2008-2010 © Med.Az
Azərbaycanin ilk tibbi portali
Reklam yerləşdirmək istəyirsinizsə bizə yazın
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz!
Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə
Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə
müvafiq keçidin qoyulması mütləqdir.