Aparılan araşdırmalar böyürtkənin yaddaş zəifliyindən ishala qədər bir çox xəstəliyə dərman olduğunu ortaya çıxmışdır. Meyvəsi ilə yanaşı böyürtkənin çiçəyinin də diabet və böyrək daşlarına xeyirli olduğu müəyyənləşdirilmişdir. Həkimlər böyürtkənin suyunu sıxaraq içməyin ishal xəstəliyi üçün qurudulmuş yarpağının isə ağızdakı yaralar üçün müalicəvi əhəmiyyəti olduğunu bildirmişlər. Bütün bunlarla yanaşı böyürtkən antioksidantlarla zəngindir, böyürtkənin meyvəsi:
Adına müasirlik dediyimiz həyat tərzində səhər yeməyi də unudulmağa başlandı ya da ayaq üstü yeyilən bir sendviç də “səhər yeməyi” adlandırıldı. Hətta alimlər: ”kral kimi səhər yeməyi, şahzadə kimi günorta yeməyi, yoxsul kimi axşam yeməyi yeyin” deyiblər.
Səhər yeməyi niyə bu qədər əhəmiyyətlidir? Həzm sistemimiz elə səliqəli işləmə tempinə malikdir ki, qidalarımızı xüsüsiyyətinə görə müəyyən müddətdə mənimsəyə bilir. Məsələn: 100 qr. meyvə, 1 stəkan süd və yaxşı çeynənmiş bir dilim həzm olunub mədədən bağırsağa keçməsi 3 saata başa gəlir. Gündəlik səhər yeməyinin təxminən yarısı yaxşı bir səhər yeməyindən təmin olunur. Beləliklə səhər yeməyi günün ən vacib öyünüdür. Bu qida gün boyunca fiziki və zehni fəaliyyətlər üçün lazımlı enerjini təmin edəcəkdir.
Bildiyiniz kimi sağlam bir həyat yaşamaq üçün hər şeydən öncə çəkimizə diqqət edərək onu normada saxlamağımız önəmlidir. Lakin təəssüf ki, bəzən ehtiyac olandan daha çox arıqlama halları baş verir ki, bu da sağlamlığımıza ciddi təsir edir. Həddindən artıq arıqlama halları aşağıdakı sağlıq problemlərinə səbəb ola bilər.
ABŞ-ın Qərbi Vircina ştatında yerləşən Marshall Universiteti əməkdaşlarının araşdırmaları nəticəsində məlum olmuşdur ki, qoz süd vəzi xərçənginin qarşısını alır. Təcrübələrində süd vəzi xərçənginə tutula bilən siçan növlərindən istifadə edən elm adamları laboratoriya şəraitində bir qrup siçanı normal qida ilə bəslədikləri halda digər bir qrupa isə hər gün bir ovuc qoz yedirmişlər. Nəticədə qoz yeyen siçanlarda süd vəzi xərçəngi əlamətlərinin digərlərinə nisbətən yox dərəcəsində olduğu qeydə alınmışdır.
Bəzən ictimai yerlərdə istifadəsi mədəniyyətsizlik sayılan saqqız sən demə insan sağlamlığı üçün çox faydalı imiş. Saqqızın yaranma və istifadə tarixi çox qədimlərə dayanır belə ki, qədim Roma və Yunanıstanda saqqızdan istifadə edilib. İlk olaraq 1848-ci ildə Jhon Curtis tərəfindən satılmağa başlayan saqqızın patenti 2 il sonra William Finely Semple tərəfindən alınmışdır. Lakin ilk təkmilləşdirilmiş saqqız 1869-cu ildə Tomas Adams tərəfindən hazırlanmışdır. Günümüzdə vitrinlərin əvəzedilməzlərindən olan saqqızın nə kimi faydaları var.
Hamiləlik dövründə ananın diqqət yetirməsi tələb olunan ən vacib məsələlərdən biri bəlkədə birincisi onun qidalanmasına diqqət etməsidir. Lakin təssüflər ki, bəzən xanımlarımız bu məsələyə olduqca biganə yanaşırlar. Hamilə xanımlar nece qidalanmalıdır?
Britaniya tədqiqatçılarının araşdırmalarına əsasən hamiləlik dövründə bəzi dəniz məhsullarından istifadə etmək çox təhlükəlidir. Belə ki, bu cür məhsullar civənin miqdarının artmasina gətirib çixarır ki, bu da körpənin sinir sisteminin inkişafına mənfi təsir edir.
Hər valideyin istəyər ki, övladı sağlam böyüsün lakin valideyinlər bilməlidir ki, uşaqlarının sağlam böyüməsində onların düzgün qidalanması əhəmiyyətli rol oynayır. Başqa sözlə desək uşaqların böyüməsində və inkişafında düzgün qidalanmanın böyük rolu var.
Səhər yeməyi uşaqların sağlamlığı üçün son dərəcə əhəmiyyətlidir çünki adətən məktəblərdə zehni enerji tələb edən dərsləri ilk saatlara salırlar ki, bu da ağır enerji itkisinə səbəb olur və səhər yeməyinin bu enerjini təmin etməsi vacibdir.
Qidalanma zamanı əsasən valideyinlər aşağıdakı qaydalardan istifadə etməlidir.
Həftələr boyunca məşğul olub, dieta saxlamanıza baxmayaraq heç cür kilo verə bilmirsinizsə siz də kilo vermə mövzusunda bəzi səhvlər edirsiz.
Beləliklə təyin olunan kilo verməye maneə törədən 10 dieta səhvi…
Kilo vermə mövzusunda hər kəsin sıxlıqla etdiyi səhvlər, bütün dieta ilə məşğul olanlarin nəticəsiz qalmasına səbəb olaraq sizi dietanizi buraxmağa mecbur edir. Nəticə ala bilmədiyiniz dietanizi buraxmadan əvvəl aşağıdakı siyahıya bir nəzər salmanızda fayda var…
İran alimləri iddia ediblər ki, həddindən çox isti çay içmək, qida borusunun xərçəngi riskini artırır. Britaniya Tibb Jurnalında dərc edilmiş araşdırmaya əsasən, Selsium cədvəli ilə 70 dərəcə və ondan çox temperaturda çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər. Ekspertlər deyirlər ki, bu, qeyri-qərb ölkələrində xərçəngin məhz bu növünün niyə daha çox yayıldığını izah edə bilər. Bir çox qərb ölkələrində çaya süd qatırlar ki, bu da içkinin temperaturunu tələb olunan qədər azaldır. Qida borusu xərçəngi hər il dünya üzrə yarım milyon insanın ölümünə səbəb olur.
Tədqiqatlar zamanı məlum olmuşdur ki, yumurta proteinlə ən zəngin olan qida məhsuludur. Yumurta insan vücudundakı əzələləri möhkəmlədir və enerji ilə təmin edir. Yumurtanın tərkibinin insan orqanizmi üçün mühüm əhəmiyyət kəsb edən leysin, aminasid və proteinlə zəngin olduğu bildirilir. Bu araşdirma haqqında 25 elmi məqalənin müəllifi İllinoys Universitetinin professoru Donald Layman yumurtanın insan üçün bir protein mənbəyi olduğunu bildirmiş və öz fikrini belə izah etmişdir:
Kaliforniya Tibb Universitetinin həkimi Kristian Bibbnies yeni bir araşdırma apararaq belə nəticəyə gəmişdir ki,yeməklərimizin ayrilmaz tərkib hissəsi olan duz insan həyatı üçün təhlükəlidir. Araşdırmaya görə hər insan gün ərzində 9-12 qram duz istehlak edir və nəzərə alsaq ki,duzun bir qramında 0,4 qram natrium var bu da gün ərzində 2,000-2,400 milliqram natrium deməkdir.
Bu cür çaylar sağlamlıq üçün təhlükəlidir. Çünki belə çaylar isti suya salındıqda və uzun müddət qaldıqda metal sancaq çayın tərkibinə nüfuz edir. Çayla birlikdə bədənə daxil olan ağır metal ionları isə qaraciyər, beyin, ağciyərdə problemlər yaradır və xərçəng xəstəliyinə səbəb olur. Xüsusilə, limonlu çay içənlər qətiyyən metal sancaqlı çaylardan istifadə etməməlidirlər. Ona görə ki, limonda turşu olduğundan metalla reaksiyaya girir və orqanizmin daha çox metalla yüklənməsinə gətirib çıxarır.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.