Bu meyvələr xolestroleni salır, ürəyin ritmini tənzimləməyə kömək edir. Tərkibində zülal, minerallar, sink, kalsiyum, vitamin, antioksidant və maqnezium olan qoz, fındıq və badam insan sağlamlığı üçün çox faydalıdır.
Bu quru meyvələrin orqanizmdə yağın miqdarını artırdığı, amma bu yağların tərkibində digər yağlardan fərli olaraq xolestrol olmadığı üçün orqanizmdəki xolestrenin aşağı düşməsinə də kömək etdiyi bildirilib. Hər gün 25-30 qram fındıq yemək gündəlik e vitamini ethiyacını 100 faiz ödəyir.
Fındıq bədənə güc və enerji verir, soyuqdəymə, ağciyər xəstəliklərində faydalıdır. Zehni, fiziki yorğunluğu aradan qaldırır.
Qidalanma və Dieta: Süddən müntəzəm istifadə hafizəni saxlamağa kömək edir
Məsələn, süd sümük toxumasının formalaşmasına kömək edir, bədəni vitamin və zülallarla təmin edir. İndi isə mütəxəssislərə məlum olub ki, süd hafizəni saxlamağa da kömək edir. Bu barədə "The Daily Mail" xəbər verir.
ABŞ-ın Men Universitetində aparılan tədqiqatın nəticələrinə görə, süddən, eləcə də yoğurt, pendir və hətta dondurma kimi süd məhsullarından müntəzəm şəkildə istifadə edən adamlar beynin vəziyyətini qiymətləndirən testlərin öhdəsindən daha yaxşı gəlirlər.
Kofedən gündəlik istifadə 2-ci tip şəkərli diabetin yaranması riskini azaldır. Minnesota Universitetinin alimləri bu nəticəyə gəliblər.
Bunun üçün onlar 11 il ərzində müşahidə altında olan 28 min insanın məlumatlarını tədqiq ediblər. Təcrübədə iştirak edənlərdən 1418 nəfəri 11 il ərzində adıçəkilən xəstəliyə tutulublar.
Bu xəstəlik əsasən orta yaş dövründən sonra və orqanizmin insulin hormonuna həssaslığının azalması nəticəsində yaranır.
Qırmızı rəngli qablarda qidalanmaq arıqlamağa səbəb olur.
Medvesti.com saytının verdiyi məlumata görə, alman və isveçrə alimlərinin araşdırmaları bu qənaətə gəlməyə əsas verib. Alimlər hesab edir ki, qırmızı rəngli qablarda qidalanan insanlar 40% az qida qəbul edir.
Alimlərin fikrincə, qırmızı rəng insanlarda təhlükəlilik ideyası assosiasiayası yaradır. Təcrübə qırmızı fincanda çay içən tələbələr üzərində aparılıb.
Bunu uzun müddətli araşdırmalardan sonra amerikalı alimlər müəyyən ediblər. Xarici mətbuatın verdiyi məlumata görə, siyahıya tərkibində daha çox antioksidant olan pomidorlar liderlik edir.
Tərkibində qlükoza, fruktoza, yod, marqanez, sink, natrium, A, B, B2, B6, K, PP, E vitaminləri olan tomat sousları insana güc verir və orqanizmin saat kimi işləməsinə kömək edir.
Yağlı qida insan beynində iştaha cavabdeh olan hüceyrələri dağıdır. Alimlərin fikrincə, məhz bu amil piylənməyə gətirib çıxarır. "The Daily Mail" in verdiyi məlumata görə, artıq çəkili insanlarda məhz bunun arıqlamağa mane olduğu ehtimal edilir.
Vaşinqton Universitetinin diabet və piylənmə araşdırmaları mərkəzinin mütəxəssisləri eksperiment aparıblar. Onlar siçanları tipik yüksək kalorili Amerika yeməkləri ilə qidalandırıblar və 3 gündən sonra gəmiricilərin iki dəfə çox kalori qəbul etməyə başladığını müəyyən ediblər.
Qidalanma və Dieta: Alimlər xolesterinin səviyyəsini azaltmaq üçün qoyun ətindən istifadəni məsləhət görürlər
"The Times of India" qəzeti "American Journal of Clinical Nutrition" jurnalına istinadən yazır ki, ABŞ-dakı Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin, xüsusilə də "ziyanlı xolesterin"in ümumi göstəricilərinin aşağı düşməsinə gətirib çıxarır. Bu fakt isə ürək xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır.
Alimlər pəhrizin müsbət təsirini xolesterini həddindən artıq yuxarı olan bir qrup könüllü üzərində sınaqdan keçiriblər.
"PNAS" jurnalının verdiyi məlumata görə, İtaliya alimlərinin apardığı araşdırma, az yeyən siçanların beynində CREB1 adı verilən və beyin hüceyrələrinin funksiyasını daha yaxşı yerinə yetirməsində rol oynayan zülalın istehsalının artdığını göstərib.
Araşdırmanın üzvlərindən olan Giovambattista Pani, bu zülalın "uzun ömür və beynin sağlam olmasıyla" əlaqəli çoxlu sayda genə təsir etdiyini bildirib.
Şirniyyat sevənlər təkcə kökəlməklə risk etmirlər. Çox şirni yeməklə onlar həm də vaxtından əvvəl qocala bilərlər. Niderlandın Leyden Universitetindən Diana van Heemstin başçılıq etdiyi alimlər bu qənaətə gəliblər. Trend-in məlumatına görə, bu barədə "New Scientist" yazır.
Alimlər apardıqları tədqiqat zamanı 569 sağlam qadını, qida qəbulundan sonra onların qanında qlükozanın qatılığının miqdarından (aşağı, orta, yuxarı) olmasından asılı olaraq üç qrupa bölüblər. Habelə, araşdırmaya şəkərin qanda miqdarı dəfələrlə çox olan 33 diabet xəstəsi də cəlb edilib.
Onun sözlərinə görə, effekt üzün dartılması ilə müqayisə oluna bilər. Bu barədə "The Daily Mail" yazır. Xüsusi qida rasionu dərini səpmələrdən təmizləyir, onu dartaraq parlaq edir.
Belə yanaşmanın əsasında Perrikonenin şəkərin, duzun, alkoqolun və kofenin dərinin iltihabına təhrik etməsi barədə inamı durur. Bu isə artıq qocalma prosesini işə salır. Ona görə də həmin məhsulları müvafiq olaraq pəhrizdən çıxarmaq, onları dəriyə müsbət təsir edən məhsullarla əvəz etmək lazımdır. Onların sırasına tərkibində zəngin yağ turşuları omeqa-3 və antioksidantlar olan məhsullar daxildir. Bu birləşmələr dərinin hüceyrə qişasını müdafiə edir, onlara suyu saxlamaqda kömək edir. Həmçinin, çoxlu su içmək tövsiyə olunur.
Sağlam və ləzzətli yeməklərin hazırlanması, ilk növbədə, qidalardan və keyfiyyətdən asılıdır. Qidaları isə təzə və tər saxlamaq bacarıq tələb edir. Soyuducu bəzi qida məhsullarını uzun müddət saxlamaq üçün ideal bir yerdir. Amma hansı ərzağın, necə və nədə soyuducuya qoyulmasından çox şey asılıdır.
Məsələn, Pakistan alimlərinin gəldiyi nəticəyə görə, əti soyuducuda 10 gündən artıq saxlamaq zərərlidir. Onlar bu müddətdən artıq ətin soyuducuda saxlanılmasından imtina etməyə çağırırlar. Məhsul 10 gündən artıq soyuducuda saxlanarsa, ondakı zülal tamamilə məhv olur. Bu da qida zəhərlənməsinə və mədə-bağırsaq traktının pozulmasına səbəb ola bilər.
Ananas 200 qr. ananası incə doğrayın və süzgəcdən keçirin. İçinə 100 qr. kefir və təzə nanə əlavə edin. Ananasın içindəki fermentlər, zülal həzmi sürətləndirdiyi üçün olduqca doydurucudur.
Balıq Balığın tərkibindəki yod, qalxanabənzər vəzinin funksiyalarını sürətləndirdiyi üçün aclıq hissini aradan qaldırılır.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.