Qlomerulonefrit - əsasən böyrəyin yumaqcıq aparatının zədələnməsilə böyrəklərin immun-allergik xarakterli itihabı xəstəliyidir. Xəstəlik çox vaxt angina, yuxarı tənəffüs yollarının infeksiyası, pnevmoniya və digər xəstəliklərdən sonra baş verir.
Xəstəliyin inkişafı virus infeksiyaları, müxtəlif vaksin və zərdabların yeridilməsindən sonra da mümkündür. Əksər hallarda qlomerulonefrit birləşdirici toxumanın sistemli xəstəliyi ilə müşayət olunur.
Vezikulit – toxum kanalcıqlarının iltihabıdır. Həmişə digər infeksiya-iltihab xəstəliklərinin ağırlaşması kimi inkişaf edir.
Çox vaxt bu sidik-cinsiyyət sistemin (prostatit, uretrit, epididimit) xroniki xəstəliyi olur, lakin ümumi infeksion xəstəlik də ola bilər (qrip, angina, ostemielit).
Lakin çox vaxt vezikulit uzun müddət xroniki prostatitdən əziyyət çəkən kişilərdə inkişaf edir.
Prostatitin yaranmasına səbəb olan faktorlar həm də vezikulitin yaranma səbəbləridir.
Yaxın vaxtlara qədər belə hesab olunurdu ki, impotensiya və normal kişi bir-birinə uyğun olmayan anlayışlardır. İndi hamı başa düşür ki, impotensiya - ciddi patologiyadır və demək olar ki, insanlığın güclü yarısının hamısı bununla qarşılaşa bilər.
Kişi cins üzvündə ereksiyanın olmaması cinsi aktın baş tutmasına gətirir və impotensiya adlanır. Çox vaxt bu patoloji vəziyyət arzu (libido) və orqazmın yoxluğuna, sürətli toxumaxıtmaya (bu cinsi həyatı keyfiyyət və kəmiyyət baxımından aşağı salır) gətirir və kişinin psixi, emosional statusuna, səxsi və ailə münasibətlərinə xələl gətirir.
Varikosele - toxum kanalcığının və xaya damarlarının varikoz genişlənməsidir. "Varikosele" adı iki söz birləşməsindən əmələ gəlir: latın sözü varix - "vena düyünü" və yunan sözü sele – köpmə, şiş, birlikdə isə "vena düyünlərinin şişməsi". Bu ən çox yayılmış xəstəliklərdən biridir və kişilərin 10-15 faizində olur. Sonsuz kişilərin 40 faizində varikoseleyə rast gəlinir. Əvvəllər qadınları hamilə etmək qabiliyyəti olan, hal-hazırda bunu itirən ikincili sonsuz kişilər qrupunda varikosele xəstələri 80 faiz təşkil edir.
Urologiya: Dəyişən sidik rəngləri xəstəliklərdən xəbər verir
Sidik qəbul etdiyimiz qida maddələrinin böyrəkdə yığılıb qalan maye formasıdır. Sidik orqanizmdə ehtiyac olandan çox olan və orqanizmə ziyanlı olan mayelərdir. Beləliklə demək olar ki, sidiyin tərkibi su, ölü qan hüceyrələri və digər bu kimi tullantılardan ibarətdir. Sidiyin ən önəmli xüsusiyyətlərindən biri də onun rəngidir. Normal rəngi solğun sarı rəng olan sidiyin rəngi dəyişir ki, bu da bir çox xəstəliklərin göstəricisidir. Bəzən yediyimiz qidalar da onun rənginin dəyişməsinə səbəb ola bilər lakin əksər vaxtlar yaranan sağlamlıq problemləri sidiyin rənginə təsir edir. Sidik aşağıdakı rənglərdə ola bilər.
Urologiya: Böyrək daşına səbəb olan qida məhsulları
Böyrək daşları böyrəkdə və böyrək ətrafı nahiyələrdə şiddətli ağrılara səbəb olur. Böyrəkdə daşın əlamətləri əsasən sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır. Günümüzdə bir çox insanın əziyyət çəkdiyi bu xəstəliyə yediyimiz qidaların səbəb olduğunu bilirdinizmi ? Böyrəkdə əmələ gələn daşın növünə görə onun hansı qida məhsulundan yarandığını bilmək mümkündür. Daşların yaranmasına əsasən aşağıdakı qida məhsulları səbəb ola bilər:
Böyrəyimdə daş var. Bu sözləri gündəlik həyatda hər gün eşitmək artıq adi bir hala çevrilib. Təkcə ABŞ-da hər il 10 milyon insan böyrək daşı diaqnozu ilə müalicə alır. Bəs necə olur ki, böyrəkdə daş yaranır, onun sağlamlığımıza nə kimi mənfi təsirləri ola bilər? Daş böyrəkdə sidiyin tərkibində olan mineralların çöküntüsü nəticəsində əmələ gəlir. Qandan böyrəyə keçen toksinlər böyrəkdə mayeni xaric edir və bu zaman mineral çoküntüləri daşlaşmağa başlayırlar nəticədə böyrəkdə daşlar əmələ gəlir.
Epididimit – xaya artımının iltihabıdır. Bəzən epididimit ümumi infeksion xəstəliyin – qripin, pnevmoniyanın, anginanın və ya digər xəstəliklərin ağırlaşması olur. Lakin çox vaxt epididimit sidik-cinsi üzvlərin xroniki iltihabi xəstəliklərində (uretrit, prostatit, vezikulit) yaranır.
Sidik kisəsinin selikli qişasının iltihabı sistit adlanır. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20-25 faizi müxtəlif formada sistit keçirirlər, 10 faizi isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0.5 faizində olur.
Ucluğun sıxılması fimoz adlanır. O müxtəlif formalarda özünü biruzə verir. Asan formada ucluq tənasül üzvünün başcığını ereksiya zamanı çətinliklə, sakit halda isə asanlıqla açır. Ağır formada isə sidiyə gedərkən əvvəl sidik yığılır və sonra damcı-damcı bayıra çıxır. Bu xəstəlik kişilərin 2-3 faizində olur.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.