Sağlamlıq: Dar geyim insanlarda xərçəngə yol aça bilər
Mütəxəssislər insanlara səhhətlərini qorumaq üçün enli paltarlar geyinməyi məsləhət görürlər. AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, İngiltərə alimləri dar şalvar, korsetlər və sıx paltarların ciddi xəstəliklərə səbəb ola biləcəyini müəyyənləşdiriblər.
Bristol Fizioterapiya Klinikasının rəhbəri Riçard Briknellın sözlərinə görə, cins və dar şalvarlar qarının aşağı nahiyəsini sıxır, nəticədə mədə turşusu həzm borusuna qalxır və mədə qıcqırması baş verir. Bu isə mədə xorası və xərçəngə gətirib çıxara bilər.
İstirahət günü yetərincə dincəlməyən adamların orqanizmində kökəlmə və piylənmə başlaya bilər. Rejimdəki hər saat izafi çəki riskini 33 faiz artırır.
Almaniyanın Münhen Universiteti nəzdindəki Tibbi Psixologiya İnstitutunun professoru Till Renebberqin dediyinə görə, həftəsonları çoxları zəngli saatı unudur və daha gec yatır. Nəticədə yuxunun "narahat vaxtı" artır.
Sağlamlıq: Antibiotiklərdən müntəzəm istifadə piylənməyə səbəb ola bilər
Antibiotiklərdən sui-istifadə piylənməyə səbəb ola bilər. "New Scientist" jurnalının yazdığına görə, bu, antibiotikin həzm yolunda faydalı mikrofloranı azaltması xüsusiyyəti ilə bağlı ola bilər. Məhz bu mikroflora piylənmənin inkişafı haqqında xəbərdarlıq edə bilər.
Laboratoriyada siçanlar üzərində aparılan tədqiqatlar antibiotiklərdən istifadənin heyvanların çəkisini artırdığını üzə çıxarıb.
Həmçinin məlumdur ki, antibiotiklərdən kəsilməsi planlaşdırılan heyvanları şişirtmək üçün istifadə olunur.
Mentollu siqaretdən istifadə edənlərdə insult riksi yüksəkdir. "Archives of Internal Medicine" jurnalı bu barədə araşdırma məqalə yazıb.
Araşdırmanın müəllifi, Torontoda kliniki tədqiqatlar üzrə müqəddəs Mixail xəstəxanasının mütəxəssisi Nikolas Vozoris tövsiyə olaraq bildirir ki, bütün növ siqaretlər sağlamlığa ziyandır, lakin mentollu siqaretlərdən imtina etsəniz daha yaxşı olar.
Belə ki, Vozoris 2001-ci ildən 2008-ci il daxil olmaqla 5 000 həddi buluğa çatmış siqaret çəkən şəxslərin cəlb olunduğu sorğunu təhlil etməyə çalışıb.
Sağlamlıq: Növbəli iş diabet və piylənmə riskini artırır
Növbəli işdə çalışan insanlarda diabet və piylənmə riski artır. ABŞ-da aparılan araşdırmalara əsasən məlum olub ki, bu riskin yaranması növbə ilə işləyən insanların günün uyğun olmayan vaxtında çox az yatmaları ilə əlaqədardır. Tədqiqatçılar yemək və yatmaq vaxtı da daxil olmaqla 21 insanın həyatında tədqiqat aparıblar. Onlardan bəzilərində bir neçə hətədə hətta şəkərli diabetin ilk simptomları meydana gəlib. Elmi jurnalda çap olunan nəticələrə əsasən normal rejimə keçən zaman bədən şəkərin səviyyəsini tənzimləmək üçün mübarizə aparır.
Sağlamlıq: Ayaq sağlamlığı üçün ayaqqabı necə olmalıdır?
Ortopedlər ayaq sağlamlığı üçün dikdaban ayaqqabının hündürlüyünü açıqlayıblar. Türkiyə mətbuatının verdiyi məlumata görə, İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsinin professoru Tahir Ögüt hündür ayaqqabıların xüsusilə baş barmağın deformasiyasına səbəb olduğunu bildirib.
"Ayaq sağlamlığı üçün dabanın hündürlüyü 4 sm-dən artıq olmamalıdır. Yüksək daban onurğa sütununu zədələdiyi kimi, ayaqlara da böyük zərər vurur.
Tamamilə düz ayaqqabı da məsləhət görmürük. Ayaqqabının dərisi yumşaq olmalı, ayaq özünü rahat hiss etməlidir"? deyə T. Ögüt qeyd edib.
Gün ərzində 8 saatdan çox oturmaq erkən ölüm riskini artırır. Bunu Avstraliyanın Sidney Universitetinin alimləri apardıqları araşdırmanın nəticələrinə əsasən bildiriblər.
Araşdırma nəticəsinə məlum olub ki, insan kompüter arxasında və televizor qarşısında nə qədər çox oturursa, ümumiyyətlə nə qədər çox oturaq həyat sürürsə, səhhəti ilə bağlı bir o qədər çox problemlərlə qarşılaşır.
"Ekspress" qəzeti yazır ki, insanların 45 faizi yatdığı zaman xoruldayır. Aparılan müşahidələr zamanı məlum olub ki, xoruldama problemi ilə ən çox kişilər qarşılaşır. Ağız və burun arxasındakı hava yolunda darlıq olduğu zaman ortaya qəribə səslər çıxır.
Xoruldama burun tutulmasıyla görünən müxtəlif xəstəliklərin əlaməti olmaqla yanaşı, bir çox fiziki qüsurlar nəticəsində də yarana bilir. Dar, uzun və ya çox ətli damağı olan insanlar hər zaman xoruldayırlar. Boğaz divarlarının darlığı, şişkinliyi, axıntılı olması, xüsusilə də yapışqan axıntılarla (bəlğəmlə) tutulması zamanı da xoruldama baş verir. Boğazın badamcıq və bunun arxasındakı boğaz divarlarının arası bəzən çox dar olur. Dil qüsurları, çənə darlığı, sinir sisteminin çatışmazlığı xoruldamaya səbəb olur.
Sağlamlıq: Düyü qadın sağlamlığı üçün çox faydalıdır
Son dövrlərdə aparılan yeni araşdırmalar qadınlar arasında müxtəlif pəhrizlərin saxlanmasının dəbdə olmasının ürək xəstəlikləri və xərçəngin bəzi növlərinə səbəb olan xroniki xəstəliklərə gətirib çıxardığını göstərir.
Tədqiqatçılar karbohidratların azlıq təşkil etdiyi pəhrizlərin qadınların orqanizmində fol turşusunun azalmasının başlıca səbəbi olduğunu müəyyən ediblər. Belə qadınlar oqranizmdəki dəmir qıtlığı nəticəsində yaranan anemiyaya da meyilli olurlar. Bədəndə kifayət qədər dəmir olmadığından orqanizm qırmızı qan hüceyrələri üçün lazımi qədər hemoqlabin hazırlaya bilmir.
Qrip kimi infeksiyaların çoxaldığı bu cür havalarda soyuqdan qorunmaq önəməlidir.
Mütəxəssislər immunitet sisteminin gücləndirilməsi üçün vitamin anbarı olan kivinin bolluca yeyilməsini tövsiyə edirlər.
Belə şaxtalı havalarda orqanizm davam gətirmək üçün vitaminlərə ehtiyac duyur, C vitamini ilə bol olan kivi isə belə məqamlarda ən yaxşı vasitələrdən biri hesab olunur.
Sağlamlıq: Həkimlər xəbərdarlıq edir: Şəkər siqaret və içki qədər təhlükəlidir
Şəkərin tütün və spirtli içkilər qədər zərərli olduğu müəyyənləşdirilib. Mütəxəssislər bununla bağlı şəkərə vergi tətbiq olunmasını və paketlərin üzərində bildirişlərin qeyd edilməsini təklif ediblər.
Belə ki, Kaliforniya universitetinin dietoloqları xəbərdarlıq edirlər ki, şəkərin artıq miqdarda istifadəsi kökəlmə ilə yanaşı, qaraciyəri yorur və qan təzyiqinin artmasına səbəb olur.
Sağlamlıq: Qadınlar xəstəliklərə qarşı daha dözümsüzdür
Son araşdırma sübut edib ki, zəif cinsin nümayəndələri əslində daha çox xəstələnirlər. Bu barədə "The Daily Mail" yazır.
Barselonanın Səhiyyə Agentliyindən doktor Devid Melmasinin rəhbərliyi ilə aparılan tədqiqat zamanı müəyyən olunub ki, qadınlar nəinki daha çox xəstələnirlər, həmçinin onlar arasında xroniki xəstəliklərin göstəricisi daha yüksəkdir. Qadınlar özləri isə vəziyyətlərini daha mənfi qiymətləndirirlər.
Mütəxəssislər 29 min insanın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər.
DİQQƏT!!! Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır və özünümüalicə məqsədilə istifadə oluna bilməz! Saytda yerləşdirilən xəbərlərə, şərhlərə və sağlamlığa dəyə biləcək mümkün zərərlərə görə Med.Az administrasiyası heç bir məsuliyyət daşımır !
Powered by Azerimed
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.